Əbədi yüksəlişin başlanğıc
günü - 4 iyun
1937-ci il
4 iyun 1937-ci il Cavid əfəndinin
həbs olunduğu gün. Bu gün bir tərəfdən onun
həyat tarixçəsinə, eləcə də Azərbaycan
mədəniyyət tarixinə qara hərflərlə
yazılsa da, digər tərəfdən əbədi yüksəlişin
başlanğıc və düşmənin acizliyi
günü hesab olunmalıdır. 1937-ci ilin o qanlı, dəhşətli
günləri. Adamlar bir-biri ilə görüşüb
danışmaqdan, hətta salamlamaqdan belə çəkinir,
gözə görünməməyə
çalışırdılar. Hər gün ağlasızmaz
hadisələr baş verir, dəhşətli xəbərlər
yayılaraq adamları vahiməyə salırdı. İnsanların
qəlbindən ağır daş kimi nisgil
asılmışdı. Elə gün olmazdı ki, kiminsə
qohumu, kiminsə dostu, kiminsə tanışı “xalq
düşməni” adı ilə damğalanaraq sürgünə
göndərilməsin.Məhz belə bir vaxtda Azərbaycan K
(b) P-nin XIII qurultayı çağırıldı. Onun “məramı”
da belə idi: daha çox “xalq düşməni” ortaya
çıxarmaq. Hesabat məruzəsi ilə
çıxış edən M.C.Bağırov son
sözündə dedi: “Bir baxın, “Yazıçılar
İttifaqında kimlər əyləşmişdi.
Hazırda ifşa
edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl
Müşfiq, Əli Nazim, Böyükağa Talıblı,
Tağı Şahbazi, Əhməd Triniç kimiləri”.
Bu qərəzçi və
böhtançı tənqiddən Cavid əfəndi nə
qorxdu, nə də ki, çəkindi.
Elə həmin ərəfədə
Dövlət Təhlükəsizlik İdarəsinin 3 iyun
1937-ci il tarixli 509 saylı, orderi ilə NKVD-nin 4-cü
şöbəsi tərəfindən Hüseyn Cavidin dilində
axtarış aparıldı.
Pavlov, Federenko və
Sarkisyanın iştirak etdiyi üçlük tərəfindən
1937-ci ilin iyun ayının 3-dən 4-nə keçən gecə
Cavidin evində aparılmış axtarış zamanı 1 səbət
əlyazma, 1 kisə - türk, ərəb və fars dillərində
115 nüsxə nadir kitablar və 23 ədəd fotoşəkil,
ona məxsus 549349 ¹-li pasport və 5 dədə dərftərçə
müsadirə edilmişdir ki, həmin dəftərçələrdə
Cavidin yazmağa hazırladığı əsərlər
haqda çoxlu qeydlər var idi.
Cavidin həyat yoldaşı
Mişkinaz Cavidin xatirələrində 1939-cu ilin 3 iyulunda
Keşlə həbsxanasındakı son görüşləri
zamanı Cavid evdən götürülən əlyazmaların
adını çəkmişdir: “Atilla”, “Çingiz”, “Telli
saz”. Lakin sonralar Turan Cavid bu siyahıya “İblisin ilhamı”
faciəsini də əlavə etmişdir. Cinayət Məcəlləsinin
68, 72 və 73-cü maddəsi ilə ittiham olunan Hüseyn
Cavidin işindəki anket belə tərtib olunmuşdur:
Hüseyn Cavid. 1882-ci ildə
Naxçıvan şəhərində anadan olub. Ünvan:
Bakı şəhəri, Kommunist küçəsi, ev ¹ 8,
ixtisası və peşəsi: şair. İşləmir. Təqaüdçüdür.
Kəndli ailəsindən çıxmışdır. Təhsili
- ali. Bitərəf. Milliyəti - azərbaycanlı. Orduda xidmət
etməyib. Həbsdə olmayıb. Arvadı - Mişkinaz 36
yaşında, ağlu Ərtoğrul 16, qızı - Turan 13
yaşında. 4 iyun 1937-ci ildə “NKVD” tərəfindən həbs
edilmişdir.
