Müstəqil Azərbaycanda dövlət
quruculuğu
Ulu öndər Heydər Əliyev
irsinin milli sərvətə çevrilməsi Azərbaycan
tarixində xidmətlərinin məntiqi nəticəsidir
Azərbaycan
xalqının ulu öndəri Heydər Əliyevin dövlətçilik
fəaliyyəti və zəngin siyasi irsi
xalqımızın taleyində intensiv və dinamik inkişaf
prosesinin hərəkətverici qüvvəsi kimi Qafqazda
böyük bir coğrafiyanı əhatə edir. Tarixi şəxsiyyətin
yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli
mübarizəsi nəticəsində ölkəmiz hərtərəfli
inkişafa nail oldu. Ölkənin inkişafı
üçün əsas şərt olan ictimai-siyasi sabitlik,
sülh və əmin-amanlıq yaradıldı,
demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq
birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş
cəmiyyəti quruculuğuna keçid prosesini gerçəkləşdirmişdir.
Heydər Əliyevin siyasi fəlaliyyətində bəşəri
dəyərləri, azərbaycançılıq
ideyalarının əməli istiqamətini belə şərh
edir: “...Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran
yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə,
müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın
çox gözəl gələcəyinə aparıb
çıxaracaqdır...”
Milli dövlətçilik
mədəniyyətinin formalaşdırılması
dünyanın siyasi arenasında müstəqil subyektə
çevrilmiş Azərbaycanda Heydər Əliyev irsinin milli sərvətə
çevrilməsi fenomen şəxsiyyətin xalqın həyatında
tarixi xidmətlərinin məntiqi nəticəsidir. Bununla
yanaşı, milli dövlətçilik ənənəsinin,
dövrün, şəraitin tələblərinə uyğun
sistemli inkişaf modelinə uyğun qurulması müstəqil
Azərbaycan Respublikasının gələcək taleyini
müəyyənləşdirdi. Sovet siyasi təfəkküründən
irəli gələn kollektivçilik vərdişinin fərdi
idarəçiliklə əvəzlənməsi meyilinin Heydər
Əliyevin dövlətçilik fəaliyyətində
geniş yer aldı. Ulu öndər Heydər Əliyev
uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın
yenidən qurulması, malik olduğu təbii resurslarından səmərəli
istifadə edilməsi, dövlət müstəqilliyinin
möhkəmləndirilməsi uğurlu neft
strategiyasının nəticəsi idi. Bu siyasi gedişatın
Azərbaycanın maraqları çərçivəsində
həyata keçirilməsi genişmiqyaslı siyasi və
iqtisadi islahatların aparılmasını gücləndirdi. “Mən
Azərbaycan Prezidenti kimi bu barədə qəti fikrimi
bildirmişəm və bir də bəyan edirəm ki,
demokratiyanın bütün tələblərini tədbiq
etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi
dəyərlərinə, mentalitetinə qarşı yönəldilmiş
hərəkətlərin qarşısı alınacaqdır və
qanun çərçivəsində ölçülər
götürüləcəkdir” deyən dahi öndərin
demokratiyaya milli maraqlar, milli-mənəvi dəyərlər
kontekstində yanaşması ilə ölkəmizdə yeni
tarixi mərhələnin əsası qoyuldu.
Demokratik, hüquqi,
dünyəvi dövlətin formalaşdırılması,
milli maraqlarımıza uyğun olaraq Dağlıq Qarabağ
probleminin həlli, ölkə əhalisinin dinc və firavan həyat
şəraitində yaşamasını təmin etmək kimi
mühüm tarixi vəzifələri özünün ali
proqramı müəyyən etmiş ulu öndər Heydər
Əliyev 1995-ci ildə Konstitusiyanın qəbul olunmasına
nail olmaqla, ölkəsinin əsas hüquqi, dünyəvi
dövlətçilik modelini yaratdı. Bütövlükdə
qəbul olunmuş yeni Konstitusiya ümumxalq mənafeyinin əsas
hüquqi bazası kimi, müasir dünyanın geopolitik nəzəri
əsasları üzərində qurulması və strateji
milli maraqların əsas qanunda əksini tapması Azərbaycanın
gələcəyinə hesablanmış prisipləri
özündə əks etdirmişdir. Bu baxımdan da, Heydər
Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində
hüquq prisplərinə söykənməsi, hələ XX əsrin
70-ci illərinə təsadüf edir. Obyektiv tarixi zərurətlə
şərtlənən Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişi, Azərbaycan milli dövlətçilik mədəniyyətinin
formalaşmasının təmin olunmasına
hesablanmışdı.
