"Rüstəm İbrahimbəyovun teatrı"
festivalının açılış mərasimi
keçirilib
Moskvada Teatr Xadimləri
İttifaqı Mərkəzində Azərbaycan
kinematoqrafçısı, ssenarist və prodüser Rüstəm
İbrahimbəyovun 70 illikyubileyinə həsr olunan
"Rüstəm İbrahimbəyovun teatrı" festivalın
açılış mərasimi keçirilib. Festivalın
açılış mərasimində dramaturqun
"Tartüf Aqayeviç" tamaşası nümayişi
etdirilib.
Tanınmış Azərbaycan
kinematoqrafçısi, ssenaristi və prodüseri Rüstəm
İbrahimbəyovun 70 illik yubileyinə həsr olunmuş
festival dramaturqun yaradıcılığının pərəstişkarları
və müasir teatr həvəskarları üçün əsil
hədiyyəyə çevrilib. Bir həftə ərzində
müxtəlif teatrlarda tamaşaçılar Azərbaycanın
"İbrus" Teatrının və Rusiya
aktyorlarının ifasında müəllifin yeni və indiyədək
yaxşı tanış olan əsərlərinə baxa biləcəklər.
Teatr Xadimləri
İttifaqının sədri, Rusiyanın xalq artisti, aktyor və
rejissor Aleksandr Kalyagin festivalın
açılışında çıxış edərək
teatr ictimaiyyəti adından Rüstəm İbrahimbəyovu
yubileyi münasibətilə təbrik etmişdir. O demişdir
ki, Rusiyada Rüstəm İbrahimbəyovu, onun "Səhranın
bəyaz günəşi", 'Talismanım, qoru məni",
"Sibir bərbəri" filmlərini, Moskvanın müxtəlif
teatrlarında nümayiş etdirilən tamaşalarını,
yaxud təsis etdiyi "Şərq-Qərb"
kinofestivalını yaxşı tanıyır, sevir və qiymətləndirirlər.
Bu günlər Moskva
tamaşaçısı İbrahimbəyovun
"İbats" müəllif teatrının
tamaşalarına baxa, müəllifin dramaturgiyasını, Azərbaycan
aktyorlarının ifasını qiymətləndirə biləcəklər.
Festival çərçivəsində"Şirə bənzər",
"İvan Buninin son döyüşü", "Mənim əziz
kişilərim" pyesləri nümayiş etdiriləcək.
Zümrüd
Səs.- 2009.- 20 fevral.- S. 12.