Əli Həsənov:
"Qoy ana dilimizin tətbiqinin əleyhinə çıxanlar
özlərinə başqa
sloqan tapsınlar"
"Azərbaycan dilinin dövlət dili olaraq ləğv
edilməsi və ya onun başqa adla təqdim olunması
ideyası yeni deyil
Hələ 1995-ci ildə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış Konstitusiya layihəsinin müzakirəsi
zamanı ana dilimizin adı ilə bağlı müxtəlif
təkliflər, variantlar səslənsə də, əhalinin
tam əksəriyyəti dilimizin Azərbaycan dili adlanmasına
səs verdi və onun dövlət dili kimi tətbiq
olunmasını zərurətə çevirdi. Bu gün Azərbaycan
dilinin dövlət statusu ilə barışmayanlar, onu ikinci dərəcəli,
məişət dili kimi digər dillərin içində əritməyə
çalışanlar öz mövqelərini ulu öndərin
məşhur "Bir millət, iki dövlət" kəlamı
ilə əsaslandırmağa cəhd göstərirlər.
Lakin həmin təəssübkeşlər
unutmamalıdırlar ki, ümummilli liderimiz azərbaycanlı
olması, Azərbaycan dilində danışması, Azərbaycan
mentalitetini, adət-ənənələrini
daşıması ilə fəxr edib və öz
davamçılarına Azərbaycan dilini dərindən
öyrənməyi, onu yaşatmağı və
qorumağı tövsiyə edib". Bu sözləri APA-ya
açıqlamasında Prezidentin İcra Aparatının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Azərbaycanın efir məkanında
verilişlərin ana dilində getməsi ilə bağlı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarına
münasibət bildirərkən deyib.
Konstitusiyada Azərbaycan
dilinin dövlət dili kimi təsbit olunmasının təşəbbüskarının
da Heydər Əliyev olduğunu qeyd edən Ə. Həsənov
məhz buna görə Azərbaycan dilini yaşatmağın,
onun inkişafının qayğısına qalmağın hər
bir Əliyevçinin və Heydər Əliyev siyasi kursunu
davam etdirən siyasətçinin borcu olduğunu
vurğulayıb: "Hər bir xalq kimi, Azərbaycan
xalqının da öz dilinə malik olmaq, bu dildə
danışmaq, öz dilində oxumaq, dinləmək hüququ
var və heç kim xalqın bu hüququnu şübhə
altına qoya bilməz. Azərbaycan dilinin böyük
inkişaf yolu keçməsi, dillər ailəsində öz
layiqli yerini tutması və artıq bütün beynəlxalq
tribunalardan səslənməsi Azərbaycan xalqının istəyi
və layiqli seçimi nəticəsində baş tutub."
Ə. Həsənovun sözlərinə
görə, millətin ayrı-ayrı nümayəndələrinin
və yaxud əksəriyyətinin hansısa xarici dili bilməsi,
hətta bu dildə verilən verilişləri tam anlaması
MTRŞ-yə əsas verə bilməz ki, Azərbaycan dilinin tətbiqinin,
onun inkişafının və saflığının
qorunmasının qayğısına qalmasın: "Milli
Televiziya və Radio Şurası Azərbaycan qanunvericiliyinə
uyğun və öz səlahiyyətləri çərçivəsində
ana dilimizin inkişafına yönəlmiş qərarlar qəbul
edib və tədbirlər həyata keçirir. Qoy ana dilimizin
tətbiqinin əleyhinə çıxanlar özlərinə
başqa sloqan tapsınlar".
Səs.- 2009.- 6 fevral.- S. 3.