Azərbaycan Gəncləri
Günü qeyd olundu
Azərbaycan Gəncləri
Günü Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də qeyd
olundu. Bu münasibətlə fevralın 2-də birliyin
"Konfrans zalı"nda gənclərin toplantısı
keçirildi. Tədbiri giriş sözü ilə baş
direktorun müavini Mehman Həsənov açdı. O, dövlət
gənclər siyasətinin uğurlarından, gənclərin
ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında
fəal iştirakından, beynəlxalq tədbirlərdə,
möhtəşəm idman yarışlarında Azərbaycanı
layiqincə təmsil etdiklərindən iftixarla
danışdı. Sonra Azərbaycan gənclərinin
qazandıqları nailiyyətlər, onlara göstərilən
dövlət qayğısı baradə film nümayiş
etdirildi.
Tədbirdə
"Aztelekom" İB-nin gənclər təşkilatının
sədri Vüsalə Niftəliyeva çıxış edərək
rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə
qısa hesabat verdı. V.Niftəliyeva bildirdi ki, 2 fevral
tarixinin Azərbaycan gəncləri üçün
böyük önəmi var: "1996-cı il fevralın 2-də
Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu, ölkədə
gənclər hərəkatının vüsət almasına
təkan verdi. Bu tədbir ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü ilə keçirildi. Həmin
günün əhəmiyyətini nəzərə alaraq
ümummilli liderimiz 2 fevral tarixini Gənclər Günü
kimi elan edərək müasir Azərbaycan tarixinə
yazdı".
YAP Gənclər Birliyinin
sədr müavini Bəxtiyar Ələsgərov gənclərin
ötən il ictimai-siyasi proseslərdə fəal iştirak
etdiklərini, ötən il partiyaya yeni üzv olan şəxslərin
52,3 faizini gənclər təşkil etdiyini bildirdi. O, qeyd etdi
ki, Heydər Əliyevin, eyniz zamanda, İlham Əliyevin hakimiyyəti
dövründə də gənclər siyasətinə
xüsusi diqqət yetirilib.
Tədbir
iştirakçıları Azərbaycan gənclərinin
hazırkı durumu, onların qayğıları və
müxtəlif məsələlərlə bağlı
çıxış etdilər. Səslənən digər
çıxışlarda da vurğulandı ki, ulu öndərimiz
Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən
Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında
sıx birləşərək, Vətənimizin tərəqqisi
naminə var qüvvə ilə çalışırlar.
Tədbir
"Aztelekom" İstehsalat Birliyinin 2008-ci ildə əldə
etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai
işlərdə fərqlənən gənclər fəxri fərmanla
təltif olundular və qiymətli hədiyyələrlə
mükafatlandırıldılar.
Sevinc NƏZƏROVA
Səs.- 2009.- 3 fevral.- S. 6.