Həyatın
bütün sahələrini əhatə edən
çoxşaxəli fəaliyyət istiqamətinə
uyğun olaraq milli mənəviyyatın təşəkkül
tapması, tarixi soykökə qaydış, azərbaycançılıq
dünyagörüşünün dövlətçilik siyasətinin
ana xəttini təşkil etmişdir. Bununla yanaşı, millətini
sevən, xalqının sabahını düşünən
müxtəlif səviyyəli insanların dövlətçilik
işinə səfərbər edilməsi, onların bilik və
bacarıqlarının vahid ideya ətrafında cəmlənməsi,
məhz Heydər Əliyevin idarəçilik fəaliyyətində
geniş yer verilməyə başlanıldı.
Müasir Azərbaycan
tarixinin dönüş mərhələsini təşkil edən
14 iyun 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi böyük bir dövrün
başlanğıcı kimi daxil olmuşdur. Azərbaycan KP
MK-nın 5 avqust 1969-cu il plenumunda qarşıya qoyulan
fundamental strateji istiqamətlər müəyyənləşmiş
inkişaf, tərəqqinin real maddi və milli-mənəvi nəticələri
sonrakı müstəqillik dövrünün sosial-iqtisadi
bazasına çevrildi. 1920-ci ildən dəfələrlə
Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu
il 14 iyun tarixinə kimi keçirdiyi böhranlı illər
dayandı. Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi
təyin olunduğu an tariximizin yeni dövrü, Azərbaycanın
sosial - iqtisadi həyatında inkişafın bünövrəsi
qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın
plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini
təşvişə salmışdı. Azərbaycanın o
dövrdəki neqativ reallıqlarını təhlili,
bütünlüklə sovet cəmiyyətini bürüyən
rüşvətxorluq, korrupsiya hallarının ehtiraf
olunması, ittifaq ölkəsində böyük hadisəyə
çevrildi. Plenumda Heydər Əliyev o dövr
üçün çox cəsarətli ideyalar irəli
sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi.
Əsas hədəflərdən
biri tikinti-quruculuq işlərinə geniş meydan verilməsi
idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
məşhur avqust plenumunun keçirilməsi ölkədəki
iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar
açdı. Ölkədəki acınacaqlı vəziyyət,
əhalinin məmurlar tərəfindən əsassız olaraq
incidilmə hallarının, rüşvət və
korrupsiyanın qarşısının alınması
üçün mühüm tədbirlər hazırlandı.
Dövrün statistik göstəricilərinin ilbəil
azalması, rəhbərliyin səriştəsizliyi ölkənin
zəhmətkeş kütləsinin həyat tərzini pisləşdirmişdi.
Həmin dövrdə Azərbaycan ittifaq respublikaları
arasındakı iqtisadi göstəricilərinə görə
geri qalırdı. Zəngin təbii sərvətlərə
malik bir torpağın üzərində gəzən azərbaycanlının,
sərvəti özünün yox başqalarının mənafeyinə
xidmət edirdi. Bu məsələlər kimi aktual hesab olunan
iqtisadi tənəzzülün dayandırılması daha yeni
formada Heydər Əliyev tərəfindən əhatəli
quruculuq yoluna qədəm qoydu. Tezliklə ölkədə
adambaşına ümümdaxili məhsul 2,5 dəfə, sənaye
istehsalı 3 dəfə, kənd təsərüfatı məhsulu
iki dəfə artdı. Bununla yanaşı, 1969-cu ildən
1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və
sex tikilərək, 2 milyondan artıq vətəndaşın
mənzil təminatı həll olundu. Pambıq istehsalı
333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-si ildə
ölkədə pambıq istehsalı 1 milyon civarına qədər
yüksəlmişdi. Üzüm istehsalında statistik vəziyyət
göstəricisinə görə 1980-ci ildə 1,5 milyon ton
olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə
yüksək idi. 1969-1982-ci ildə Azərbaycan
iqtisadiyyatında olan dirçəliş və inkişaf o
dövrün son əlli il vəziyyətinə görə 1,4
dəfə çox vəsait sərf olunmuşdu. Azərbaycan
ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında
iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya
olmadan yaşayırdı. Bu dövrdə Azərbaycan dövlətçiliyinin
gələcək müstəqilliyinin siyasi-iqtisadi əsaslarını
yaratdı.
