Da­vam­ is­la­hat­lar kon­sep­si­ya­

 

Azər­bay­can­da güc­lü sə­na­ye po­ten­sia­lı­nın in­ki­şa­fı üçün zən­gin xam­mal ba­za­sı var

 

Qlo­bal­la­şan dün­ya­da o döv­lət­lər di­na­mik sa­bit in­ki­şaf edir ki, on­lar gə­lə­cə­yə hə­dəf­lə­nən dü­şü­nül­müş stra­te­gi­ya­ya ma­lik­dir. Bu gün tam əmin­lik­lə de­mək olar ki, Azər­bay­can məhz be­lə döv­lət­lər­dən­dir. Əsa­sı ulu ön­dər Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş və Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­na, di­na­mik və key­fiy­yət­li in­ki­şa­fı­na, xal­qın ya­şa­yış sə­viy­yə­si­nin yax­şı­laş­dı­rıl­ma­sı­na xid­mət edən in­ki­şaf stra­te­gi­ya­sı, öl­kə Pre­zi­den­ti İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə uğur­la da­vam et­di­ri­lir.

Xü­su­si­lə, öl­kə­nin so­si­al-iq­ti­sa­di hə­ya­tın­da baş ve­rən iri­miq­yas­lı kə­miy­yət və key­fiy­yət də­yi­şik­lik­lə­ri döv­rün­də res­pub­li­ka­mı­zın iq­ti­sa­di qüd­rə­ti da­ha da art­mış, öl­kə­miz qlo­bal­la­şan dün­ya­nın nü­fuz­lu döv­lət­lə­rin­dən bi­ri­nə çev­ril­miş­dir. İq­ti­sa­di in­ki­şa­fın ar­tım sü­rə­ti­nə gö­rə Azər­bay­can dün­ya­da li­der döv­lət­lər sı­ra­sın­da­dır. Öl­kə­də iq­ti­sa­di və si­ya­si sa­bit­li­yin möh­kəm­lən­mə­si­nə na­il olan Azər­bay­can hö­ku­mə­ti­nin hə­ya­ta ke­çir­di­yi dü­şü­nül­müş iq­ti­sa­di stra­te­gi­ya res­pub­li­ka­mı­zın dün­ya döv­lət­lə­ri içə­ri­sin­də özü­nə­məx­sus in­ki­şaf yo­lu­na gö­rə fərq­lən­mə­si­nə sə­bəb olub. Da­vam­lı is­la­hat­lar kon­sep­si­ya­sı­na əsas­la­nan mak­ro­iq­ti­sa­diy­ya­tın ge­niş­şa­xə­li so­si­al si­ya­sət­lə pa­ra­lel şə­kil­də qar­şı­lıq­lı əla­qə­lən­di­ril­mə­si Azər­bay­ca­nın re­gio­nun və Av­ra­si­ya mə­ka­nın ən eti­bar­lı, di­na­mik in­ki­şaf edən öl­kə ki­mi nü­fu­zu­nun güc­lən­mə­si­nə də­rin ba­za ya­ra­dıb.

Öl­kə iq­ti­sa­diy­ya­tın­da son il­lər əl­də olu­nan in­ki­şaf bir da­ha onu sü­but edir ki, Azər­bay­can güc­lü sə­na­ye po­ten­sia­lı­nın in­ki­şa­fı üçün zən­gin xam­mal ba­za­sı­nın möv­cud­lu­ğu, nə­həng və çox­şə­bə­kə­li sə­na­ye komp­lek­si­nin im­kan­la­rı­nın sə­fər­bər edil­mə­si sa­hə­sin­də, hə­qi­qə­tən də, li­der döv­lət­dir. Tə­sa­dü­fi de­yil ki, bu gün sə­na­ye is­teh­sa­lı­nın ar­tım tem­pi ilə ümu­mi da­xi­li məh­su­lun di­na­mi­ka­sı ey­ni sə­viy­yə­də­dir. Mə­sə­lən, ötən il ÜDM 27 fa­iz, sə­na­ye isə 24 fa­iz­lik ar­tım­la ba­şa ça­tıb, bu isə hə­min sa­hə­nin iq­ti­sa­diy­yat­da lo­ko­mo­tiv ro­lu oy­na­dı­ğı­nı təs­diq­lə­yir. Bu gün mil­li məh­su­lun 20 mlrd man-dan çox his­sə­si də məhz sə­na­ye məh­su­lun­dan iba­rət­dir. Azər­bay­can sə­na­ye­nin in­ki­şaf tem­pi­nə gö­rə son 2 il­də MDB döv­lət­lə­ri içə­ri­sin­də ilk yer­lər­də da­ya­nır.

