Gürcüstan kitabxanalarına
kitab kolleksiyaları, elektron nəşrləri və filmlər göndərilib
Kolleksiyalar əsasında
Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu və
Azərbaycan guşəsi yaradılacaq
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament
Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli
şəhərində fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə,
cəzaçəkmə müəssisələrinə Azərbaycanın
zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti,
müasir xarici siyasəti, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, habelə, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
haqqında kitab kolleksiyaları, elektron nəşrləri və
filmlər göndərilmişdir. Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə
verilən məlumata görə, kolleksiyaya “Heydər Əliyev
və mədəniyyət”, Elmira Axundovanın “Heydər Əliyev.
Şəxsiyyət və Zaman”, “Qeydar Aliev. Liçnost i
Epoxa”, “Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)”, “Mədəniyyətimizin və mədəni incilərimizin
hamisi”, Əli Eyvazovun “Humanizm və xeyirxahlıq missiyası”,
Əziz Ələkbərlinin “Qərbi Azərbaycan abidələri”,
“Erməni terroru”, “Muğam”, “Qarabağ - irsimizin əbədi
yaddaşı. Qarabakh - the eternal
memory of
ZÜMRÜD
Səs.- 2009.- 22 fevral.- S. 9.