Milli maraqların təzahürü
Ərzaq təhlükəsizliyi bu istiqamətdə
uğurlu addımdır
Bu gün müasir
dövrdə ərzaq təhlükəsizliyinin təmin
edilməsi qlobal xarakter daşıdığından,
bir ölkədə və ya bir qrup ölkələr daxilində
onun həyata keçirilməsinin mümkünlüyünü
təsəvvür etmək olmaz. Ərzaq təhlükəsizliyi
ölkənin iqtisadi təhlükəsizliyinin ən
mühüm tərkib hissəsi olub, dövlətin strateji
maraqlarının qorunmasında mühüm əhəmiyyət
kəsb edir. Bu ölkənin milli maraqlarının xarici
rəqabətin əlverişsiz diqtəsindən qorunmasında
aparıcı amil sayılmaqla ölkənin ərzaq təhlükəsizliyinin
təzahürü kimi şərtləndirilir.
Ölkə Prezidenti
İlham Əliyev imzaladığı "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı
(2008-2015-ci illər)" Sərəncamı əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi istiqamətində
uğurlu addımdır.
Qeyd edək ki, müasir
dövrdə ərzaq təhlükəsizliyinin təmin
edilməsi qlobal xarakter daşıdığından,
bir ölkədə və ya bir qrup ölkələr daxilində
onun həyata keçirilməsinin mümkünlüyünü
təsəvvür etmək olmaz. Ərzaq təhlükəsizliyi
ölkənin iqtisadi təhlükəsizliyinin ən
mühüm tərkib hissəsi olmaqla yanaşı, həm
də dövlətin strateji maraqlarının qorunmasında
mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda,
ölkənin milli maraqlarının xarici rəqabətin
əlverişsiz diqtəsindən qorunmasında aparıcı
amil sayılmaqla, ölkənin ərzaq təhlükəsizliyinin
təzahürü kimi şərtləndirilir.
Bu gün ərzaq təhlükəsizliyi
dedikdə, ilk növbədə, ölkədə istehlak
edilən zəruri qida məhsullarının keyfiyyəti
və faydalılığı başa düşülür.
Həmçinin, ərzaq təhlükəsizliyinin əsasını
ərzaq problemi, əhalinin ərzaq məhsullarına
olan tələbatının yerli istehsal hesabına
ödənilməsi və nəhayət, cəmiyyət
üzvlərinin ərzaq məhsulları əldə etmək
üçün iqtisadi inkişafın yetərli olması
təşkil edir. Məlum olduğu kim, əhalinin etibarlı
ərzaq təminatının başlıca amillərindən
biri də, milli makro-iqtisadi şəraitin əlverişli
olması və vətəndaşların gəlirlərinin
fizioloji normalara əsaslanan tələbatının
ödənilməsinin təmin edilməsidir. Bu baxımdan,
2004-2008-ci ilin birinci yarısı ərzində, nəinki
makroiqtisadi sabitliyə nail olunmuş, hətta iqtisadi
artıma görə ölkəmiz dünyanın aparıcı
dövlətlərindən birinə çevrilmişdir.
Bu baxımdan, bu gün ölkəmizdə əhalinin zəruri
ərzaq məhsulları ilə təmin edilməsinə
dövlətin diqqət və qayğısı daha
böyükdür. Bu məqsədlə ölkədə
ərzaq istehsalı sahəsində, xüsusilə, aqrar
bölmədə bir sıra köklü islahatlar aparılmışdır.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər
aqrar sahənin daha sürətlə inkişafına əlverişli
zəmin yaratmışdır.
Son illər ərzində
aqrar sektor sahəsində həyata keçirilən məqsədyönlü
tədbirlər kənd təsərrüfatı və ərzaq
məhsulları istehsalının dinamik inkişafına
imkan yaratmaqla, kənd təsərrüfatı bitkilərinin
əkin strukturunda əhəmiyyətli dəyişikliklərə
səbəb olub. Bu gün ölkəmizdə əhalinin
zəruri ərzaq məhsulları ilə təmin edilməsi
dövlətin iqtisadi siyasətində xüsusi yer tutur.
Bununla yanaşı, ölkədə əsas ərzaq məhsullarına
tələbatın yerli istehsal hesabına tam ödənilməməsi,
dünya ərzaq bazarında fərqlə tələbatın
təklifi üstələməsi və bununla əlaqədar
ərzaq məhsullarının qiymətlərinin bahalaşması
nəticəsində əhalinin, xüsusilə, aztəminatlı
hissəsinin ərzaqla təminatına və həyat
şəraitinə mənfi təsir göstərməsi
həllini tələb edən ən vacib məsələ
kimi qarşıda durur.
Çünki ərzaq
təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin
ən mühüm tərkib hissəsi olub dövlətin
strateji maraqlarının qorunmasında mühüm əhəmiyyət
kəsb edir. Əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsi istiqamətində ardıcıl tədbirlər
bu gün də uğurla davam etdirilir. Bu istiqamətdə
aparılan məqsədyönlü tədbirlərdən
ən əsası, ölkə Prezidenti tərəfindən
imzalanmış 1 may 2008-ci il tarixli "Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının hazırlanması haqqında"
Sərəncamıdır. Sərəncama əsasən
"Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı
(2008-2015-ci illər)" hazırlanmışdır. Sərancama
əsasən aidiyyəti mərkəzi icra hakimiyyəti
orqanlarına tapşırılmışdır ki,
Dövlət Proqramının icrasını təmin edən
zəruri tədbirlər görməli və bu barədə
hər ilin yekununda Prezidentə məlumat verməlidirlər.
Proqramda respublikada ərzaq məhsulları ilə təminat
sahəsində mövcud vəziyyət təhlil edilmiş,
proqramın məqsədi və vəziyyəti, ərzaq
təminatı sahəsində dövlət siyasətinin
əsas istiqamətləri müəyyənləşdirilmiş,
əsas hədəfləri və onların maliyyə mənbələri
öz əksini tapmışdır.
Sərəncamda nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
kənd təsərrüfatı məhsullarının
istehsalının artmasına, həmçinin, heyvandarlığın
inkişaf etdirilməsinə ciddi təsir göstərəcək.
Əhalinin ərzaq məhsullarına olan tələbatının
yerli istehsal hesabına ödənilməsi cəmiyyət
üzvlərinin ərzaq məhsulları əldə etmək
üçün iqtisadi inkişafın yetərli olmasını
təşkil edəcəkdir.
Kamalqızı R.
Səs.- 2008.- 31 dekabr.- S. 11.