“Musiqi Olimpi” beynəlxalq festivalı
Festival “Musiqi Olimpi” Fondu və Avropa Beynəlxalq Müsabiqələr
İttifaqı tərəfindən
təşkil olunub
Sankt-Peterburq Dövlət Kapellasının böyük salonunda nüfuzlu “Musiqi Olimpi” beynəlxalq festivalı çərçivəsində beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin konserti olmuşdur. Festivalın təşkilatçıları - “Musiqi Olimpi” Fondu və Avropa Beynelxalq Müsabiqələr İttifaqıdır.
Əyyub Quliyevin dirijorluğu altında Sankt-Peterburq Dövlət Kapellasının
simfonik orkestri S.Raxmaninov, N.Rimski-Korsakov, K.Sen-Sans və M.Kastelnuovo-Tedeskonun irihəcmli
əsərlərini ifa
etmişdir. Beynəlxalq müsabiqələrin
qalibləri L.Kotte (İsveçrə), İ.Kulikova
(Hollandiya), Mey Yi Fu (Malayziya) və Pinc-Yanc (Tayvan-Fransa) həmin konsertin solistləri olmuşlar.
Konsert zamanı dəfələrlə
səhnəyə çağırılan
dirijor Əyyub Quliyev tamaşaçıların
xahişi ilə konsert proqramının bir hissəsini yenidən təkrar ifa etmişdir. Anşlaqla keçən konsertdə Avropa və Amerikadan dəvət olunmuş xüsusi qonaqlar -
Əyyub Quliyevlə bərabər Almaniya, İngiltərə, Amerika və İsveçdən beş nəfər dirijor dəvət olunmuşdur. Dirijorlarla bərabər, 13 ölkədən 25 nəfər tanınmış instrumental ifaçı festivalda geniş proqramla çıxış etmişdir. Festivalın konsertləri Sankt-Peterburqun böyük konsert salonları - Mariinski Teatrı, Dövlət Filarmoniyasının Böyük salonu Dövlət Kapellası və Ermitajda baş tutmuşdur.
Zümrüd
Səs.- 2009.- 2 iyun.-
S. 12.