DÖVLƏT İDARƏÇİLİYİNDƏ
VARİSLİK, NOVATORLUQ VƏ DİNAMİZM
Prezident İlham Əliyevin 2007-2008-ci illərdəki fəaliyyətinə
həsr olunmuş ikinci kitab çapdan çıxıb
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında hazırlanmış "Dövlət idarəçiliyində
varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin
xronikası: rəsmi qəbul və səfərlərinin
icmalı (2007-2008)" adlı ikinci kitab çapdan
çıxmışdır.
"Azərbaycan" nəşriyyatının
buraxdığı və Təhsil Nazirliyi tərəfindən
dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi
redaktoru akademik Ramiz Mehdiyev, rəyçisi professor Əli Həsənov,
tərtibçiləri professor Seyfəddin Qəndilov, dosentlər
Elçin Əhmədov və Elman Nəsirovdur.
Belə bir kitabın məhz
Prezident yanında fəaliyyət göstərən və idarəçilik
üzrə mütəxəssis kadrlar yetişdirilməsi ilə
bilavasitə məşğul olan bu akademiyada
hazırlanması təbiidir. Çünki dövlət
başçısı İlham Əliyevin çoxcəhətli
və məqsədyönlü fəaliyyətinin dərindən
təhlil edilib öyrənilməsi, ilk növbədə,
akademiyada hazırlanan gənc ehtiyat kadrlar, habelə öz
peşə vərdişlərini və ixtisaslarını təkmilləşdirən
mütəxəssislər üçün son dərəcə
zəruri və əhəmiyyətlidir.
Yeni kitabın birinci
bölməsində İlham Əliyevin Prezidentlik fəaliyyətinin
iki illik dövrünün xronikası verilmişdir. Bu bölmədə
dövlət başçısının çoxşaxəli
fəaliyyətinin hər hansı bir məqamı ilə
tanış olub, sonrakı bölmələrdə onu
geniş və ətraflı şəkildə öyrənmək
mümkündür.
Sonrakı bölmədə
Prezident İlham Əliyevin Azərbaycanda səfərdə
olan xarici ölkələrin dövlət və hökumət
başçıları, çoxsaylı təmsilçiləri,
habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri
ilə görüşləri ətraflı şəkildə
əks olunmuş və təhlil edilmişdir.
Sonuncu bölmədə
Prezidentin Azərbaycanın bölgələrinə və
xarici ölkələrə səfərlərinin şərhi
verilmişdir.
2007-ci il yanvarın 24-də
Davos şəhərində illik Dünya İqtisadi Forumunda
iştirak etmək üçün ilk işgüzar səfərinə
İsveçrə Konfederasiyasından başlayan Prezident
İlham Əliyev iki il ərzində 19 dövlətdə 37 rəsmi
və işgüzar səfərdə olmuşdur. Kitabda həmin
səfərlər çərçivəsində dövlətimizin
başçısının apardığı ikitərəfli
və çoxtərəfli danışıqları,
çıxışları, müsahibələri,
keçirdiyi mətbuat konfransları və sair ilə
tanış olmaq mümkündür.
Kitab dövlət
qulluqçuları, tələbə və müdavimlər,
eləcə də geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
NAİB
Səs.- 2009.-3 fevral.- S.4.