Banklar üçün
əlverişli fəaliyyət
mühiti...
Milli Bankın uçot dərəcəsini
aşağı salması pul-kredit siyasətinin yumşaldılmasına
istiqamətlənməklə bərabər, iqtisadiyyatın
qeyri-neft sektorunda fəallığının yüksəlməsinə,
kreditlər axınının yüksəlməsinə
səbəb olacaq
Azərbaycan Milli Bankı
çevik makroiqtisadi siyasət yürüdərək,
beynəlxalq maliyyə sferasında baş verən mənfi
meyillərin ölkəmizin bank-maliyyə sisteminə
müdaxiləsinin qarşısını almaq
üçün strateji kursu davam etdirir. Milli Bankın
2008-ci ilin sonuncu rübündən başlayaraq həyata
keçirdiyi pul-kredit siyasətinin əsas hədəflərindən
biri, ilk növbədə, daxili maliyyə bazarının
sabitləşdirilməsindən, bank və kredit təşkilatlarının
iqtisadiyyatda fəallığının qorunub saxlanmasından
və likvidliyin təmin edilməsindən ibarətdir.
Bu taktika banklara dəstək
siyasətinə əsaslanaraq, bank bazarında faiz dərəcələrinin
aşağı salınmasına xidmət göstərməkdədir.
Ötən ilin oktyabrından başlayan həmin siyasət
Milli Bankın fevralın 2-dən qüvvəyə minəcək
yeni qərarı ilə daha da möhkəmlənəcək.
Söhbət MB-nin bank sektorunda tətbiq etdiyi uçot dərəcələrinin
aşağı salınmasından gedir. Məlum olduğu
kimi, Milli Bank artıq bu istiqamətdə dördüncü
dəfə qərar qəbul edib və beləliklə, faiz
dərəcələri növbəti dəfə endirilərək
8 faizdən 5-ə salınıb. illi Bankın bu qərarı
həddindən artıq güclü siyasi iradənin
nümayiş etdirilməsindən xəbər verir və
bank sferasında preventiv tədbirlərin geniş miqyas
almasının təzahürü sayıla bilər. Yəni,
son 3-4 ayda faiz dəhlizi ilə bağlı MB-nin atdığı
addımlar davamlı xarakter daşımaqla yanaşı,
daha çox kommersiya banklarının sağlamlaşdırılmasına
və möhkəmlənməsinə səbəb olub. Xatırladaq
ki, MB uçot dərəcələri ilə bağlı
ilk qərarını ötən il oktyabrın 14-də verib.
Həmin vaxt faiz dərəcələri 15 faiz idi və
bu rəqəm bankların istər vətəndaşlara,
istərsə də iqtisadi subyektlərə, özəl
şirkətlərə aşağı faizlə kredit
verməsinin qarşısını alırdı. Həmin
dövr dünya maliyyə böhranının şiddətləndiyi
ərəfəyə təsadüf etdiyindən ölkəmizin
banklarının yüksək məbləğdə kredit
verməsi, eləcə də aşağı faizlərlə
işləməsi likvidlik problemi yarada bilərdi. Milli
Bankın qısa müddətdə qabaqlayıcı tədbirlər
görməsi nəticəsində Azərbaycan bankları
həmin problemlə üzləşmədi. MB uçot dərəcələrini
15-dən 12-yə endirdi, ardınca 15 gün sonra kredit stavkalarını
(oktyabrın 31-də) 12 faizdən 10 faizə saldı. Təbii
ki, bu düzgün və əsil effekt verən qərar
ölkəmizin banklarının dünyanın ən
iri banklarının yaşadığı likvidlik sindromuna
düşməsinə imkan vermədi. Yəni, bank bazarı
xarici təzyiqlərdən xilas oldu və sabitlik
möhkəmləndi.
Azərbaycan hökuməti
bank sektoruna dəstəyi artırmaqda davam edərək,
faiz dəhlizi ilə bağlı tədbirlərin davam
etdirilməsinə qərar verdiyini son proseslərlə
bir daha təsdiqlədi. Milli Bank pul siyasətinin yumşaldılması
ilə bağlı addımlarını davam etdirərək
3-cü dəfə stavkaları 2008-ci il dekabrın 1-də
aşağı saldı. Bununla da uçot dərəcələri
10 faizdən 8-ə endirildi. Bütün bu ssenarilər
son nəticədə bankların aktivliyini artırdı
və onların likvidlik göstəriciləri yaxşılaşdı.
2008-ci ilin yekunlarını nəzərdən keçirdikdə
bank və kredit bazarında müsbət dinamikanı
hiss etmək olar. Yəni, bankların iqtisadiyyatda
çəkisi əhəmiyyətli dərəcədə
artıb. Onların ötən il iqtisadiyyata 7 mlrd
man-ı kredit qoyuluşları həyata keçirib. Eləcə
də, bankların əmanət bazarında aktivliyi
yüksəlib. Onların fəaliyyəti nəticəsində
əhali banklara 1 mlrd 950 mln man-dan çox əmanət yerləşdirib.