İstintaq prosesi iki il
bir ay çəkmiş və 1939-cu il iyun ayının 9-da
keçirilmiş xüsusi müşavirədə Hüseyn
Cavid heç bir dəlil-sübut olmadan “antisovet təşkilatı
da iştirakına və təbliğatına”,
müsavatçı pantürkist, əksinqilabi təşkilatçın
üzvü, əksinqilabi fəaliyyətinə, ədəbiyyat
və dramaturgiya sahəsində gənclərin millətçi
əksinqilabi ruhda tərbiyə olunması istiqamətində
gördüyü işlərə, pantürkist ideyaların
yayılmasına xidmət etdiyinə görə 8 il müddətinə
azadlıqdan mərhum edilmiş və islah-əmək
düşərgəsinə göndərilməsi qərara
alınmışdır.
Elə həmin
müşavirədə başqa bir qərarla o, 1939-cu il iyulun
4-də uzaq Sibirə göndərilir. Sonralar xəstəliyi
ilə əlaqədar Maqadandan İrkutska əlillər
zonasına göndərilən Cavid 5 dekabr 1941-ci ildə
dünyasını dəyişir.
Nəhayət, 1981-ci ildə
ulu öndər, xalqımızın qeyrətli oğlu Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci hakimiyyəti
dövründə dahi şair-dramaturq Hüseyn Cavidin anadan
olmasının 100 illiyinin yüksək səviyyədə
keçirilməsi haqda qərar qəbul etdi. Həqiqətən,
ulu öndər Heydər Əliyevin imzası ilə 1981-ci il
iyul ayının 21-də Hüseyn Cavidin 100 illiyi haqqında
verilən qərar ulu Cavidin ikinci əsil bəraət sənədi
olmuşdur.
Böyük şairin
qızı Turan Cavid öz xatirələrində deyir: “Atama əsil
bəraəti 1981-ci ilin iyul ayında, Hüseyn Cavidin anadan
olmasının 100 illiyi haqqında” Heydər Əliyevin
imzaladığı qərardan sonra hesab edirəm. Bu ədalətin
zəfər çalması idi. Bunun üçün mən
birinci növbədə Azərbaycan xalqının
böyük oğlu Heydər Əlirza oğlu Əliyevə
minnətdaram”.
Cavidin ruhuna münasibətdə
ən dramatik, ən yaddaqalan hadisə 1982-ci ilin oktyabrında
baş verdi. Heydər Əliyev böyük siyasi ustalıqla
59 yaşında pantürkist - millətçi kimi Sibirə
sürgün edilən Hüseyn Cavidi 100 yaşında vətənə
gətirdi. Lakin H.Cavidin nəşini Sibirdən gətirmək
onu Sibirə sürgün etməkdən qat-qat çətin
idi. Milli öndərimiz nitqlərinin birində bildirirdi ki,
“...1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən
Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük
iradə, cəsarət tələb edirdi. Ancaq
xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə,
ədəbiyyatımıza olan sədaqət mənə belə
bir cəsarət göstərməyə imkan verdi”.
Ulu öndərimiz Heydər
Əliyevin şəxsi qayğısı və təşəbbüsü
ilə həyata keçirilmiş bu hadisə tarixə
qızıl hərflərlə yazıldı. Xalq şairi
Mirvarid Dilbazi öz hisslərini belə ifadə edirdi.
Sağ ol xalqımızın igidi, mərdi!
Bu bir şücaətdi, bu bir hünərdi.
Getdi sinəmizdən Cavidin dərdi,
Unutmaz bu haqqı millətin sənin.
Düşünülmüş
və hissə-hissə həyata keçirilən planın
növbəti hissəsi dahi şairə ucaldılan möhtəşəm
məqbərə oldu. Ulu öndər bu məqbərənin
açılışında şəxsən iştirakı
ilə Cavid əfəndiyə və onun timsalında Azərbaycan
xalqına olan sevgisini və ehtiramını ifadə etdi. məqbərənin
açılışında Heydər Əliyev siyasətinin
layiqli davamçısı Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hüseyn
Cavidin bu məqbərəsini “Heydər Əliyev
dühasının bəhrəsi” adlandıraraq
demişdir:
“Möhtərəm Heydər
Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid
türbəsi Əcəmi yaradıcılığına mənsub
“Möminə xatun” məqbərəsinin davamıdır. Bununla
belə, Hüseyn Cavid məqbərə - türbəsində
şairin özü ilə yanaşı, ailə üzvlərinin
- ömür-gün yoldaşı Mişkinaz xanımın,
oğlu Ərtoğrul Cavidin dəfn olunduğunu nəzərə
alaraq Cavidin ailəsi xatirə kompleksinin dünya mədəniyyətinin
bənzərsiz, əvəzsiz nümunələrindən biri
olduğu sübut edilir”.
