Öl­­miz­ dün­ya­da ana­lo­qu ol­ma­yan Zoo­lo­ji Park ya­ra­­lır

 

Park Ab­şe­ron əra­zi­sin­ yer­­şə­cək

 

Pre­zi­dent İl­ham Əli­ye­vin qay­ğı­sı və bö­yük dəs­tə­yi ilə son il­lər öl­kə­miz­də ət­raf mü­hi­tin mü­ha­fi­zə­si, tə­bii sər­vət­lər­dən sə­mə­rə­li is­ti­fa­də olun­ma­sı sa­hə­sin­də bir sı­ra va­cib təd­bir­lər hə­ya­ta ke­çi­ril­mək­də­dir. Eko­lo­gi­ya­nın və tə­bii sər­vət­lə­rin qo­run­ma­sı döv­lə­tin cid­di qay­ğı və nə­za­rə­ti altın­da­dır. Xü­su­si­lə, çirk­li tor­paq­la­rın bər­pa­sı və ye­ni me­şə mas­siv­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün görülən iş­lər diq­qət mər­kə­zin­də­dir. Bun­dan baş­qa, öl­kə­nin ya­şa­yış yer­lə­rin­də əha­li­nin tə­miz içmə­li su ilə tə­min olun­ma­sı üçün ABŞ-dan və Ko­re­ya­dan gə­ti­ri­lən su­tə­miz­lə­yi­ci qur­ğu­la­rın işə sa­lın­ma­sı mü­hüm əhə­miy­yət kəsb edir. Bu, ilk növ­bə­də, əha­li­nin iç­mə­li su ilə tə­mi­na­tı­nı yaxşılaş­dır­maq və iç­mə­li su­ya olan eh­ti­ya­cın ödə­nil­mə­si üçün va­cib fakt­dır.

Məhz bio­lo­ji müx­tə­lif­li­yin qo­ru­nub sax­la­nıl­ma­sı məq­sə­di­lə Xü­su­si Mü­ha­fi­zə Olu­nan Təbiət Əra­zi­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si, Mil­li Park­la­rın, ye­ni Döv­lət Tə­bi­ət Qo­ruq­la­rı­nın, Döv­lət Tə­bi­ət Ya­saq­lıq­la­rı­nın ya­ra­dıl­ma­sı, möv­cud qo­ruq əra­zi­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si ki­mi təd­bir­lər fo­nun­da bey­nəl­xalq stan­dart­la­ra ca­vab ve­rən Zoo­lo­ji Par­kın ya­ra­dıl­ma­sı bu­nun ba­riz nümunəsidir. Dün­ya təc­rü­bə­si­nə əsa­sən Zoo­lo­ji Park bio­lo­ji müx­tə­lif­li­yin, xü­su­sən, na­dir və nəsli kə­sil­mək təh­lü­kə­si qar­şı­sın­da olan fau­na növ­lə­ri­nin qo­run­ma­sı, əha­li­nin maa­rif­lən­di­ril­mə­si və gənc nəs­lin tə­biə­tə qay­ğı­keş ruh­da tər­bi­yə edil­mə­sin­də mü­hüm əhə­miy­yət kəsb edir.

Azər­bay­can Zoo­lo­ji Par­kı­nın ya­ra­dıl­ma­sı ilə əla­qə­dar res­pub­li­ka­mı­zın əra­zi­sin­də monitorinq­lə­rin apa­rıl­ma­sı, se­çil­miş əra­zi­nin zoo­lo­ji park ki­mi is­ti­fa­də­si­nin ya­rar­lı­lıq də­rə­cə­si­nin öy­rə­nil­mə­si, sər­həd­lə­ri­nin mü­əy­yən edil­mə­si, xə­ri­tə sxe­mi­nin iş­lə­nil­mə­si, el­mi cə­hət­dən əsaslandı­rıl­ma­sı və di­gər zə­ru­ri amil­lə­rin təd­qiq olun­ma­sı məq­sə­di­lə Eko­lo­gi­ya və Tə­bii Sərvətlər Na­zir­li­yi tə­rə­fin­dən ai­diy­yə­ti na­zir­lik və ko­mi­tə­lə­rin, el­mi təş­ki­lat­la­rın nümayəndələrin­dən iba­rət iş­çi qrup ya­ra­dıl­mış­dır. Zoo­lo­ji Park for­ma məz­mu­nu­na gö­rə dünya­da ana­lo­qu ol­ma­yan bir la­yi­hə­dir. Bu­ra­da tək­cə Azər­bay­ca­nın de­yil, di­gər qi­tə­lə­rin bit­ki hey­va­nat alə­mi ilə ta­nış ol­maq müm­kün ola­caq­dır.

 Zoo­lo­ji Park Ab­şe­ron ya­rı­ma­da­sın­da yer­lə­şə­cək­dir. Park­da ti­ki­lə­cək bi­na­la­rın üzə­rin­də Qo­bus­tan qa­ya­üs­tü rəsm­lə­ri, pa­le­on­to­lo­ji ma­te­ri­al­lar, or­ta əsr mi­nia­tür sə­nə­ti Azər­bay­ca­nın hey­va­nat alə­mi­nin ta­ri­xi in­ki­şaf döv­rü nü­ma­yiş et­di­ri­lə­cək­dir.   

 

 

Mət­ləb

 

Səs.- 2008.- 31 dekabr.- S.2.