"Özümüzü
kəsən qılınc"
Türkiyədə ikinci
dəfə uğurlu səhnə həyatı yaşadı
"Bələdiyyənin Mədəniyyət Mərkəzinin
iki böyük kitabı "Qədim türk milli musiqisi"
bizə hədiyyə olundu"
Bildiyimiz kimi, Milli
Akademik Dram Teatrı Türkiyəyə qastrol səfəri
etmişdir. Səfərdən yenicə qayıtmış
yaradıcı heyət tamaşaya qoyduğu əsərin
böyük uğurla qarşılandığından
çox böyük məmnunluqla söz açırlar. Yaradıcı
heyət sırasında teatrın aparıcı
aktyorlarından olan respublikanın xalq artisti Rafiq Əzimov
tamaşada baş rollardan birini ifa etmişdir.
Onun sözlərinə
görə, xalq şairi Bəxtiyar Vahabzadənin Bələdiyyənin
Mədəniyyət Mərkəzinin iki böyük kitabı
"Qədim türk milli musiqisi" bizə hədiyyə
olundu. Tamaşanın quruluşçu rejissoru Ağakişi
Kazımovdur. Tamaşada əsas rolları Nurəddin Mehdixanlı,
Ramiz Məlikov, Sənubər İskəndərli, Laləzar
Mustafayeva və b-ı ifa ediblər: "Türkiyənin
Ankara və Kayser şəhərlərində on günə
yaxın qastrol səfərində olduq. Türkiyənin
Köçərən Bələdiyyəsinin dəvəti ilə
bu qastrol səfəri baş tutmuşdur.
Qastrol çərçivəsində
təşkil olunmuş Bəxtiyar Vahabzadə günlərində
çox böyük uğurla çıxış etdik. Şairin
həyat və yaradıcılığından söz
açaraq onun şeirlərindən parçalar söylənildi.
Bizimlə bərabər Azərbaycan Dövlət
Televiziyasının operatoru qastrol səfərində
iştirak etmiş və bütün görüntüləri
lentə almışdır. Mən deyərdim ki, bu səfər
Milli Akademik Dram Teatrının yaddaqalan qastrollarından biri
idi. Köçərən bələdiyyəsinin
başqanı Azərbaycanda olarkən, məhz
"Özümüzü kəsən qılınc"
tamaşasına baxmış və uğurlu səhnə həyatı
yaşayan bu əsərin Türkiyədə
oynanılmasına qərar vermişdir. Qeyd edim ki, bu tamaşa
Türkiyədə ikinci dəfə uğurlu səhnə həyatı
yaşadı. Mən deyərdim ki, həm Türkiyə
aktyorları, həm yerli tamaşaçılar, həm də
Azərbaycandan olan tələbə və digər sahələrdə
çalışan həmyerlilərimiz tamaşanı
çox böyük maraqla qarşıladılar. Obrazların
hər birinin çıxışı ayaqüstü
alqışlara səbəb olurdu.
Tamaşa sona yetdikdən
sonra Bələdiyyənin Mədəniyyət Mərkəzinin
iki böyük kitabı "Qədim türk milli musiqisi"
bizə hədiyyə olundu. Eləcə də, Türkiyənin
barelyefi işlənmiş mənzərə teatrımıza təqdim
edildi. Biz də özümüzlə hədiyyə
üçün Azərbaycanın milli mədəniyyətini
təmsil edən hədiyyələr aparmışdıq və
Mədəniyyət Mərkəzinə saz və dəf alətlərini
bağışladıq. Bu günə qədər bu musiqidə
Azərbaycanın müxtəlif milli-mənəvi dəyərlərini
əks etdirən əsərlər qorunub saxlanılır ki,
bu nümunələr sırasına musiqi alətlərimiz də
əlavə olundu.
Onu da deyim ki, yenidən
Türkiyədə keçiriləcək "Türkdilli
dövlətlərin beynəlxalq teatr festivalı"na dəvət
almışıq. Oynanılacaq festival çərçivəsində
tamaşa hələ dəqiq deyil. Festivaldan əvvəl ənənəvi
haldır ki, teatrın repertuarında olan bir çox
tamaşalar seçim üçün münsiflər heyətinə
göndərilir. Bu baxımdan, Bəhram Osmanovun
"Uçqun", "Varlı qadın", Ağakişi
Kazımovun "Özümüzü kəsən
qılınc", İlham Əsgərovun "Müsyö Jordan"
tamaşaları festivala göndərilib. Festival yaxın
günlərdə keçiriləcək."
Nəzakət
Səs.- 2009.- 4 fevral.- S. 12.