Azərbaycanın şəhər
və kəndlərində 700-ə qədər məktəb
binası istifadəyə verilmiş, ali məktəblərin
sayı 12-dən 17-yə, təhsil alan tələbələrin
sayı isə 70 mindən 100 min nəfərə
çatdırılmışdır. Əsası qoyulan dəyərli
ənənələr sırasında respublikada zəruri
ixtisaslara yiyələnmələri üçün azərbaycanlı
gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və
təhsil mərkəzlərinə göndərilməsi
praktikası xüsusi yer tutub. Əgər 1969-cu il
üçün Azərbaycandan kənarda təhsil almağa cəmi
47 nəfərin göndərilməsi
planlaşdırılırdısa və bunların əksəriyyəti
qeyri-azərbaycanlı olurdusa, artıq ötən əsrin
80-ci illərinin əvvəllərində 1000-1400 nəfər
respublikadan kənarda təhsil almağa göndərilirdi və
onların böyük əksəriyyəti azərbaycanlılar
təşkil edirdi.
Qlobal işləri təhlil
edən Rusiya analitikləri bu nəticəyə gəliblər
ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin
tezliklə dağılacağını və Azərbaycanın
müstəqil dövlət olacağını görürmüş.
Bu nəticə son 30 illik tarixi inkişafımızın real
yekunu ilə bir daha təsdiqlənir və Heydər Əliyevin
fenomeninin böyüklüyünü bütün dünyaya
nümayiş etdirir.
Müstəqillik
çağırışları hələ 1988-ci ilin xalq hərəkatı
ilə başlansa da, bu istiqamətdə həlledici proseslər
1990-1991-ci illərdə cərəyan etməyə
başlamışdır. İqtidarın və Xalq Cəbhəsi
liderlərinin başı hakimiyyət, vəzifə uğrunda
mübarizəyə qarışdığı bir vaxt Heydər
Əliyev Naxçıvandan Azərbaycan xalqının
azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik
edirdi.
Heydər Əliyevin
müdrik, uzaqgörən siyasəti sayəsində muxtar
respublikanın adından “sovet sosialist” sözləri
çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli, aypara və səkkizguşəli ulduz
nişanlı bayrağı dövlət bayrağı kimi qəbul
edildi və bu barədə Azərbaycan parlamenti
qarşısında qanunvericilik təşəbbüsü
qaydasında məsələ qaldırıldı. Ulu öndər
Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il fevralın
5-də açılmış sessiyasında
çıxışında mövcud siyasi vəziyyəti əhatəli
təhlil etdi, böhranın, habelə, Dağlıq
Qarabağ münaqişəsinin səbəblərini, SSRİ
və respublika rəhbərlərinin yol verdiyi ciddi
qüsurları və onları aradan qaldırmağın, təcavüzkar
Ermənistana qarşı müdafiə mövqeyindən
çıxıb birlikdə mübarizə aparmağın
vacibliyini qeyd etdi. 18 oktyabr 1991-ci ildə bünövrəsi
qoyulan, 15 iyun 1993-cü ildə məhvolmadan xilas edilən
müstəqil Azərbaycanın milli qurtuluş tarixindən
sonra real sabitlik yoluna qədəm qoydu. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi
hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı
dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən
xilas etdi...
Elşad HACIYEV
Səs.- 2009.- 4 iyun.- S. 4.