Alimlər dünyanın
çırağı, axirətin
nurudurlar
Xızı rayon Mərkəzi Xəstəxanasının
işçiləri akademik Zərifə Əliyevanın 86
illik yubileyini qeyd etdilər
“O, yaxşı ana, vəfalı
ömür-gün yoldaşı, intellektual keyfiyyətləri
cəm halda özündə birləşdirən ziyalı,
dünya tibb elminə əvəzolunmaz töhfələr verən
həkim-oftalmoloq idi. Allahın öz bəndəsinə bəxş
etdiyi bütün müsbət keyfiyyətləri özündə
cəmləşdirən bir insan idi, Onu hamı belə
tanıyırdı”.
Heydər Əliyev
Vaqif Abdullayev: “Zərifə xanım Əliyeva vətənini,
millətini, hər şeydən əvvəl, dərin məhəbbətlə
sevən bir Azərbaycan alim-qadını idi”
Dünən Azərbaycan
oftalmologiyasını dünya səviyyəsində tanıdan
akademik Zərifə xanım Əliyevanın 86 illik yubileyi
münasibətilə Xızı rayonun Mərkəzi Xəstəxanasında
səhiyyə işçilərinin iştirakı ilə tədbir
keçirildi. Tədbirdə çıxış edən YAP
Siyasi Şurasının üzvü, rayon icra hakimiyyətinin
başçısı Vaqif Abdullayev dünyaşöhrətli
alimin keçdiyi həyat yolundan danışdı. Bildirdi ki,
Zərifə xanım Əliyeva oftalmologiyanın
inkişafı üçün böyük işlər
görülmüş, keçmiş SSRİ-nin Sülhü
Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsinin sədr müavini,
“Bilik” Cəmiyyəti idarə heyətinin, keçmiş
ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti idarə heyətinin,
“Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin
üzvü olmuşdur. O, bir sıra orden və medallara layiq
görülmüş, Azərbaycanın əməkdar elm
xadimi fəxri adını almışdır.
V.Abdullayev, Zərifə
xanım Əliyeva Azərbaycanda ilk dəfə olaraq traxoma xəstəliklərinin
müalicəsini göstərmiş, minlərlə insanın
bu xəstəlikdən azad olunduğunu bildirdi: “O, sadə, təvazökar,
yüksək səviyyəli, öz ixtisasını dərindən
bilən və o cümlədən, biliyini tələbələrə
öyrədən bir müəllim kimi də fəaliyyət
göstərmişdir. Elimizin bu gözəl, mərd, humanist
keyfiyyətlərə malik xanımı təkcə həkim
deyildi, vətənini, millətini, hər şeydən əvvəl,
dərin məhəbbətlə sevən bir Azərbaycan
alim-qadını idi”.
Jalə Hüseynova: “Zərifə xanım
işıqlı amalların, nəcib duyğuların təcəssüm
tapdığı şərəfli ömür yaşayan
böyük dövlət xadimi idi”
Görüşdə
çıxış edən Xızı rayon Mərkəzi Xəstəxanasının
həkimi Jalə Hüseynova görkəmli alim Zərifə Əliyevanın
Azərbaycan tibb elminə bəxş etdiyi töhfələrdən
danışdı. O, işıqlı amalların, nəcib
duyğuların təcəssüm tapdığı şərəfli
ömür yaşayan Zərifə xanımın əziz xatirəsinin
xalqımızın qəlbində əbədi
yaşayacağını söylədi. Görkəmli
oftalmoloq alimin gözün zədələnməsinin öyrənilməsi
və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə
görə, SSRİ Tibb Elmləri Akademiyasının akademiki
M.İ.Averbax adına mükafatla təltif edildiyini
xatırladan natiq, Zərifə xanımın Sovet
İttifaqı dövründə bu mükafata layiq
görülən ilk qadın alim olduğunu nəzərə
çatdırdı: “Şin istehsalında gözün
potologiyası” monoqrafiyasına görə isə Zərifə
xanım Tibb Elmləri Akademiyasının akademik Averbax
adına mükafatına layiq görülmüşdür. Onun
“Gözdə və görmə-əsəb yollarında
yaş dəyişikliyi” monoqrafiyası da mütəxəssislərin
diqqətini cəlb etmişdir. “Oftalmologiyanın aktual problemləri”
monoqrafiyasında isə görmə orqanının müxtəlif
potologiyası zəminində gözün müasir
üsullarla tətbiqi və müalicəsi öz əksini
tapıb.
Zərifə
xanımın çoxşaxəli istedadı müxtəlif
ixtisas sahələrində də özünü büruzə
verirdi. O, oftalmoloji cərrahiyyə əməliyyatlarındakı,
gözün virus xəstəliyinin və görmə
orqanının damar patalogiyasının müalicəsindəki
elmi yeniliklərlə ciddi maraqlanırdı. Bütün
bunlar Zərifə xanımın işıqlı xatirəsini
xalqımızın yaddaşına əbədi həkk edib,
onu ölməzlik zirvəsinə yüksəldib”.
