Ahto Lobyakas: "Azərbaycansız Nabucco layihəsi baş tutan deyil"

 

Cənubi Qafqazda yeni geosiyasi mənzərə formalaşır

 

ABŞ və Avrpa Birliyinin Cənubi Qafqazla bağlı sürətlə artan demarşları fonunda regionda maraqlı proseslər baş verməkdədədir. "BBS"-nin Brüssel müxbiri Ahto Lobyakas yazır ki, ola bilər eyni vaxtda fəallaşan Birləşmiş Ştatlarla Avropa Birliyi öz aralarında vəzifələri hətta bölüb.

Müəllifin sözlərinə görə, AB-nin 340 nəfərlik missiyası Tbilisiyə gəlib ki, Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı yaranmış vəziyyəti bir daha monitorinq etsin. Belə görünür, Avropa Birliyinin son məqsədi Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyadan tamamilə çıxmasına nail olmaqdır. A.Lobyakas onu da yazır ki, hazırda Xəzər neftini və qazını Avropaya çatdıracaq yeganə ağlabatan qeyri-Rusiya yoludur: "Azərbaycansız "Nabucco" layihəsi baş tutan deyil". Müəllifin fikrincə, Gürcüstandan bir az kənarda duran ABŞ öz diplomatik fəallığını Azərbaycana yönəldib.

Onu da qeyd edək ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Ermənistan gözləmə mövqeyi tutub. Ermənistana Rusiyadan gələn yeganə yol Gürcüstandan keçir və Yerevan Tbilisi ilə münasibətləri korlamaq istəmir. Elə buna görə Yerevan Rusiyanın qəzəbinə gələ bilər. Yerevanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində son fəallığının bir əsas səbəbi odur ki, Gürcüstan-Rusiya münaqişəsi Ermənistanın regionda təcridini gücləndirib və Yerevan Ankara vasitəsilə öz təcridini yüngülləşdirmək istəyir. Ancaq bu, baş tutacaqmı? A.Lobyakas yazır ki, məsələn, Ermənistan Türkiyə ilə dəmiryolunu işə salmaq istəyir. Ancaq həmin dəmiryolu Rusiya şirkətinin əlindədir və Moskva bu dəmiryolu ilə bağlı bütün cəhdlərin qarşısını alır.

Amma o da faktdır ki, Rusiya D.Medvedevin hakimiyyəti dövründə olduğu qədər heç vaxt təklənməmişdi. İndi MDB respublikalarının bir hissəsi Rusiyanın, demək olar ki, yeganə anlaşma və dialoq yeridir. Heç kim üçün sirr deyil ki, Minsk Qrupunun həmsədrlərinin bir yerə toplaşmaq istəməməsi, qonşu Gürcüstandakı hadisələr Rusiyanı öz imicini azacıq da olsa yaxşılaşdırmağa sövq edir. Ona görə də, Rusiya Qarabağ məsələsində fəallığını bir qədər artırıb. Amma o da aydındır ki, Rusiyanı, ilk növbədə, narahat edən Ermənistan ətrafında yaranan blokadadır. Qarabağ məsələsinə gəldikdə isə ən azı yerli müşahidəçilər prosesdə hər hansı inkişaf görmürlər. Düzdür, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iddia etdiyinə görə "iki-üç məsələ qalıb ki, prezidentlərin növbəti görüşlərində onların razılaşdırılması gözlənir".

Amma məsələ də elə bundadır. Qarabağ probleminin həllində razılaşdırılması çətin olan həmişə bir-iki məsələ olur. Yeni haldır ki, Lavrov Türkiyənin prosesə qoşulmasını təqdir edir. Bu da, ilk növbədə, Ermənistanın blokadası ilə bağlıdır. Türkiyə şərtlərini yumşaldacaqmı? Hər halda, bu, onun Azərbaycanla münasibətlərinə təsir edən məsələdir.

Bu vaxta qədər münasibətlər o qədər korlanıb ki, onların tez bir zamanda həll ediləcəyini gözləmək əbəs olardı. Rusiya Ermənistana özünün Cənubi Qafqazda "forpostu" deyirdi. İndi, deyəsən, geosiyasi münasibətlər dəyişir. Rusiya hətta Türkiyəni Qafqaza yaxın dövlət hesab edir. Rusiyanı, ilk növbədə, narahat edən Ermənistan ətrafında yaranan blokadadır. Qarabağ məsələsinə gəldikdə isə ən azı yerli müşahidəçilər prosesdə hər hansı inkişaf görmürlər.

 

 

S.Əlioğlu

 

Səs.- 2009.- 6 fevral.- S.3.