Heydər Əliyev: Bir həsədin tarixi

 

Hər il ənənəvi olaraq Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyinin təşkilati dəstəyi ilə Macarıstan Respublikasının Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş tədbir keçirilir.

 Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Macarıstan Respublikasının Xarici Ədəbiyyat Kitabxanasında  keçirilən tədbirdə nazirlik tərəfindən göndərilən çoxsaylı kitabların sərgisi, macar dilinə tərcümə olunmuş V.Mustafayevin “Heydər Əliyev: Bir həsədin tarixi” filmi nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfiri Həsən Həsənov çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, habelə, Azərbaycanın dünyada sürətli inkişafından, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsi və s. haqqında geniş çıxış etmişdir.

Bundan başqa, səfirliyin təşəbbüsü ilə 2009-cu ilin 28 may tarixində Macarıstanın nüfuzlu DUNA TV telekanalının bir günlük bütün proqramı Azərbaycana həsr olunmuşdur. Bu çərçivədə Azərbaycan-Macarıstan istehsalı olan “Azərbaycan mətbəxi”, Azərbaycanın milli bayramları, Azərbaycan sənədli filmləri, Azərbaycan Muğam Qrupunun konserti, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın iştirakı və s. nümayiş etdirilmişdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 4 iyun.- S. 12.