Şərq-Qərb dünyası
uşaqların gözü
ilə” beynəlxalq rəsm müsabiqəsi
1 İyun Uşaqları
Beynəlxalq Müdafiə Günüdür. Uşaqların
problemləri bütün dövrlərdə cəmiyyətin
diqqət mərkəzində olub, problemin həlli istiqamətində
yollar axtarılıb. İndi uşaq hüquqlarının qorunması
dünya dövlətlərinin siyasətinin prioritetinə
çevrilib. Uşaqları Beynəlxalq Müdafiə
Günü isə 1950-ci ildən bütün dünyada qeyd
edilir. Həmin ilin 1 iyununda Birləşmiş Millətlər
Təşkilatı Baş Assambleyasının keçirdiyi
Qadınların Beynəlxalq konfransında uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səslənib. Həmin konfransda hər il iyunun 1-ni
uşaqların müdafiəsinə həsr etmək qərara
alınıb. O vaxtdan bu gün tarixə düşüb.
1999-cu ildə BMT uşaq hüquqları haqqında konvensiya qəbul
edib. Az sonra Azərbaycan da bu konvensiyaya qoşulub. 1998-cu ildə
isə ölkəmizdə uşaq hüquqları haqqında
qanun qəbul olunub. Azərbaycanda da uşaqlara diqqət və
qayğı gündən-günə artır. Ölkəmizdə
bu istiqamətdə sistemli, ardıcıl iş
aparılır. 2009-cu il Prezident İlham Əliyevin sərəncamı
ilə Uşaq ili elan edilib.
Bu əlamətdar beynəlxalq
gün münasibətilə respublikamızda müxtəlif tədbirlər
keçirilir. Həmin tədbirlərdən biri də “Şərq-Qərb
dünyası uşaqların gözü ilə” beynəlxalq
rəsm müsabiqəsidir. Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi may ayının 29-dan iyunun 1-nə qədər
Bakı şəhərində “Şərq-Qərb
dünyası uşaqların gözü ilə” beynəlxalq
rəsm müsabiqəsini təşkil etmişdir. Beynəlxalq
Uşaqları Müdafiə Gününə həsr
olunmuş müsabiqə uşaq
yaradıcılığının inkişaf etdirilməsi, gənc
istedadların üzə çıxarılması, beynəlxalq
mədəni əlaqələrin möhkəmləndirilməsi,
müxtəlif xalqların mədəniyyətləri ilə
tanışlıq vasitəsilə uşaqlar arasında dostluq
əlaqələrinin yaradılması məqsədi
daşıyır.
Sivilizasiyalararası
dialoqun qlobal səviyyədə bəşəriyyətin ən
vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni
çeşidliyin müasir cəmiyyətin əsas
mövcudluq şərtlərindən olduğu bir dövrdə,
mədəniyyətlərarası dialoq mənəvi zənginlik
mənbəyinə çevrilərək xalqlar arasında
qarşılıqlı anlaşmanın, barışıq və
tolerantlığın möhkəmlənməsinə xidmət
edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə
marağını artırmaq, uşaqları kiçik
yaşlarından digər xalqların mədəniyyətinə
hörmət ruhunda tərbiyə etmək məqsədilə,
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası
dialoqa həsr edilmiş tədbirlər sırasında,
uşaq və yeniyetmələrin iştirakı ilə
keçirilən tədbirlərə böyük önəm
verir.
Dünən “Şərq-Qərb
dünyası uşaqların gözü ilə” beynəlxalq
rəsm müsabiqə-sərgisinin açılış mərasimi
mərkəzinin incəsənət qalereyasında
keçirildi. Beynəlxalq Uşaqları Müdafiə
Günündə təşkil olunan sərgidə Azərbaycan,
Belorus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan,
Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya,
Tayland, Türkiyə, Ukrayna, Pakistan, Polşa və s. ölkələrdən
5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri
sırasından olan ən yaxşı 300 əsər
seçilərək sərgidə nümayiş etdirilirdi.
Azərbaycan, Rusiya və
Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından
ibarət münsiflər heyəti tərəfindən qaliblər
müəyyənləşdirilərək, onlara diplom, medal və
hədiyyələr verildi.
Zümrüd
Səs.- 2009.-2 iyun.- S. 12.