Məqbərənin
açılış mərasimində iştirak edən
görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri,
hətta qonşu dövlətlərdən gəlmiş
qonaqlar ulu öndərin bu misilsiz xidmətini xüsusi qeyd
etmişlər. Görkəmli ədibin qızı Turan Cavid
Cavidlər ailəsi adından çıxış edərək
demişdir:
“Hörmətli əziz
və dəyərli Prezidentim!
Düz beş gün
sonra Cavidin Sibirdən gətirilərək Naxçıvan
torpağında dəfn olunmasının 14 ili tamam olur. 1982-ci
ildə Cavidin cənazəsi gətirilərkən bu qeyri-adi
hadisənin əks-sədası çox uzaqlara
yayılmışdır. Başqa şəhərlərdən
bu xəbərin dəqiqliyini öyrənmək istəyənlər
sualı belə qoyurdular ki, yəqin bu hörmətli Heydər
Əliyevin xidmətidir?.. Bunun da qısa bir cavabı var:
Şübhəsiz ki,
elədir”.
Həmin bu tarixi
yaddaş muzey ekspozisiyasının “Matəm otağı”
adlanan 5-ci otağında öz əksini tapmışdır. Burada
təqdim olunan Cavidin cənazəsi uzaq Sibirdən gətirilərkən
muzeyə verilmiş məzarının üzərinə
baş daşı əvəzi qoyulmuş, üzərində
59 ¹-li yazılmış taxta parçası, onun qəbrindən
götürülmüş torpaq olan ağzı möhürlənmiş
qutu, orada qəbrin axtarışını,
açılmasını əks etdirən müxtəlif
fotoşəkillər, vaxtilə Cavid əfəndinin Bakıda
yaşadığı və dərs dediyi Kommunist küçəsi,
8 ¹-li evdə (indiki Əlyazmalar İnstitutunun binası)
ümummilli lider Heydər Əliyevin iştirakı ilə
keçirilmiş vida mərasiminə aid 2 ədəd nadir
fotoşəkil və müxtəlif sənədlər
geniş tamaşaçı kütləsinin marağına səbəb
olmuşdur. Bütün bu tamaşaçı
marağını nəzərə alaraq həmin otağın
yeni eksponantlarla zənginləşdirilməsi muzey əməkdaşlarının
daim diqqət mərkəzində olmuşdur. Belə ki, son
günlər həmin otağa bir neçə rəsm əsəri
əlavə edilmişdir. Bu yazının müəllifinin
kollaj üsulu ilə hazırladığı “Repressiya
qurbanları” adlı pano və Azərbaycan
Respublikasının Əməkdar rəssamı Mircəlil
Seyidovun “Cavidin yuxusu” adlı əsəri, bundan əlavə
Xalq yazıçısı Hüseyn İbrahimovun “Böhtan”
romanı, professor Cəlal Qasımovun “Cavidi məhbəsə
aparan yol”, şair Əbülfəz
Naxçıvanlının “Tale burulğanı” və Hikmət
Cəmilzadənin “Bizi geri qaytaracaqlar” kitabları həmin
otağın tərtibat həllini tamamlayır. Eyni zamanda, həmin
otağın ab-havasına uyğun olaraq bəzi yerlərdə
zindan rəmzi olaraq tikanlı məftillərdən və iblis
simvolu olan dekorativ maskalardan istifadə olunub.
Cavid sənəti
ölməzdir. Ulu Cavid xalqın, Cavidsevərlərin qəlbində
daima yaşayır, ucalır.
Özü
demişkən:
Yüksələn
məhv olar,
Fəqət,
enməz!
Nuri-həqq
daima yanar,
sönməz!
Bəhruz Axundov,
H.Cavidin ev-muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi
Səs.- 2009.- 4 iyun.- S. 6.