"Meh­di Hü­seyn­za­ - 90" ad­ sər­gi açı­lıb

 

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yin­də əf­sa­nə­vi Azər­bay­can kəş­fiy­yat­çı­sı, So­vet İt­ti­fa­qı Qəh­rə­ma­nı Meh­di Hü­seyn­za­də­nin 90 il­lik yu­bi­le­yi­nə həsr edil­miş "Meh­di Hü­seyn­za­də - 90" ad­lı sər­gi açıl­dı.

Sər­gi­də Meh­di Hü­seyn­za­də­nin is­ti­fa­də et­di­yi əş­ya­lar, çək­di­yi rəsm əsər­lə­ri və so­nun­cu vətən nis­gi­lin­dən bəhs edən şe­ir par­ça­sı nü­ma­yiş et­di­ril­di. Təd­bir­də bü­tün şə­hid­lə­rin ru­hu bir dəqi­qə­lik sü­kut­la yad edil­di.

Təd­bi­ri AMEA Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin di­rek­to­ru, aka­de­mik Nai­lə Və­li­xan­li aça­raq qəh­rə­ma­nın hə­yat və ya­ra­dı­cı­lı­ğın­dan da­nış­dı. O, qeyd et­di ki, Meh­di Hü­seyn­za­də­yə Sovet İt­ti­fa­qı Qəh­rə­ma­nı adı ve­ril­mə­sin­də, onun abi­də­si­nin ucal­dıl­ma­sın­da ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin bö­yük ro­lu ol­muş­dur. Və­tə­ni­ni, xal­qı­nı se­vən 26 yaş­lı bu gən­cin mü­ha­ri­bə zama­nı gös­tər­di­yi şü­ca­ət­dən, fa­şiz­mə qar­şı mü­ba­ri­zə­sin­dən, gös­tər­di­yi qəh­rə­man­lıq­lar­dan danışan alim, bil­dir­di ki, Azər­bay­can bu cür qəh­rə­man oğul­la­rı ilə fəxr et­mə­li və xə­ləf­lər sələfləri­ni unut­ma­ma­lı­dır­lar.

Təd­bir­də çı­xış edən­lər AMEA Ta­rix İns­ti­tu­tu­nun di­rek­tor müa­vi­ni ta­rix elm­lə­ri na­mi­zə­di Cə­bi Bəh­rə­mov, Res­pub­li­ka Ve­te­ran­lar Şu­ra­sı səd­ri­nin bi­rin­ci müa­vi­ni Əlöv­sət Ba­xı­şov, Ba­kı Şə­hər Ve­te­ran­lar Şu­ra­sı­nın sədr müa­vi­ni Zi­li Rza­yev, Meh­di Hü­seyn­za­də­nin ba­cı­sı qı­zı Gü­la­rə Əli­za­də, ba­cı­sı oğ­lu Meh­di Əziz­bə­yov qəh­rə­man haq­qın­da xa­ti­rə­lə­ri­ni bö­lüş­dü­lər.

Bu il Meh­di Hü­seyn­za­də­nin yu­bi­le­yi­nə həsr edil­miş sil­si­lə təd­bir­lər ke­çi­ril­miş­dir. Ke­çən il Slo­ve­ni­ya­nın Şem­pas kən­din­də həm­və­tə­ni­mi­zin xa­ti­rə­si əbə­di­ləş­di­ril­miş­dir. Mü­ha­ri­bə il­lə­rin­də 9-cu kor­pu­sun qə­rar­ga­hı yer­lə­şən bu kənd­də Meh­di Hü­seyn­za­də­nin tunc büs­tü ucal­dıl­mış­dır.

Büs­tün açı­lı­şı mə­ra­si­min­də baş na­zi­rin müa­vi­ni El­çin Əfən­di­yev baş­da ol­maq­la, Azərbayca­nın Avs­tri­ya­da­kı sə­fi­ri Fu­ad İs­ma­yı­lov, sə­fir­li­yin əmək­daş­la­rın­dan iba­rət bö­yük nüma­yən­də he­yə­ti, Slo­ve­ni­ya Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin MDB və Şər­qi Av­ro­pa Öl­kə­lə­ri İda­rə­si­nin rəi­si, sə­fir Ada Fi­lip-Sliv­nik, No­va Qo­rit­sa şə­hə­ri­nin me­ri Mil­ko Brulç, əf­sa­nə­vi par­ti­zan M.Hüseyn­za­də ilə çi­yin-çi­yi­nə dö­yüş­müş məs­lək­daş­la­rı və yer­li sa­kin­lər iş­ti­rak et­miş­lər. Hə­min mə­ra­sim­dən çə­kil­miş film konf­rans­da nü­ma­yiş et­di­ril­miş­dir.

Bö­yük Qə­lə­bə­nin 60 il­li­yi mü­na­si­bə­ti­lə "Azər­bay­can­lı­lar Av­ro­pa mü­qa­vi­mət hə­rə­ka­tın­da" ki­ta­bı çap edil­miş­dir. Ki­ta­bın bir fəs­li bü­tün­lük­lə Meh­di Hü­seyn­za­də­yə həsr edil­miş­dir. Meh­di Hü­seyn­za­də­nin ai­lə üzv­lə­ri Gü­la­rə Əli­za­də, Meh­di Əziz­bə­yov, Res­pub­li­ka Mü­ha­ri­bə Ve­te­ran­la­rı Şu­ra­sı­nın rəh­bə­ri Əlöv­sət Ba­xı­şov və baş­qa­la­rı onun haq­qın­da xa­ti­rə­lə­ri­ni söy­lə­miş­lər.

1944-cü il ap­re­lin 2-də Meh­di Hü­seyn­za­də Mir­da­məd Se­yi­dov­la bir­lik­də Tri­yest­də­ki "Opçi­na" ki­no­te­at­rı­na gec işə dü­şən bom­ba qoy­muş­dur. Part­la­yış nə­ti­cə­sin­də al­man or­du­su­nun 120 əs­gə­ri və za­bi­ti məhv ol­muş, da­ha 220 nə­fər ya­ra­lan­mış­dır. Hə­min il ap­re­lin axır­la­rın­da Meh­di Hü­seyn­za­də, Hans Frits və Əli Ta­ğı­yev Pos­tay­no də­mir yol stan­si­ya­sı ya­xın­lı­ğın­da­kı körpü­nü part­lat­mış, nə­ti­cə­də 24 va­qon­lu qa­tar qə­za­ya uğ­ra­mış­dır. Ye­nə hə­min ilin ma­yın­da M.Hü­seyn­za­də və M.Se­yi­dov bir ka­zi­no­nu part­lat­mış, bu də­fə təx­mi­nən 150 al­man məhv ol­muş, da­ha 350 nə­fər ya­ra­lan­mış­dır. Fa­şist­lər Meh­di Hü­seyn­za­də­nin ba­şı­na 400.000 mar­ka qiy­mət qoy­muş­du­lar.

Təd­bir­də çı­xış­lar so­na yet­dik­dən son­ra qəh­rə­ma­na həsr olun­muş sər­gi iş­ti­rak­çı­la­rın ixtiyarı­na ve­ril­di.

 

 

Zümrüd.

 

Səs.- 2008.- 31 dekabr.- S.16.