“Bakı-İslam Mədəniyyətinin Paytaxtı -
2009” Mədəniyyət ilinin təntənəli
açılışı olub
Azərbaycan Prezidenti Mərasimdə iştirak edib
İlham Əliyev: “İslam dünyasının
çox zəngin mədəniyyəti var”
Fevralın 18-də Heydər
Əliyev Sarayında "Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli
açılışı olmuşdur. Azərbaycan Prezidenti
İlham Əliyevin və xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə
iştirak etmişlər.
Dövlətimizin
başçısı İlham Əliyev mərasimdə
çıxış etmişdir.
Tədbirə İslam və
Avropa ölkələrinin mədəniyyət nazirləri,
onların müavinləri, İslam Ölkələri Elm, Təhsil
və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
və digər şəxslər dəvət olunmuşlar.
Xatırladaq ki, 2007-ci il
noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində
keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə
əsasən Bakı şəhəri 2009-cu il
üçün "İslam Mədəniyyətinin
Paytaxtı" elan edilmişdir. Eyni zamanda, islam ölkələrinin
mədəniyyət nazirlərinin növbəti, VI
konfransının Bakıda keçirilməsi qərara
alınmışdır.
Prezident İlham Əliyev
təntənəli açılışı mərasimindəki
nitqində vurğulayıb ki, bu Bakıda, Azərbaycanda
çox əlamətdar hadisədir: "Biz "Bakı -
İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət
ilinin açılışı münasibətilə
yığışmışıq. Bu, Bakı şəhəri
üçün böyük şərəfdir. Mən
şübhə etmirəm ki, bu gözəl tədbir,
açılış mərasimi və bundan sonrakı tədbirlər
uğurlu keçəcək və İslam
dünyasının, islam mədəniyyətinin birləşməsi,
bir-birinə daha da yaxm olması üçün öz
müsbət rolunu oynayacaqdır.
Mən bu qərarın
qəbul edilmə-sində rolu olan bütün insanları
burada salamlayıram, onlara öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Bakının islam mədəniyyətinin
paytaxtı elan olunması İslam Konfransı Təşkilatının
mədəniyyət nazirlərinin toplantısında baş
verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının,
həm də İSESKO təşkilatının çox
böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun
baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini
xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul
edilməsində onun çox böyük rolu olmuşdur. Cənab
əl-Tüveycri Azərbaycanın böyük dostudur və
onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan
arasında əlaqələr çox yüksək səviyyədədir.
Biz müxtəlif proqramlar həyata keçiririk."
Dövlət
başçısı qeyd edib ki, İSESKO-nun xətti ilə
Azərbaycanda çoxsaylı tədbirlər keçirilir.
Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr
yeni yüksək pilləyə qalxır. Bu, çox
böyük əhəmiyyətə malik bir məsələdir:
"Azərbaycan müstəqil ölkə kimi nisbətən
gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi
yaşayırıq. Biz bu illər ərzində
çalışmışıq və
çalışırıq ki, islam ölkələrinin həmrəyliyi,
birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə
Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir.
Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı
çərçivəsində çox fəal rol
oynayır. Son illər ərzində Azərbaycanda
çoxsaylı tədbirlər keçirilmişdir: xarici
işlər nazirlərinin toplantısı, mədəniyyət
və turizm nazirlərinin toplantısı. Növbəti illərdə
daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə,
biz öz siyasətimizlə, addımlarımızla və
praktik işlərimizlə İslam alətninin bir-birinə
daha da yaxın olmasına çalışırıq.
İslam həmrəyliyinin daha da möhkəm olmasına
çalışırıq. Buna böyük ehtiyac var. Biz
bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə,
həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq
etməliyik. Biz öz iqtisadi potensialımızı
bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri
arasında daha çox qarşılıqlı ticarət
aparılmalıdır.
Şübhəsiz ki,
siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş
Millətlər Təşkilatında islam ölkələrinin
birliyi, həmrəyliyi çox böyük əhəmiyyət
daşıyır. Əminəm ki, hər bir müsəlman
ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz
çox uğurlu olur. Bütün bu təşəbbüslər
bir məqsəd güdür: dünyada sülh bərqərar
olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq
olsun, dünyada müharibələr olmasın və
sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm
olsun və daha da yaxşı nəticələr versin. Bəzi
hallarda sivilizasiyalararası dialoq haqqında çox
danışılır, ancaq daha da çox işlər
görülməlidir."
Prezident İlham Əliyev
bildirib ki, Azərbaycanın bu işlərdə rolu getdikcə
artmaqdadır: "Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə
İslam Konfransı Təşkilatı xətti ilə,
İSESKO xətti ilə və Avropa strukturlarının xətti
ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən
bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir.
Yəni Avropa ilə islam dünyası arasında münasibətlərin
möhkəmlənməsi bizim maraqlarımıza cavab verir.
