“Arşın mal alan” Türkiyənin cənub-şərq bölgəsində göstərilən
ilk operettadır
Mersin Dövlət Opera
və Balet Teatrının səhnələşdirdiyi dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal
alan” operettası Türkiyənin cənub-şərq bölgəsində
göstərilən ilk operetta kimi tarixə
düşmüşdür. Operetta böyük marağa səbəb
olmuş, salona toplaşanlar tamaşanı sürəkli
alqışlarla qarşılamışlar.
Tunceli valisi Mustafa Yaman
tamaşanın nümayişindən sonra səhnəyə
qalxaraq, qardaş Azərbaycan bəstəkarının bu
ölməz əsərinin vilayətdə operetta, opera
janrlarında gələcəkdə nümayiş etdiriləcək
əsərlərə yol açdığını
bildirmişdir.
Tamaşanın
quruluşçu rejissoru Məlik Öztürk bildirmişdir
ki, “Arşın mal alan” operettası Türkiyənin cənub-şərqində
Bingöl, Batman, Siirt, Bitlis və Hakkari vilayətlərində
də göstəriləcəkdir.
Zümrüd
Səs.- 2009.- 10 iyun.- S. 12.