"Bakı şəhəri" foto və rəsm sərgisi
Muzey Mərkəzində
"Bakı-islam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət
ili çərçivəsində "Bakı şəhəri"
foto və rəsm sərgisinin açılışı oldu.
Tədbiri giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev qonaqları salamladı. O bildirdi
ki, belə bir tədbirin məhz paytaxtımızda keçirməsindən
qürur hiss duyur. O, Prezident İlham Əliyevin
açılış mərasimində söylədiyi
"islam mədəniyyətinin paytaxtı yaxın gələcəkdə
yenə də Bakının olacaq" fikrini tədbir
iştirakçılarının nəzərinə
çatdırdı. Bakıda, ilk dəfə olaraq. belə
bir möhtəşəm layihə gerçəkləşdi.
Tədbirdə Azərbaycanın
tanınmış rəssamlarının rəsm əsərləri,
eyni zamanda, Şotlandiyadan gəlmiş Kolin Rosienin foto-sərgisi
nümayiş etdirilirdi.
Tədbirdə
çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz
Ostan əl-Tuveycri belə bir mötəbər tədbirdə
iştirak etdiyinə görə çox məmnun olduğunu
bildirdi. Yaxın gələcəkdə də Bakının
islam mədəniyyətinin paytaxtı olacağına əmin
olduğunu nəzərə çarpdırdı. Mədəniyyətin
insanların bir-birinə daha yaxın olması
üçün əsas vasitələrdən biri kimi qiymətləndirdi
və İSESKO olaraq, mədəniyyətlərarası
münasibətlərin yaranmasını özünə borc
bildiyini qeyd etdi. Belə bir möhtəşəm tədbirin ərsəyə
gəlməsində xüsusi rolu olan ölkə Prezidenti
İlham Əliyev cənablarına, Mehriban xanım Əliyevaya,
eyni zamanda Əbülfəs Qarayevə minnətdarlığını
bildirdi.
Sonda rəsm və
fotoşəkillərdən ibarət sərgi
nümayış etdirildi.
Zümrüd
Səs.- 2009.- 20 fevral.- S. 12.