Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə

 

Fevralın 20-də Mirmehdi Seyidzadə adına kitabxanada görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçıriləcək. Tədbirdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən materiallardan ibarət sərgi təşkil olunacaq. Yubiley mərasimində Səbail rayonu 1 saylı orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin "Poçt qutusu" və "Saqqallı uşaq" hekayələrindən parçalarla çıxıs edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, Səbail rayon icra hakimiyyətinin rəhbərliyi bir sıra kitabxanaların direktorları və KİV nümayəndələri ədəbi-bədii gecəyə qatılacaqlar.

 

 

Zümrüd

 

Səs.- 2009.- 20 fevral.- S. 12.