Azər­bay­can­da sə­na­ye­nin in­ki­şa­fı­na neft sek­to­ru im­puls ver­sə də, ümu­mi­lik­də ma­şın­qa­yır­ma, me­tal­lur­gi­ya, ye­yin­ti və emal mü­əs­si­sə­lə­ri, tex­no­lo­gi­ya­lar, kim­ya komp­lek­si, mə­dən­çı­xar­ma və fi­liz mü­əs­si­sə­lə­ri, bu sa­hə­nin əhə­miy­yət­li də­rə­cə­də in­ki­şaf me­yil­lə­ri ilə mü­şa­yi­ət olun­ma­sı­na im­kan ya­ra­dıb. Sə­na­ye­nin struk­tu­ru­na diq­qət ye­tir­dik­də, neft sə­na­ye­si­nin çə­ki­si ilə bə­ra­bər, di­gər sə­na­ye sa­hə­lə­ri­nin ar­tım tem­pi da­ha yük­sək olub. Mə­sə­lən, sə­na­ye­nin re­al həc­mi son il­lər­də 3 də­fə­yə ya­xın ar­tıb və bu­ra­da ma­şın­qa­yır­ma, me­tal­lur­gi­ya, kim­ya komp­lek­si, mə­dən­çı­xar­ma­nın pa­yı da­ha yük­sək olub.

Pre­zi­dent İl­ham Əli­yev bir ne­çə ay əv­vəl Gən­cə zo­na­sı­na sə­fə­ri za­ma­nı sə­na­ye mü­əs­si­sə­lə­ri­nin və­ziy­yə­ti ilə ta­nış olar­kən bə­yan edib ki, öl­kə­də ye­ni sə­na­ye mü­əs­si­sə­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün ge­niş ba­za var və bu, hö­ku­mə­tin iq­ti­sa­di si­ya­sə­ti­nin baş­lı­ca is­ti­qa­mət­lə­rin­dən bi­ri ola­caq. Hö­ku­mət bu sa­hə­yə hər il in­ves­ti­si­ya­la­rı ar­tı­ra­caq, ye­ni sə­na­ye mər­kəz­lə­ri­nə in­ves­tor­la­rın cəlb olun­ma­sı üçün əl­ve­riş­li biz­nes im­kan­la­rı tə­min edi­lə­cək.

Res­pub­li­ka­mı­zın ən zən­gin tə­bii eh­ti­yat­la­ra ma­lik ol­ma­sı sə­na­ye po­ten­sia­lın­dan mak­si­mum fay­da­lan­ma­ğa zə­min ya­ra­dır. Gən­cə-Daş­kə­sən zo­na­la­rın­da xam­mal ba­za­sı­nın möv­cud ol­ma­sı ye­ni sə­na­ye mü­əs­si­sə­lə­ri­nin ya­ra­dıl­ma­sı­na əl­ve­riş­li şə­ra­it ya­ra­dıb. Gən­cə­də po­lad komp­lek­si­nin və de­tal alü­mi­ni­um za­vo­du­nun tə­mə­li­nin qo­yul­ma­sı da bu la­yi­hə­lə­rin baş­lan­ğı­cı ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər. Bu iki za­vod komp­lek­si­nin ti­kin­ti­si nə­ti­cə­sin­də Azər­bay­can çox bö­yük iq­ti­sa­di im­kan­la­ra na­il ola­caq. Tək­cə, bu sa­hə­yə qo­yu­lan in­ves­ti­si­ya­la­rın həc­mi 1 mlrd dol-dan çox ola­caq.

Bu fak­tı da vur­ğu­la­maq ye­ri­nə dü­şər ki, hö­ku­mət ya­xın 5 il­də sə­na­ye­ləş­mə­nin in­ki­şa­fı­na ən azı 3 mlrd dol ka­pi­tal yö­nəlt­mə­yi nə­zər­də tu­tur. 2008-2013-ci il­lə­ri əha­tə edən Döv­lət Proqr­mı­nın da əsas hə­dəf­lə­ri alü­mi­num, po­lad, ma­şın­qa­yır­ma, ye­yin­ti yün­gül sə­na­ye ob­yekt­lə­ri­nin ya­ra­dıl­ma­sın­dan iba­rət­dir. Bu mü­əs­si­sə­lə­rin in­ki­şa­fı Azər­bay­ca­nın sə­na­ye­si­nə çox güc­lü tə­kan ve­rə­cək sə­na­ye­miz ən yük­sək dün­ya stan­dart­la­rı­na ca­vab ve­rən məh­sul­la­rı dün­ya ba­za­rı­na ix­rac edə­cək. Tək­cə Gən­cə­də­ki mü­əs­si­sə­lər­də 1 mln t po­lad 100 min t alü­mi­ni­um is­teh­sal olu­na­caq. Gən­cə­nin 2 mi­nə ya­xın iş­siz sa­ki­ni bu mü­əs­si­sə­lər­də iş­lə tə­min olu­na­caq.

