“Qədim Bakı” kitabının təqdimat mərasimi
oldu
Dünən M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasında "Bakı -
İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət
ili çərçivəsində akademik Çingiz
Qacarın "Qədim Bakı" (ingilis dilində)
kitabının təqdimat mərasimi oldu. Tədbiri giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, artıq ikinci
gündür ki, Bakı çox şərəfli olan
İslam mədəniyyəti paytaxtı adını
daşıyır. Məhz bu gün təqdimatı
keçirilən kitabın da Bakının adı ilə
bağlı olduğunu söylədi. Azərbaycan barədə
məlumatların gələcək nəsillərə
çatdırılmasında kitabların, müxtəlif nəşrlərin
əhəmiyyətini diqqətə çatdıran Ə.Qarayev,
ölkənin, eləcə də paytaxt Bakının tarixi
haqqında yazılmış hər bir kitabın misilsiz rol
oynadığını söyləmişdir.
Əbülfəs Qarayev
tanınmış alim, akademik Çingiz Qacarın
Bakının qədim tarixinə həsr olunmuş kitabı
ilə daha çox oxucu kütləsinin
tanışlığı üçün bu fundamental əsərin
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
iştirakı ilə nazirlik tərəfindən ingilis dilinə
tərcümə olunaraq nəşr etdirildiyini diqqətə
çatdırdı. Nazir kitabı oxuyan hər kəs
üçün Bakının tarixinin, şəhərin
daxili aləminin, onun yeni xüsusiyyətlərinin maraqlı
olacağına əminliyini bildirdi və "Qədim
Bakı" kitabının nüsxəsini İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə
təqdim etdi.
Ədbüləziz bin
Osman əl-Tüveycri Bakının İslam mədəniyyətinin
paytaxtı elan edilməsinə həsr olunmuş tədbirlərdə
iştirak etdiyindən məmnunluğunu, mədəniyyət
ili çərçivəsində Bakının tarixinə həsr
olunmuş kitabın təqdimatı mərasiminə dəvətə
görə təşəkkürünü bildirdi. Baş
direktor kitabın intellektin və biliyin mənbəyi
olduğunu qeyd etdi və islam dünyasının Azərbaycanda
yaşayıb-yaratmış görkəmli alimlərini,
filosoflarını xatırlatdı.
Azərbayan Mədəniyyətinin
Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə qurumun ölkə mədəniyyətinin, incəsənətinin
inkişafı üçün xeyli işlər
gördüyünü bildirdi. İ.Quliyev 1998-ci ildən məhz
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
üç dildə "Azərbaycan-irs" jurnalının
nəşr edildiyini və dünyanın bir çox ölkələrində
yayılaraq Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti
haqqında dəqiq məlumatları oxuculara
çatdırdığını vurğuladı. Fondun fəaliyyətində
Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə
və digər mövzulara həsr olunmuş nəşrlərin
xarici dillərdə çap olunmasının mühüm
istiqamət olduğunu söyləyən icraçı
direktor, qurumun bu vacib işi gələcəkdə də diqqət
mərkəzində saxlayacağını bildirdi.
Gürcüstan mədəniyyət,
abidələrin mühafizəsi və idman nazirinin müavini
xanım Marine Çoğoşvili, Avstriyanın Təhsil,
İncəsənət və Mədəniyyət üzrə
Federal Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin
müdiri Norbert Ridr, ABŞ-ın Bakı ilə
qardaşlaşmış Hyuston şəhərinin şura
üzvü Çarlz Conson çıxış etmiş,
islam mədəniyyəti ili çərçivəsində
Bakıda keçirilən tədbirlərdə iştirak etmələrindən
razılıqlarını bildirmiş, belə mərasimlərin
xalqlar arasında əlaqələrin, dostluq münasibətlərinin
yaranmasında və daha da genişlənməsində
mühüm rolundan danışdı.
Sonda akademik Çingiz
Qacarın həyat yoldaşı Aliyə xanım "Qədim
Bakı" kitabının yazılması tarixinin bəzi məqamlarından
danışaraq, tədbirin təşkilatçılarına
və iştirakçılara minnətdarlığını
bildirdi.
Milli Kitabxanada təşkil
edilmiş "Azərbaycanın tacı - Qarabağ",
"Azərbaycanda turizm" və digər mövzularda kitab
stendləri qonaqların böyük marağına səbəb
olmuşdur.
Tədbirdə milli
geyimli ansamblın ifasında Azərbaycan musiqisi səsləndi.
ZÜMRÜD
Səs.- 2009.- 20 fevral.- S. 16.