Enerji sektorunda hüquqi
yanaşma və struktur islahatları
Azərbaycan və Avropa Birliyi arasında energetika
islahatlarının aparılması sürətlənir
Dünən Azərbaycan
hökuməti ilə Avropa Birliyi arasında imzalanmış
sazişə əsasən, Hyatt Regensy otelində Azərbaycanın
Sənaye və Energetika Nazirliyi ilə Almaniyanın
İqtisadiyyat və Texnoligiya Nazirliyi arasında energetika sahəsində
Tvining layihəsi üzrə birgə tədbir keçirilib. 1999-cu
ildən Avropa Birliyi ilə Azərbaycan əməkdaşlıq
haqqında müqavilənin həyata keçirilməsinə
dəstək məqsədilə Azərbaycan Sənaye və
Energetika və Almaniyanın İqtisadiyyat və Texnologiya
Federal nazirlikləri arasında energetika sahəsində Tvining
layihəsinin hüquqi bazasının
yaxınlaşdırılması, Azərbaycanın bu sektorda
olan qanunvericiliyində tələb olunan struktur islahatların
aparılmasına dəstək olmaq üçün
davamlı şəkildə bu cür addımlar
atılması planlaşdırılır.
Bu məqsədlə
keçirilən tədbirdə çıxış edən
Sənaye və Energetika nazirinin müavini Gülməmməd
Cavadov məlumat verib. Onun sözlərin görə, bu cür
addımların atılmasında əsas məqsəd Azərbaycanın
enerji sektorunun hüquqi bazasını Avropa Birliyi
qanunvericiliyinə yaxınlaşdırmaq, bu sektorda tələb
olunan struktur islahatlarının aparılmasıdır. Azərbaycan
tərəfindən layihəyə rəhbərlik edən
İbrahim Ağayev əməkdaşlıq çərçivəsində
enerji siyasətinin müəyyənləşdirilməsi
üçün konkret addımların
atıldığını qeyd edib. O bildirib ki, bu sahənin
idarə edilməsinin təkmilləşdirilməsi, həmçinin,
hüquqi bazanın təkmilləşdirilməsinin də nəzərdə
tütulduğu planlaşdırılır. 2006-cı il
noyabrın 17-də Azərbaycanla Avropa Birliyi arasında enerji
sahəsində müqavilənin bağlandığını
xatırladan layihə rəhbəri, enerji sahəsində
sözügedən müqavilədə nəzərdə
tutulan 4 sahədə əməkdaşlığın davam
etdirildiyini bildirib. Onun sözlərinə görə, layihə
çərçivəsində, Almaniyadan 14, Slovakiyadan isə
3 mütəxəssisin iştirakı gözlənilir.
Almaniya tərəfindən
isə layihəyə rəhbərlik edəcək Güenter
Vaşke bu cür layihələrin "NABUCCO" kimi proyektlərin
həyata keçirilməsində mühüm rol oynadığını
bildirdi. Layihənin 18 ay davam edəcəyini bildirən
almaniyalı ekspert, müqavilənin büdcəsinin 1,1 milyon
avro olduğunu söyləyib: "Tvininq layihəsinin iş
planı bu sahədə həyata keçiriləcək vəzifələri
detallıqla təsvir edir və bu, 5 komponentdən ibarətdir.
Bu vəzifələrin içərisində birgə
işçi qrupların yaradılması, seminarların və
Avropaya tanışlıq səfərlərinin təşkil
edilməsi də nəzərdə tutulur". Onun sözlərinə
görə, bu layihənin əsas məğzi elektrik enerjisi və
qaz sahəsində Azərbaycan qanunvericiliyinin Avropa Birliyinin bu
sahədəki qanunvericiliyə (Asquis Sommunautare)
yaxınlaşdırmaqdır.
Qeyd edək ki, Asquis
Sommunutare energetika sahəsində 20 Avropa qanunvericilik
aktını əhatə edir. Bu qanunlar elektrik enerjisi və
qaz, istilik genetorları, effektiflik tələbləri,
istehlakçıya verilən məlumat, binaların enerji
istehlakı vəziyyəti alternativ enerji mənbələrinin
stimulyasiyası və digər geniş enerji məsələlərini
əhatə edir.
Tapdıq QURBANLI
Səs.- 2009.- 3 fevral.- S. 9.