Çünki əlaqələr nə qədər çox
olsa, nə qədər çox qarşılıqlı
anlaşma olsa, uğurlarda bir o qədər çox
olacaqdır. Biz öz tərəfimizdən islam həmrəyliyinin
daha da möhkəm olması üçün bundan sonra da səylərimizi
davam etdirəcəyik.
İslam qardaşlıq
dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada
bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir.
Bütün islam dünyasının özünü təqdim
etməsi üçün atılan addımlar mədəniyyət
sahəsində də özünü büruzə verməlidir.
Çünki islam dünyasının çox zəngin
tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz
dünya birliyinə olduğu kimi təqdim edilməlidir.
Azərbaycan qədim
tarixə və mədəniyyətə malik olan ölkədir.
Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə
kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan
çox böyük mədənı irsə malik olan ölkədir."
Dövlət
başçısı diqqətə çatdırıb ki, əsrlər
boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim
tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız,
musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz,
doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan
xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar
üzərində biz müasir dövlət qururuq. Dövlət
quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki.
möhkəm tarixi, mənəvi əsaslar üzərində
müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi
möhkəmləndirək, əbədi, dönməz edək
və beləliklə, Azərbaycanın hərtərəfli
inkişafına nail olaq. Bu işlərdə bizim böyük
uğurlarımız var.
Bu gün böyük
qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə
müstəqil ölkədir, öz müstəqilliyini qoruyub
saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün
Azərbaycan istər xarici siyasətdə, istərsə də
daxili işlərdə müstəqil siyasət aparan ölkədir.
Azərbaycanın bölgədəki rolunun artması,
dünyadakı mövqelərinin möhkəmləndirilməsi,
Azərbaycanın çox etibarlı tərəfdaşa
çevrilməsi işləri bunlar uğurla davam etdirilir. Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi tanınır:
"Azərbaycan son beş il ərzində dünyada analoqu
olmayan sürətlə inkişaf edibdir. Bizim
iqtisadiyyatımız son beş il ərzində dünyada ən
sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və
siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir.
Ölkəmiz gələcəyə çox nikbinliklə
baxır. Biz gələcəyə böyük ümidlərlə
baxırıq. Buna imkan verən bu vaxta qədər
görülmüş işlərdir. Bizim bütün işlərimiz
uğurla nəticələndi, verilən bütün sözlər
yerinə yetirilir və ölkəmiz hərtərəfli
inkişaf edir."
Prezident İlham Əliyev
qeyd edib ki, Azərbaycanda bundan sonra da bizim mədəni
irsimizin qorunması üçün nə qədər
lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Azərbaycanda
demək olar ki, bütün tarixi abidələr bərpa
edilir, yeni mədəniyyət ocaqları yaradılır,
teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl
səviyyədə yeniləri tikilir. Dünya miqyaslı
böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər
qaçılmazdır. Hər bir ölkə bu və ya digər
dərəcədə bu problemlərlə üzləşir:
"Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən
səslənən bəyanatlar da bir daha bunu göstərir. Bu
bəyanatlar ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi
böhranına ən çox hazır olan ölkələrdən
biridir. Bu hazırlıq göydən düşmür, son illər
ərzində aparılan ardıcıl siyasət nəticəsində
mümkün olubdur. Bu hazırlığı biz
özümüz qazanmışıq, əldə etmişik.
Bütün bunlar bizim düşünülmüş siyasətimizlə,
atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrlə,
iqtisadi potensialımızı şaxələndirməklə
mümkün olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan
dünyanı bürümüş çox ciddi, ağır
iqtisadi və maliyyə böhranından şərəflə,
üzü ağ çıxacaqdır. Bizim
inkişafımız bundan sonra da uğurlu, uzun müddətli
və dayanıqlı olacaqdır.
Bir daha demək istəyirəm
ki, biz hətta bu müddət ərzində də mədəniyyətə
ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi
ondan əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni
irsinin qorunması üçün və zənginləşdirilməsi
üçün öz əməli işlərimizi bundan sonra
da davam etdirməliyik."
Dövlətimizin
başçısı onu da qeyd edib ki, Bakının çox
gözəl memarlıq abidələri var. Bu abidələr Azərbaycan
dövləti tərəfindən lazımı səviyyədə
qorunur və bundan sonra da qorunacaqdır. Eyni zamanda, Azərbaycanın
digər bölgələrində çoxsaylı tarixi və
dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən
qorunur: "Ancaq Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində işğal edilmiş torpaqlarda biz
öztarixi irsimizi qoruya bilmirik. Çünki bizim
torpaqlarımız erməni işğalı altındadır.
Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində
bizim ərazimizin 20 faizi işğal altına düşüb
və bir milyondan artıq soydaşımız
qaçqın-köçkün vəziyyətində
yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz
ermənilər tərəfindən
dağıdılıbdır. Bütün muzeylərimiz talan
edilib, bütün dini məbədlərimiz, məscidlərimiz
dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq
müşahidəçilər də vurğulayırlar."
Azərbaycan Prezidenti
bildirib ki, ölkəmiz öz tərəfindən
bütün İslam ölkələrinin maraqlarının
qorunması üçün töhfəsini verməyə
hazırdır və bundan sonra da siyasətində bu prinsipləri
rəhbər tutacaqdır.
PREZİDENT İLHAM ƏLİYEVƏ
"BAKI-İSLAM
MƏDƏNİYYƏTİNİN
PAYTAXTI-2009" MƏDƏNİYYƏT İLİNİN
EMBLEMİ TƏQDİM EDİLİB
İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
Heydər Əliyev Sarayında keçirilən təntənəli
açılış mərasimində "Bakı-İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ilinin emblemini Azərbaycan
Prezidenti İlham Əliyevə təqdim etmişdir. Prezident
İlham Əliyev Bakının islam mədəniyyətinin
paytaxtı elan olunmasında həm İslam Konfransı Təşkilatının,
həm də İSESKO-nun çox böyük rolu olduğunu
vurğulayaraq demişdir ki, İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri Azərbaycanın böyük dostudur
və onun fəaliyyəti hesabına İSESKO ilə Azərbaycan
arasında əlaqələr çox yüksək səviyyədədir.
Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun
xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər
keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO
arasında əlaqələr yeni yüksək pilləyə
qalxıbdır. Bu, çox böyük əhəmiyyətə
malik olan bir məsələdir.
İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İslam
Konfransı Təşkilatının baş katibinin müavini
Atta el-Manane Baxit mərasimdə çıxış
etmişlər. Onlar qədim tarixi, zəngin mədəniyyəti
olan Azərbaycanda Prezident ilham Əliyevin rəhbərliyi altında
görülən işlərdən, ölkənin dinamik
inkişafından, beynəlxalq əlaqələrindən
söz açmış, tarixi abidələrin bərpası
və digər mühüm işlərdə Heydər Əliyev
Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
fəaliyyətini yüksək qiymətləndirmişlər.
İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
"Bakı-İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ilinin emblemini Prezident
İlham Əliyevə təqdim etmişdir.
AZƏRBAYCAN
PREZİDENTİ ƏBDÜLƏZİZ BİN OŞMAN ƏL-TÜVEYCRİNİ
QƏBUL EDİB
Azərbaycan
Respublikasının Prezidenti ilham Əliyev fevralın 18-də
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini
qəbul etmişdir.
Əbdüləziz bin
Osman əl-Tüveycri Prezident ilham Əliyevə Bakının
islam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr
olunmuş tədbirin yüksək səviyyədə təşkilinə
görə təşəkkürünü bildirdi,
dünyanın müxtəlif ölkələrindən
çoxsaylı nümayəndələrin bu tədbirdə
iştirakını məmnunluqla qeyd etdi. O, Azərbaycan
xalqının dünya mədəniyyətinə və
dünya sivilizasiyasına böyük töhfələr
verdiyini, Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin
inkişafına xüsusi qayğısını
vurğuladı.
Qonaq Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu
sahədə böyük işlərin
görüldüyünü də bildirdi.
Əbdüləziz bin
Osman əl-Tüveycri sözügedən tədbirin Azərbaycanda
keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi.
Dövlətimizin
başçısı Bakının İslam mədəniyyətinin
paytaxtı seçilməsi işində göstərdiyi dəstəyə
görə İSESKO-nun baş direktoruna minnətdarlıq
etdi, bu hadisənin Azərbaycan üçün əhəmiyyətini
vurğuladı. Prezident İlham Əliyev bildirdi ki,
Bakının islam mədəniyyətinin paytaxtı
seçilməsi dünya ölkələrinə, o cümlədən
islam dövlətlərinin Azərbaycanda gedən inkişaf
prosesləri barədə daha geniş məlumat əldə
etməsinə imkan verəcəkdir. Dövlətimizin
başçısı ölkəmizin bundan sonra da islam
ölkələri arasında əlaqələrin
inkişafı işinə öz töhfəsini verəcəyinə
əminliyini söylədi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də
İslam Konfransı Təşkilatının baş katibinin
müavini Atta əl-Mənnanı da qəbul etmişdir.
Görüşdə Bakının islam mədəniyyətinin
paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin əhəmiyyəti
vurğulandı, bu tədbirin Azərbaycanda keçirilməsinin
ölkəmizin islam dövlətləri arasında əməkdaşlığın
genişləndirilməsi işinə verdiyi töhfə kimi
qiymətləndirildi.
Naib NİFTƏLİYEV
Səs.- 2009.- 19 fevral.-
S. 2-3.