İşğal olunmuş ərazilər geri qaytarılmalıdır

 

Eldar İbrahimov: “Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Qoran Lenmarkerin mövqeyi daha konkret və bizə yaxın oldu” Müsahibimiz Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimovdur

 

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən növbəti qış sessiyası gözlənildiyindən də gərgin keçdi. Assambleya günlərində ATƏT PA sədrinin Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşünü təşkil etdi. Kifayət qədər gərgin keçən müzakirələrdə tərəflər arasında fikir ayrılığının hələ də ciddi olduğu üzə çıxdı. Assambleyanın iclasında iştirak edən azərbaycanlı millət vəkilləri ermənilərin əsassız iddialarını da cavablandırmalı oldular.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov söhbət zamanı assambleyanın qış sessiyası ilə bağlı fikirlərini açıqladı. Komissiya sədri ilk öncə qeyd etdi ki, Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşü Qoran Lenmarkerin təşəbbüsü ilə baş tutub:

- Bildirmək istərdim ki, görüş zamanı Qoran Lenmarker bir qədər əvvəl regiona səfəri ilə bağlı məlumat verdi. Bildirdi ki, regiondakı digər münaqişələrdən fərqli olaraq 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “qızıl imkan” mövcuddur. Xüsusi nümayəndə bu imkanın dəyərləndirilməsinin münaqişə tərəflərindən asılı olduğunu dedi. Qoran Lenmarker hazırda Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər nazirlikləri münaqişənin həlli ilə bağlı tez-tez görüşürlər keçirdiyini də vurğuladı. O, təklif etdi ki, iki ölkənin parlamentariləri də mütəmadi görüşlər təşkil etsinlər. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Qoran Lenmarkerin mövqeyi daha konkret və bizə yaxın oldu. O, qeyd etdi ki, işğal olunmuş Azərbaycan əraziləri geri qaytarılmalıdır. Eyni zamanda, qaçqın və məcburi köçkünlər də öz torpaqlarına dönməlidir. Həmçinin, onu da vurğuladı ki, bu məsələ nə qədər gecikirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər ağırlaşır. Qoran Lenmarkerin fikrincə, münaqişənin həlli ilə bağlı digər addımlar məhz işğal olunmuş torpaqlar azad olunandan və qaçqınlar yurd-yuvalarına qayıdandan sonra atılmalıdır. Əslində, bizim də mövqeyimiz belədir. İlk dəfə idi ki, Qoran Lenmarker bu qədər konkret danışırdı. Mən onun bu hərəkətini irəliyə doğru bir addım hesab edirəm. Müzakirələrdə bizim nümayəndə heyətindən Milli Məclis sədrinin müavini Bahar Muradova və millət vəkili Azay Quliyev çıxış edərək mövqeyimizi çatdırdılar. Ermənistan nümayəndə heyətindən çıxış edən deputatlar isə dedilər ki, Azərbaycandan qovulmuş ermənilər də geri qayıtmalıdırlar.

- Eldar müəllim, belə məlumatlar yayılıb ki, Qoran Lenmarker Cənubi Qafqaz ölkələrinin parlament platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu məsələyə münasibət necə oldu?

- Doğrudur, xüsusi nümayəndə belə bir təşəbbüslə çıxış etdi. Tədbirdə iştirak edən parlamentarilər hamısı, o cümlədən, biz də bu ideyanı müsbət qiymətləndirdik. Amma bu ideya ilə bağlı dərin müzakirələr olmadı. Xüsusi nümayəndə özü də təklifin mahiyyətini açmadı. Ermənilər də bu təşəbbüsü müsbət qiymətləndirdilər. İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri də öz ölkələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi. İtalyanlar bu təklifi bizim nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya çıtdırıblar. Hesab edirəm ki, əlbəttə, hər bir görüş yeni bir addımdır. Deputatlar arasında fikir mübadiləsinin aparılması münaqişənin həllinə yardım edə bilər. Ola bilsin ki, gələcəkdə Qoran Lenmarker özü təşəbbüslə çıxış edib Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünü təşkil etsin.

- Qoran Lenmarker Bakıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdə belə bir fikir səsləndirdi ki, nə Ermənistan, nə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün istəklərinə nail ola biləcək. Ona görə də tərəflər güzəştlərə getməlidirlər. Amma nədəndirsə, həmişə güzəşt deyəndə, əsas diqqəti Azərbaycana yönəldirlər...

- Bilirsiniz, heç də elə deməzdim. Qoran Lenmarker çox təcrübəli bir diplomatdır. O, çox vaxt dinləyir, amma danışmır. Qeyri-rəsmi söhbətlərimizdə həmişə zarafatla bunu ona deyirəm. Neçə illərdir regiona gəlib-gedir, amma münaqişə ilə bağlı konkret fikir bildirmir. O, yalnız Vyanadakı toplantıda müəyyən fikirlərini bildirdi. Güzəştlərə gəldikdə, Azərbaycan heç bir güzəştə getməyəcək. Bizim ərazi bütövlüyümüz qeyd-şərtsiz təmin olunmalıdır. Qaçqınlar yurd-yuvalarına qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər.

- Ümumiyyətlə, assambleyanın iclasında Qoran Lenmarkerin regiona səfərinin nəticələri müzakirə olundumu?

- Olundu. Daha doğrusu, xüsusi nümayəndə bu barədə məlumat verdi, amma bu barədə müzakirə aparılmadı. Mənim təmsil olunduğum ATƏT PA-nın İqtisadiyyat, Elm, Texnologiya Ətraf Mühit Komitəsinin iclasındaAvropa təhlükəsizliyinin yeni arxitekturasımövzusu üzrəİqtisadiyyat ətraf mühitadlı müzakirələr keçirildi.