Qeyd edək ki, Pre­zi­dent İl­ham Əli­ye­vin tap­şı­rı­ğı­na əsa­sən, Sə­na­ye Ener­ge­ti­ka Na­zir­li­yi sə­na­ye­nin bu­nun­la ya­na­şı, kim­ya sə­na­ye­si­nin pers­pek­tiv in­ki­şa­fı ilə əla­qə­dar ye­ni proq­ram ha­zır­la­yıb. Bu sə­nə­din əsas is­ti­qa­mət­lə­ri yer­li xam­mal ba­za­sı əsa­sın­da ən mü­tə­rəq­qi tex­no­lo­gi­ya­la­ra əsas­la­nan ye­ni za­vod­la­rın ti­kin­ti­sin­dən ye­ni­dən qu­rul­ma­sın­dan iba­rət­dir. Hö­ku­mə­tin di­gər pla­nı Sum­qa­yıt­da­kı mü­əs­si­sə­lə­rin ba­za­sın­da sə­na­ye şə­hər­ci­yi­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı­dır. Gə­də­bəy, Nax­çı­van, Daş­kə­sən, Gən­cə di­gər böl­gə­lər­də qı­zıl mə­dən­çı­xar­ma sə­na­ye­si in­ki­şaf bu­mu­nu ya­şa­yır bu la­yi­hə­nin re­al­laş­ma­sı Azər­bay­ca­nın re­gi­on­da nə­həng sə­na­ye mər­kə­zi­nə çev­ril­mə­si­nə sə­bəb ola­caq.

Azər­bay­can­da sə­na­ye­ləş­mə­nin bu cür yük­sək pro­ses­lə da­vam et­mə­si­nə, öl­kə­nin zən­gin val­yu­ta eh­ti­yat­la­rı əl­ve­riş­li im­puls ve­rir. Mə­lum ol­du­ğu ki­mi, 2008-2013-cü il­lər güc­lü sə­na­ye is­teh­sa­lı­nın ya­ra­dıl­ma­sı sə­na­ye­nin şa­xə­lən­di­ril­mə­si döv­rü­dür. Bu ba­xım­dan, bu gün in­ten­siv iq­ti­sa­di in­ki­şaf im­kan ya­ra­dır ki, sə­na­ye po­ten­sia­lı­nın art­ma­sı bi­zim üçün öl­kə­nin in­ki­şa­fı­nın mü­hüm prio­ri­tet is­ti­qa­mə­ti­nə çev­ril­sin, sə­na­ye­ləş­mə pro­se­si yük­sək sü­rət­lə get­sin. Bu­nun üçün zə­ru­ri val­yu­ta eh­ti­yat­la­rı var­dır. Son­ra­kı il­lər­də ye­ni yer­lə­ri açı­la­caq, pos­tin­dust­ri­al cə­miy­yə­tə ke­çid üçün ye­ni zə­min ya­ra­dı­la­caq­dır.

Öl­kə­də son il­lər so­si­al-iq­ti­sa­di is­la­hat­la­rın də­rin­ləş­mə­si döv­lət ida­rə­et­mə sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər, azad iq­ti­sa­di fəa­liy­yət üçün əl­ve­riş­li şə­ra­it ya­rat­maq­da­dır. Bu da, öz növ­bə­sin­də, sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na tə­kan ver­miş, özəl böl­mə­də is­teh­sa­lın həc­mi­ni ar­tı­rır. Ümu­miy­yət­lə, öl­kə­də ge­dən da­vam­lı is­la­hat­lar kon­sep­si­ya­sı bü­töv­lük­də öl­kə­nin iq­ti­sa­di qüd­rə­ti­nin art­ma­sın­da mü­hüm rol oy­na­yır.

 

 

RƏ­Fİ­QƏ KA­MAL­QI­ZI

 

Səs.- 2009.- 5 fevral.- S. 6.