Bu gün Azərbaycanın
bank sistemində 1 dövlət və 44 özəl kommersiya
bankının olması bu sektorun genişşəbəkəliliyini
göstərir. Doğrudur, bank sistemində xarici bank vahidlərinin
də payı az deyil və bu, beynəlxalq bazarlarda
baş verənlərin ölkəmizə təsirini istisna
etmir. Ölkəmizdəki bankların 14-ünün nizamnamə
kapitalında xarici kapitalın payı yüksəkdir.
Onlardan beşi 100 faiz xarici kapitallı banklardır. Digər
banklarda xarici kapital, əsasən, Avropa Yenidənqurma
və İnkişaf Bankına, Beynəlxalq Maliyyə
Korporasiyasına, Qara Dəniz Ticarət və İnkişaf
Bankına məxsusdur. Nəzərə alsaq ki, onların
kapital fondunu dünyanın ən nüfuzlu beynəlxalq
maliyyə təşkiları formalaşdırır, onda
həmin qurumların fəaliyyətindəki dəyişikliklərin
Azərbaycana müəyyən təsiri ehtimal oluna bilərdi.
Buna görə də, Milli Bank təkcə ölkəmizin
yerli özəl bank qurumlarının mənafeyini qorumadığını,
xarici bank strukturlarının da mənfi fəsadlara məruz
qalmaması üçün xarici risq amillərini nəzərə
alaraq, qabaqlayıcı tədbirlər rejimini işə
salmaqla xeyirxah missiya yerinə yetirdiyini sübuta yetirdi.
MB-nin preventiv siyasət
yürütməsinə başlaması ümumiyyətlə,
bank sisteminin xarici iqtisadi böhranlara, təhlükəyə
qarşı davamlılığını möhkəmləndirmək
və gücləndirmək siyasəti kimi səciyyələndirilə
bilər. Bu qərarın başqa bir əhəmiyyəti
kommersiya banklarının kredit fəaliyyətinin stimullaşdırılmasından
ibarətdir. Yəni, Milli Bankın kommersiya bankları
üçün müəyyən olunmuş uçot dərəcəsini
aşağı salması nəticəsində banklar
kreditləri əvvəlki səviyyədə sabit saxlamalı
olub.
MB tərəfindən
uçot dərəcəsinin aşağı salınması
pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənməklə
bərabər, qlobal risqlərin iqtisadiyyatın qeyri-neft
sektoruna, məşğulluq və gəlir səviyyəsinə
mənfi təsirlərinin məhdudlaşmasına səbəb
olub. Bu tədbirlər nəticəsində bankların
likvidliyi xeyli artıb və onların kredit verilişlərinin
əhatə dairəsi yüksəlib. Milli Bankın iki
gün əvvəl qəbul etdiyi qərardan sonra isə
faiz dərəcələri 8-dən 5 faizə endirilib.
Bu, qeyd etdiyimiz kimi, 3-4 ay ərzində uçot dərəcələrinin
3 dəfə aşağı salınması deməkdir.
Yəni, artıq bu addımdan sonra bank bazarında ən
əlverişli fəaliyyət mühiti formalaşmış
olur. 5 faizlik stavka ilə fəaliyyət göstərmək
kommersiya bankları üçün həddindən artıq
münbit şərait sayıla bilər. Milli Bankın
son qərarından sonra bankların kredit fəaliyyəti
ilə aktiv məşğul olması üçün əlverişli
imkan yaranıb və onlar mərkəzi bankdan ucuz faizlə
kredit ala biləcək. Banklar sahibkarlara, əhaliyə
aşağı faizlə kredit verməlidir. Uçot dərəcəsinin
5 faizə endirilməsindən sonra bankların vətəndaşlara
və özəl şirkətlərə 15 failə, 22 faizlə
kredit verməsi ədalətsizlik olardı.
Ümumiyyətlə,
MB tərəfindən həyata keçirilən düzgün
pul-kredit və monetar siyasət bank sisteminin dinamik artımını
və stabilliyi qoruyub saxlamağa dərin iqtisadi əsaslar
yaradır. Qəti əminliklə söyləmək olar
ki, bu siyasət həm də respublikamızın artan
strateji valyuta ehtiyatları, Azərbaycanın beynəlxalq
ödəniş qabiliyyətinə tam cavab verməsini
möhkəmləndirməklə hansısa təhlükənin
yaranmasının qarşısını almış
olur, bankların daha sağlam və likvid fəaliyyət
göstərməsinə və iqtisadiyyata kredit
axınının sürətlənməsinə təkan
verir.
A.QULİYEVA
Səs.- 2009.- 5 fevral.- S.
4.