- Keçirilən görüş zamanı Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi məsələsi ilə bağlı fikir səsləndimi?

- Qeyd edim ki, Cənubi Qafqaz ölkələrinin parlamentarilərinin göürüşü zamanı elan olunan fasilədə millət vəkili Azay Quliyev bu məsələni qaldırdı. Amma plenar iclasda bu məsələni qaldırmaq mümkün olmadı.

- Siz, Vyanada olan vaxt mətbuatda sizin adınızdan belə bir məlumat yayıldı ki, ATƏT PA-da Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi faktı ilə bağlı məsələ qaldırmağa əsas yoxdur. Bu açıqlamanız müəyyən narazılığa da səbəb oldu. Doğurdanmı, siz belə bir açıqlama vermisiniz?

- Doğrusu, bu məsələ ilə bağlı təəssüf hissi keçirirəm. Əlbəttə, Vyanada olarkən müzakirələrin gedişi barədə mətbuata məlumat vermişdim. Amma Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı söylədiyim fikirlər düzgün anlaşılmayıb. Ola bilsin, ya fikrimi düzgün ifadə edə bilməmişəm, ya da jurnalist məni düzgün başa düşməyib. Mən demirəm ki, bununla bağlı fakt yoxdur. Amma faktı ATƏT PA-nın iclasına qaldırıb sübut etmək çətindir. Bu barədə məlumat mətbuatda gedib. ATƏT-in ənənlərinə görə, hər hansı bir məsələ ilə bağlı çıxış edirsənsə, əlində sənədlər olmalıdır. ATƏT bununla bağlı monitorinq keçirməlidir. Bilirsiniz ki, Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi məsələsi Milli Məclisdə qaldırılmışdı biz qərara aldıq ki, Rusiyaya nümayəndə heyəti göndərək, bu məsələni araşdıraq. Bu baxımdan, məsələ hələ açıqdır bunu ATƏT PA-da qaldırmaq çətindir. Yeri gəlmişkən, Vyanada mən Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri ilə görüşdüm. O dedi ki, mənim bu məsələdən xəbərim yoxdur. Rusiyalı parlamentari vəd etdi ki, Moskvaya qayıdandan sonra bu məsələ ilə məşğul olacaq. Dedi ki, qoy sizin parlament nümayəndə heyəti gəlsin məsələni araşdıraq. Həmçinin, onu da bildirdi ki, əgər sən bu məsələni ATƏT PA-da qaldırsan, mənim bunu təkzib etməkdən başqa yolum yoxdur. Bu baxımdan, mən hesab etdim ki, bu məsələnin ATƏT PA-da qaldırılması bizə heç verməyəcək. Biz qaldıracağıq, Rusiya Ermənistan təkzib edəcək. Ona görə , hesab etdim ki, bu məsələni qaldırmaq tələskənlik olar. Özümə gəldikdə Rusiyanın Ermənistana silah verməsinə inanıram. Bu, həmişə olub. Digər tərəfdən, məsələ araşdırılarsa, əsaslarımız artarsa, biz bu məsələni ATƏT PA-nın Dublində keçiriləcək yaz toplantısında, Vilnüsdə keçiriləcək yay sessiyasında da qaldıra bilərik. Mən hesab edirəm ki, ATƏT PA bu məsələni araşdırmaq üçün regiona faktaraşdırıcı missiya göndərməlidir. Missiya Azərbaycana, Ermənistana Rusiyaya səfər edib faktı yerindəcə araşdırmalıdır. Vaxtilə ATƏT PA Dnestryanıya belə bir missiya göndərib. İndi bu təcrübədən istifadə edilə bilər.

- Eldar müəllim, yeri gəlmişkən, siz üzvü olduğunuz komitədə çıxışınız zamanı hansı məsələlərə toxundunuz?

- Komitədə çıxışımda dedim ki, ermənilər işğal etdikləri ərazilərin ekologiyasına dəhşətli zərbələr vurublar. Onlar Azərbaycanın 65 min hektar torpaqlarını, 15 min hektar meşəsini yandırıblar. Bundan əlavə, zəhərli radioaktiv tullantılar işğal olunmuş ərazilərdə basdırılır. Ermənilər Kür Araz çaylarını da çirkləndirirlər. Təklif etdim ki, ATƏT PA-nın bu ilin mayında Dublində keçiriləcək toplantısında bu məsələlərə toxunulsun. Mən təklif etdim ki, ATƏT PA bütün bunları dəqiqləşdirmək üçün həmin iclasa qədər münaqişə bölgəsinə nümayəndə heyəti göndərsin monitorinq aparsın. Biz istəyirik ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş cinayətlər ATƏT PA üçün hazırlanan məruzədə obyektiv şəkildə öz əksini tapsın. Məruzəçi, daha doğrusu, sözügedən Komitənin koordinatoru Qoran Svilanoviç bizim bu təkliflərimizi normal qarşıladı. O dedi ki, bu məsələlərin məruzədə əksini tapması üçün monitorinq keçirilməsinə ehtiyac var.

- Sizcə, məruzəçi may ayına qədər faktları dəqiqləşdirmək üçün regiona səfər edəcəkmi?

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, məruzəçi fikrimizi dəstəklədi.

- Eldar müəllim, ATƏT PA-nın yay sessiyası vaxt keçiriləcək?

- Sessiya iyun ayında Vilnüsdə keçiriləcək. Vyanadakı iclasda həmin sessiyanın gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıldı. Parlamentarilər sessiyada hansı məsələlərin müzakirə olunması ilə bağlı fikirlərini bildirdilər. Amma hələlik, gündəlik təsdiqlənməyib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 27 fevral.- S. 5.