Regionların inkişafı qlobal böhran şəraitində əsas prioritetdir

 

2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı

 

Son illərdə dünyanın ən çox inkişafda olan ölkələrindən biri Azərbaycandır. Ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada liderdir. Azərbaycan iqtisadiyyatının dinamik inkişafında əhalinin sosial şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında 2004-cü il fevralın 11-də qəbul edilənAzərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramımüstəsna əhəmiyyət kəsb edib.

Ötən 5 il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edərək özünün indiyəqədərki ən yüksək səviyyəsinə çatıb. 4 ildir ki, Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə dünyada liderlik edir. Təbii ki, bu, birbaşa Azərbaycanın dövlət başçısının yürütdüyü iqtisadi siyasətin uğurlarıdır.

Artıq hökumət nəzərdə tutuduğu  məqsədlərə nail olub. Hökumətin sosial siyasətinin ən başlıca istiqamətlərindən olan yoxsulluğun azaldılması da  bilavasitə regionların sosial-iqtisadi inkişafı üzrə proqramının icrası ilə bağlıdır.

Yoxsulluq 49 faizdən 13 faizə düşüb. Ölkə başçısının da bəyan etdiyi kimi, “yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların  həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir”. 

 

Sahibkarlara Prezident dəstəyi

 

Bu müddətdə həyata keçirilən tədbirlər nəticəsində 2004-cü ildən indiyədək əhalinin sosial vəziyyəti əhəməyyətli dərəcədə yaxşılaşıb. Son 5 ildə maaşlar da bir neçə dəfə artırılıb. Təkcə minimum əmək haqqının məbləği  8 dəfə artıb. Bu inkişaf ona gətirib çıxarıb ki, artıq insanlar gəlirlərin artımının müqabilində öz gəlirlərini müxtəlif sahələrə kapital kimi yatırmağa başlayıb.

Vahid pəncərəsisteminin tətbiqindən sonra isə, sahibkarlıq subyektlərinin sayı xeyli artıb. Özəl sektorun inkişafı, o cümlədən,  sahibkarlara ayrılan kreditlər prezidentin göstərdiyi diqqət qayğı sayəsində mümkün olub.

Prezident İlham Əliyev sahibkarlığa, özəl sektorun inkişafına diqqətin daha da artırılacağını əmin edərək ölkəmizin adamlarının dünya bazarına çıxmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək iqtidarında olduğunu söyləyir: “Azəbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən, Avropa Birliyi bazarına ixrac edilir. Həm ölkə tələbatını ödəyir, həm Azərbaycanda çox güclü ixrac potensialı yaranır ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox mühüm əhəmiyyət daşıyır”.

Bununla yanaşı, dövlət başçısı sahibkarlara dövlətin dəstəyinin daha da gücləndirilməsinin vacib sayır: “Sahibkarlıqla məşğul olmaq üçün ilkin kapital olmalıdır. Əgər ilkin kapital yoxdursa, sahibkarlıqla məşğul olmaq mümkün deyildir. Ona görə dövlət bu funksiyanı öz üzərinə götürür. İlk növbədə, sahibkarlara siyasi dəstək verilməlidir”. Bu, onu göstərir ki, Prezident sahibkarların maliyyə təminatı üçün imkanları ilbəil artırmağa qərar verib.

 

Yeni proqram daha konkret geniş əhatəlidir

 

Hökumətin əsas siyasəti qarşıdakı illərdə sosial iqtisadi sahələrdə müxtəlif proqramların həyata keçirilməsinə yönəlib. İndiyədək əldə olunmuş uğurlar bu inkişaf tempinin qorunması üçün qarşıya yeni vəzifələr qoyur. 

“Biz iqtisadi siyasətin aparılması ilə ölkəmizdə çox böyük güclü iqtisadi zəmin yaradırıq. Azərbaycan çətin, böhranlı illərini arxada qoyub. Biz bundan sonra yalnız yalnız inkişaf edəcəyik. Bu inkişafı hərtərəfli çoxşaxəli etmək üçün mütləq mütləq regionların sosial-iqtisadi inkişafı proqramı davam etdirilməlidir. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın”.

Beynəlxlaq ekspertlər yeni Dövlət Proqramını öz istiqamətlərinə görə daha geniş inkişaf konsepsiyası hesab edir. Bu proqram çərçivəsində indiyədək həllini tapmamış məsələlərin həll edilməsi üçün yeni layihələr reallaşacaq. Bütün kəndlərin, ən ucqar yaşayış məntəqələrinin sosial-məişət qayğılarının həll edilməsi, kommunal xidmətlərlə fasiləsiz keyfiyyətli təmin edilməsi, ən yeni infrastruktur obyektlərinin tikintisi bu sənədin başlıca elementlərini təşkil edəcək.

Azərbaycanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması 2013-cü ilə kimi başa çatdırılacaq. Eləcə əhalinin içməli su təminatı, suvarma sistemlərinin yaradılması, elektrik enerjisinin fasiləsiz verilməsi, yeni elektrik stansiyalarının tikilməsi, yolların təmiri, məktəb xəstəxanaların əsaslı şəkildə təmir olunması bu sənədin əsas tərkib hissələrindən hesab olunur.

Bundan əlavə, 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

Bu, onu deməyə əsas verir ki, qarşıdakı 5 ildə ən kiçik yaşayış məntəqələri sosial kommunal xidmət növləri ilə təmin ediləcək.

 

İşğaldan azad ediləcək bölgələr abadlaşacaq

 

Prezident İlham Əliyev 2009-2013-cü illər ərzində proqramın əsas sahələrindən biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasının, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsinin diqqət mərkəzində dayandığını qeyd edir. Belə ki, sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması digər tədbirlər həyata keçiriləcək.

Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi bu tədbirlər sırasındadır. Yeni Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Yuxarı Qarabağ Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur.

Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Həmin proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni yerləri ilə təmin edilməsindən ibarətdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi hökumət vətəndaşların sosial rifahının yaxşılaşması üçün lazım olan bütün vasitələri təmin edəcək. Bir neçə il ərzində isə, ölkəmiz ən inkişaf etmiş ölkələrlə bir sırada dayanacaq.

 

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 10 iyun.- S. 4.