Mədəniyyət günləri Kazanda
davam etdirilib
Rimma Ratnikova: Qoy bu gün başlanmış
Azərbaycan mədəniyyəti
günləri Tatarıstanın
həyatında böyük
hadisə olsun
İyulun 1-də Moskvada İttifaqlar Evinin Böyük konsert salonunda start götürmüş Rusiyada Azərbaycan mədəniyyəti günləri Kazanda davam etdirilmişdir. S.Saydaşev adına konsert salonunda Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olmuşdur. Bir il əvvəl isə Bakıda Tatarıstan mədəniyyəti günləri keçirilmişdi.
Tədbirlər proqramına Azərbaycanın
yaradıcı kollektivlərinin
çıxışları, Azərbaycan nümayəndə
heyətinin
Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı çərçivəsində Dövlət Şurası sədrinin müavini Rimma Ratnikova Tatarıstan Prezidenti Mintimer Şaymiyevin, Dövlət Şurası və hökumətin adından qonaqları salamlamışdır. O öz çıxışında tatar və Azərbaycan xalqları mədəniyyətlərini bir-biri ilə sıx bağlayan çoxsaylı və müxtəlif əlaqələrin olduğunu xüsusi vurğulamışdır. R.Ratnikova Rusiyanın birinci Dövlət Dumasında tatar və Azərbaycan deputatlarının təşkil etdikləri müsəlman fraksiyasını xatırlatmış, Azərbaycan şairlərinin tatar poeziyasına güclü təsir göstərdiyini, tanınmış tatar və Azərbaycan teatr kollektivlərinin birgə qastrollarını və ilk Qızıl minbər qran-pri mükafatının, məhz Azərbaycan kinematoqrafçılarının aldığını qeyd etmişdir. O demişdir: Bu əlaqələr həqiqətən dərindir və bizə çox yaxındır. Onlar uydurulmamış, yuxarıdan göstərişlə yaradılmamışdır, bu, iki xalqın nümayəndələri arasında münasibətlərdə qorunub saxlanılır və inkişaf etdirilir. R.Ratnikova qeyd etmişdir ki, bu gün Azərbaycanda kifayət qədər böyük və fəal tatar diasporu vardır. Diaspor nümayəndələri tatar dilini və milli mədəniyyətini qoruyub saxlayırlar. Tatarıstandakı Azərbaycan diasporu nümayəndələri də ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edirlər. Onlar Tatarıstanın həqiqətən fəxr etdiyi həkimlər, müəllimlər və artistlərdir. Rimma Ratnikova çıxışını belə yekunlaşdırmışdır: Qoy bu gün başlanmış Azərbaycan mədəniyyəti günləri Tatarıstanın həyatında böyük hadisə olsun».
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək bildirmişdir
ki, Tatarıstan və Azərbaycanıın
həqiqətən ümumi
cəhətləri çoxdur.
Nümayəndə heyətimiz
Tatarıstan tarixi və parlamenti muzeyi və mədəniyyət mərkəzləri
ilə
Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı çərçivəsində Azərbaycan Dövlət gənclər simfonik orkestrinin konserti nazir Əbülfəs Qarayevin sözlərinin birbaşa sübutu oldu və tamaşaçılar tərəfindən böyük heyranlıqla qarşılandı. Gecənin qonaqlarına Azərbaycan incəsənət ustalarının ifasında müxtəlif janrda maraqlı musiqi nümunələri təqdim edildi. Konsert proqramında dünya klassiklərinin Ü Motsart, Ştraus, Bramsın, habelə, Azərbaycan bəstəkarlarının əsərləri, xalq çalğı alətlərində gənc istedadların ifasında Azərbaycanın xalq musiqisi səslənmişdir. Salona toplaşanlar Mənim Azərbaycanım gözəl rəqs kompozisiyasını təqdim edən Bakı Xoreoqrafiya Məktəbi şagirdlərinin çıxışlarını alqışlarla qarşılamışlar.
Ratnikova Rimma.
Səs.- 2009.- 7 iyul.- S. 16.