HƏMRƏYLİK XARTİYASININ SON VARİANTININ TƏQDİMATI OLACAQ

 

Diaspora

 

Bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı hazır olacaq. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, sənədin son variantında alimlərin əlaqədar təşkilatların təklif rəyləri nəzərə alınıb. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının ötən ilin dekabrın 18-də Bakıda keçirilən iclasında təklif edilən əlavə düzəlişlər Həmrəylik Xartiyanın son variantında nəzərə alınıb. Diaspor siyasəti sahəsində gələcəkdə görüləcək işlərin proqramı olan Həmrəylik Xartiyasının yekun versiyasının Bakıda alimlərin, ziyalıların mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdimatı keçiriləcək, müzakirəsi təşkil ediləcək. Bu məqsədlə keçiriləcək dəyirmi masada ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd nəşr olunacaq Avropa Azərbaycanlıları Konqresinin III qurultayında iştirak edən diaspor təşkilatları rəhbərləri fəallarına paylanacaq.

 

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI AZƏRBAYCAN DİASPORUNUN TARİXİNDƏ YENİ MƏRHƏLƏNİN ƏSASI KİMİ"

 

Daha sonra Niderlandda Avropa Azərbaycanlıları Konqresi Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası kimi" mövzusunda konfrans təşkil olunacaq. Sənədi hazırlayan alimlərin iştirak edəcəyi bu tədbirdə soydaşlarımızı maraqlandıran məqamlara aydınlıq gətiriləcək, suallar cavablandırılacaq. Qeyd edək ki, bu tədbirlər Həmrəylik Xartiyada nəzərdə tutulan məqsəd vəzifələrin həyata keçirilməsinin konkret mexanizmlərini tətbiq etmək məqsədi daşıyır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan Respublikası Konstitusiyasına, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına, BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsinə, "İnsan hüquqları əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına, BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" Konvensiyasına, Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına, insan hüquqları əsas azadlıqların, etno-mədəni müxtəlifliyin, milli dəyərlərin qorunması inkişafı üzrə digər yerli beynəlxalq hüquqi aktlara əsaslanır.

 

XARTİYA TÜRKÇÜLÜK VƏ AVROPAÇILIQ MEYİLLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏN İDEOLOJİ KONSEPSİYADIR

 

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan xalqının Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyan, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini iradəsini ifadə edən, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi mənəvi aspektlərini müəyyənləşdirən, dünyəvi-humanitar dəyərləri, Şərq Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük avropaçılıq meyillərini özündə birləşdirən ideoloji konsepsiyadır. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması təbliği metodologiyasını müəyyən etmək Xartiyanın məqsədləri sırasına daxildir. Həmrəylik Xartiyası xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətçiliyi tarixi Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyən sənəddir. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri əksini tapıb.

Yeni dünya düzəni, özəlliklə qloballaşma prosesləri dünya xalqlarının müxtəlif ölkələrə səpələnmiş nümayəndələrinin öz milli köklərinə vətənlərinə bağlılığını daha da möhkəmləndirməsini gündəmə çıxardığı bir dönəmdə, dünya azərbaycanlılarını bir araya gətirmək Azərbaycan dövlətinin əsas məqsədlərindən biridir. Bu prosesə davamlı dəstək verən xüsusi diqqət ayıran Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan soydaşlarımızın dünyada baş verən qloballaşma, inteqrasiya, sivilizasiyaların dialoqu kimi yeni reallıqların aktiv tərkib hissəsinə çevrilməsini aktual hesab edir. Onların öz mədəniyyətinin, tarixinin, dilinin, milli-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi, həmçinin, dünya intellektual potensialına, yaşadıqları ölkənin ictimai-siyasi həyatına öz töhfələrini verməsi kimi meyarları da aktual sayır. Qeyd edək ki, bu məsələlər 2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında da əksini tapmış müddəalarda yer alıb. Konsepsiyanın mahiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında qarşıya qoyulan vəzifələrə mühüm dəstəkdir.

 

DÜNYA AZƏRBAYCANLILARININ VAHİD VEB-PORTALI YARADILACAQ

 

Yeni yüzillikdə bütün dünyanın əsas informasiya mənbəyi ünsiyyət vasitəsi olan virtual məkanda da Azərbaycanı tanıtmaq, onun dəyərlərini gerçəkliklərini təbliğ etmək azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutu konkret təkliflər hazırlayıb. Bu, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasıda nəzərdə tutulan məsələlərdən biridir. Bu təkliflər reallaşdıqca dünya azərbaycanlılarının daha da həmrəy olması, yeni inkişaf perspektivlərinə qədəm qoymasına imkan yaranacaq. Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların maneəsiz vaxt itirmədən bəhrələnəcəyi, ölkəmizin milli maraqlara xidmət edən virtual məkan formalaşdırılması soydaşlarımızı vahid informasiya mühiti ilə təmin edə biləcək zəruri bir addımdır.

İnformasiya Texnologiyaları İnstitutu təklif edir ki, dünya azərbaycanlılarının vahid veb-portalı yaradılsın. Bu, bizim soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onlara Azərbaycanı tanımaları üçün bələdçilik edə bilər. Bu digər təkliflərin həyata keçirilməsi məqsədilə fəaliyyət planı hazırlamaq ərəfəsində olan institut rəhbərliyinin fikrincə, "virtual dünya"nın diqtə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər əsasında həyata keçirilməsini tələb edir. Bu baxımdan, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qarşısında duran əsas vəzifələrdən biri qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan Virtual Azərbaycanın formalaşdırılması inkişaf etdirilməsidir. Çünki bu vasitə ilə soydaşlarımız arasında həmrəyliyin təmin olunması istiqamətində ən mühüm vəzifələrdən biri milli informasiya məkanını genişləndirmək qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli-mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etməkdir. Bu sahədə möcud olan problemləri həll etmək mümkündür.

Virtual Azərbaycan layihəsi gerçəkləşərsə, müxtəlif ölkələrdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında nəzərdə tutulan müddəa prinsiplərlə birbaşa virtual məkanda tanış ola fikir mubadiləsi apara biləcəklər.

 

 

Kübra ƏLİYARLI

 

Səs.- 2009.- 6 fevral.- S.6.