AZƏRBAYCAN-ESTONİYA MÜNASİBƏTLƏRİ
GENİŞLƏNİR
Azərbaycanın Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar
Məmmədyarov Estoniyanın Azərbaycanda yeni təyin
edilmiş səfiri Aivo Orav ilə görüşmüşdür.
Etimadnamələrinin
surətini nazirə təqdim edən səfir A.Orav Azərbaycana
təyinatından məmnunluğunu bildirmiş və
fəaliyyəti dövründə Azərbaycan-Estoniya
münasibətlərinin daha da genişlənməsinə
xidmət edəcəyini söyləmişdir.
Görüşdə
bu ilin əvvəlində Estoniya Prezidenti Toomas Hendrik
İlvesin Azərbaycana üçgünlük səfərinin
və Estoniyanın Baş naziri Andrus Ansipin 2008-ci ildə
Bakıda keçirilmiş Enerji Sammitində iştirakının
ölkələrimiz arasındakı münasibətlərin
inkişafında yeni mərhələ açdığı
bildirilmiş, bu xüsusda səfərlərin davam etdirilməsinin
vacibliyi vurğulanmışdır. Azərbaycan ilə
Estoniya arasında iqtisadi sahədə əməkdaşlığın
vacibliyi qeyd edilmiş, qarşılıqlı sərmayə
layihələrinin həyata keçirilməsi
üçün geniş imkanların mövcud olduğu
bildirilmişdir.
Görüşdə
ikitərəfli münasibətlərə aid bir sıra
digər məsələlər müzakirə edilmişdir.
NAİB
Səs.- 2009.- 5 fevral.- S. 5.