Vüqar Rəhimzadə:
“Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan
yüksək intellekt sahibi akademik Zərifə xanım Əliyevanın
elmdə açdığı yol zirvəyə gedən
yoldur”
Tədbirdə
çıxış edən YAP Siyasi Şurasının
üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
xalqına şərəflə xidmət edən akademik Zərifə
xanım Əliyevanın unudulmaz xatirəsinin hər zaman
yaddaşlarda yaşayacağını bildirdi. V.Rəhimzadə
qeyd etdi ki, böyük şəxsiyyətlər, həqiqi elm
fədailəri yaşadıqları mühitin
hüdudlarına sığmırlar. Çünki belə
şəxsiyyətlər ucaldıqları zirvəni qeyri-adi əməksevərlikləri,
intəhasız ürək genişliyi, təmənnasız
xeyirxahlıqları, səmimi hiss və duyğuları, fitri
istedad, nadir bilik və qabiliyyətləri bahasına fəth
edirlər: “Bu baxımdan, Azərbaycan oftalmologiya elmini
bütün dünyada tanıdan yüksək intellekt sahibi
akademik Zərifə xanım Əliyevanın elmdə
açdığı yol ildən-ilə inkişaf edir, onun
monumental əsərləri, elmi nailiyyətləri, pedaqoji səriştəsi,
yüksək səviyyəli mədəni irsi daim
araşdırılır, öyrənilir, neçə-neçə
tədqiqat əsərinin mövzusuna çevrilir. Akademik Zərifə
xanım Əliyevanın həyat və tale kitabını vərəqlədikcə,
onun həm nəcib bir insan, görkəmli alim, həm də
xalqını, elini, yurdunu, vətənini dərin məhəbbətlə
sevən böyük bir vətəndaş olduğunu
görürük”.
Bəhruz Quliyev: “Zərifə
xanım təkcə alim, istedadlı pedaqoq, tərbiyəçi
deyildi, O, həm də kövrək qəlbli insan,
qayğıkeş və sevimli qadın, ana və nənə
idi”
Görüşdə “Səs”
qəzetinin baş redaktoru və “Səs” İnformasiya
Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev
çıxış edərək Azərbaycan
qadınının sədaqəti, mübarizliyi, özünəməxsus
ictimai baxışları ilə dünya qadınlarına
örnək olduğunu bildirərək, onu da vurğuladı
ki, Zərifə xanım Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında müstəsna xidmətləri
olması ilə yanaşı sədaqətli həyat
yoldaşı, gözəl ailə başçısı,
qayğıkeş ana olub: “Bu gün hansı həkimdən,
tibb işçisindən soruşsan, görkəmli oftalmoloq,
akademik Zərifə xanım Əliyeva haqqında həvəslə,
qəlb açıqlığı ilə söhbət
açır və deyirlər: “O, hamıya ana, bacı və
səmimi yoldaş idi”.
B.Quliyev onu da
vurğuladı ki, Zərifə xanım Azərbaycanın
tarixində əvəzsiz xidmətləri olan iki böyük
şəxsiyyətin, dünya şöhrətli iki nüfuzlu
liderin birinin ömür-gün yoldaşı, birinin
anasıdır: “ Zərifə xanım təkcə alim,
istedadlı pedaqoq, tərbiyəçi deyildi, O, həm də
kövrək qəlbli insan, qayğıkeş və sevimli
qadın, ana və nənə idi. Zərifə xanım həssas
qadın ürəyi ilə bu ocağı isindirir, ailəsini
əsən mehdən belə qoruyurdu. Başa
düşürdü ki, Heydər Əliyevin ailəsi
beş-on nəfərin deyil, bütövlükdə cəmiyyətin
diqqət mərkəzindədir. Odur ki, övladlarını mənəvi
cəhətdən zəngin, yetkin insanlar kimi
böyüdür, soyköklərinin adına layiq tərbiyə
edirdi”.
Hikmət Babaoğlu: “ Minlərlə
insanı günəşə, işığa qovuşdurmaq,
tor gözlər qarşısında təbiət, səma
füsunkarlığını açmaq böyük ürək
sahibi olan insanın vətənpərvərliyi,
xeyirxahlığı deyilmi?”
Tədbirdə
çıxış edən “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu Zərifə xanım Əliyevanın
timsalında gözəllik, humanistlik, xeyirxahlıq və sadəlik
bir vəhdət təşkil etdiyini bildirdi. Onu da qeyd etdi ki,
böyük alim, istedadlı pedaqoq, tibb elminə əvəzolunmaz
töhfələr verən həkim - oftalmoloq Zərifə
xanım Əliyeva tibb elminin inkişafına verdiyi töhfələr
dünya səhiyyəsində xüsusilə seçilir: “Onun
böyük amalı insanları zülmət pəncərəsindən
qorumaq olub. Minlərlə insanı günəşə,
işığa qovuşdurmaq, tor gözlər
qarşısında təbiət, səma
füsunkarlığını açmaq, böyük ürək
sahibi olan insanın vətənpərvərliyi,
xeyirxahlığı deyilmi? O, daim xeyirxah əməlləri
ilə imkansızlara analıq etmişdir. Həmin humanist
addımlar bu gün Əliyevlər ailəsinin üzvü
Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Onun
xatirəsi Azərbaycanda insanların qəlbində həmişə
ulduz kimi parlayacaqdır. Onun miras qoyub getdiyi irs bugünkü gənc
nəslin yolunu daim işaqlandıracaqdır”.
Tədbir
iştirakçıları çıxışlarında bir
daha vurğuladılar ki, qədirbilən xalqımız
insanlara məhəbbətlə dolu olan, mənalı bir
ömür yolu keçmiş, Zərifə xanım Əliyevanın
xatirəsini əziz tutub, hər zaman onu yad edəcəklər.
Rəfiqə Kamalqızı
Səs.- 2009.- 25 aprel.- S. 5.