"Bakı -
İslam Mədəniyyətinin
Paytaxtı - 2009"
"Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009"-un qeyd olunması ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən tədbirlər
planı işlənib hazırlanmışdır. Nazirlikdən
"Səs" qəzetinə verilən məlumata əsasən,
bu çərçivədə müxtəlif səpkili tədbirlər
təşkil olunacaq. Belə ki, 18 fevral tarixində Muzey Mərkəzində
"Bakı-İslam Mədəniyyətinin paytaxtı"
veb saytının təqdimatı keçiriləcək. Elə
həmin gün "Yaddaş" və "Salnamə"
studiyalarının istehsalı olan Azərbaycana həsr
olunmuş 2 sənədli filmin və "Qədim
Bakı" kitabının təqdimatı olacaq. "Bakı
- İslam Mədəniyyətinin Paytaxtı - 2009" təntənəli
açılış mərasimi isə 19 fevral tarixində
Heydər Əliyev adına sarayda keçiriləcək.
Tədbirlər çərçivəsində
Novruz bayramı münasibətilə "Çərşənbə
axşamları" və bayram şənlikləri, görkəmli
bəstəkar Tofiq Quliyevə həsr olunmuş foto-sərgi,
görkəmli rejissor Tofiq Tağızadənin 90 illiyinə həsr
olunmuş yubiley gecəsi, "Şərq və Qərb"
moda təqdimatı, "İslam ənənəvi
memarlığı" adlı gənc memarların beynəlxalq
festivalının açılışı, Beynəlxalq
Muğam Festivalı, 2 seriyalı "Cavad xan" bədii
filminin təqdimatı, görkəmli dramaturq Cəfər
Cabbarlının 110 illiyinə həsr olunmuş kino
axşamı, İordaniya və Mərakeşin turizm şirkətləri
və media nümayəndələrindən ibarət heyətin
Azərbaycana infoturu, "AİTF" Beynəlxalq Səyahət
və Turizm sərgisi, "İslam dünyası kitab səhifələrində"
kitab sərgisi, İslam mədəniyyəti mövzusunda əl
işlərindən ibarət sərgi, İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Milli Kitabxana
direktorlarının II Konfransı, "İslam ölkələrinin
tarixi, şəhərləri və müasir
memarlığı" adlı beynəlxalq konfrans,
Şirvanşahlar Sarayı Kompleksinin 45 illiyi münasibətilə
"Azərbaycan xatunları" adlı səhnələşdirilmiş
tamaşa və konsert, "Şirvanşahlar Sarayı Kompleksi"
Dövlət tarix-memarlıq qoruq-muzeyi, İSESKO təşkilatının
Azərbaycanda Mədəniyyət həftəsi çərçivəsində
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin ifasında "Azərbaycan bəstəkarlarının
yaradıcılığında Şərq mövzusu"
konserti, Qırğızıstan Respublikasının Azərbaycanda
Mədəniyyət Günləri, İslam ölkələrinin
folklor rəqs qruplarının festivalı, qədim geyimli Azərbaycan
atçılarının "Çövkən" və
digər milli atüstü oyunlarının nümayişi,
"Bakı-İslam Mədəniyyətinin Paytaxtı"
mövzusunda elmi konfrans, "İslam dünyasında
qadın: ənənəvi dəyərlər və
müasirlik" adlı konfrans, "İslamda mədəniyyət
və gözəllik amili" adlı beynəlxalq elmi-praktiki
konfrans keçiriləcək.
Bütün qeyd
olunananlarla yanaşı beynəlxalq səpgili tədbirlərin
təşkili də nazirliyin tədbirlər planına daxil
edilib. Bu baxımdan Avropa Şurasına üzv dövlətlərin
Mədəniyyət Nazirlərinin Konfransında əsası
qoyulmuş "Sənətçilər dialoq naminə"
layihəsi çərçivəsində "Şərq-Qərb"
beynəlxalq rəqs festivalı, "Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009" saytının fəaliyyətinin təmin
edilməsi, "Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009" mövzusunda Azərbaycan, ingilis və ərəb
dillərində çap məhsullarının, suvenir və
s. əyani vəsaitlərin hazırlanması, milli və
xarici kütləvi informasiya vasitələrində
"Bakı - İslam Mədəniyyətinin Paytaxtı -
2009" mövzusunda məqalələrin dərc olunması,
televiziya verilişlərinin hazırlanması və
nümayiş etdirilməsi, Azərbaycanın birinci
xanımına həsr olunmuş "Mədəniyyətimizin
və mədəni incilərimizin hamisi" kitabının
rus və ingilis dilinə tərcümə edilməsi və nəşri,
İordaniya Krallığının, Qətər Dövlətinin
və İran İslam Respublikasının Azərbaycanda Mədəniyyət
Günləri, İslam dünyası şairlərinin poeziya
gecəsi, İSESKO üzv dövlətlərinin mətbəx
mədəniyyətinə həsr olunmuş beynəlxalq
festival, kalliqrafiya sənətinə həsr edilmiş
"Kalliqrafiya dialoqu" adlı sərgi, Mərakeş
Krallığının Azərbaycanda Mədəniyyət
Günləri, TÜRKSOY Daimi Şurasının növbəti
toplantısı, İSESKO-ya üzv dövlətlərin
xalqlarının bənzər sənət, ev, mətbəx əşyalarının
və dekorativ-tətbiqi yaradıcılığına həsr
edilmiş "Nuhun Gəmisi" adlı sərgisi və s. tədbirlər
də təşkil olunacaq.
Nəzakət
Səs.- 2009.- 3 fevral.-
S. 12.