Azərbaycanın mədəni həyatının
yeni bir tarixi
Hər ötən əsrdə
Azərbaycan tarixinin keşməkeşli, zaman ilə
ölçülməyən illəri, yaşanılan
zamanın həqiqətləri, şəxsiyyətləri
salnamələrə yazılmış və bu tarixi dövrlər
illər ötdükcə xalqın mühakiməsində
öz həllini tapmışdır. Hər il olduğu kimi, Azərbaycan
xalqı 15 iyun tarixini yad edir, həmin zamana qədər
baş verən hadisələri xatırlayırlar. Həmin
tarixi gün - ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycanda yüksəliş
baş verdi. Bu günlə bağlı Azərbaycan
ziyalıları müxtəlif peşə sahibləri
qürurla söz açırlar. Respublikanın elmi-mədəni
həyatında müstəsna rol oynayan mütəxəssislərin,
ziyalıların ulu öndər Heydər Əliyevlə
bağlı söylədikləri fikirlər Onun Azərbaycanın
qurucusu, memarı olduğunu bir daha təsdiq edən amillərdir.
Azərbaycan xalq artisti,
Prezident təqaüdçüsü Ağakişi Kazımov:
- 1969-cu ilin 14 iyul
tarixində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana
rəhbər təyin olunması respublika daxilində
böyük bir dönüşə səbəb oldu. Belə
ki, hakimiyyətə gəldiyi ilk gündən ümummilli
liderimizin məqsədyönlü, uzaqgörən siyasəti
sovet imperiyasının sərt rejimində Azərbaycanın
milli maraqlarını üzə çıxarmış, milli
ideologiyanın formalaşmasına təkan vermişdir. 30 ildən
artıq hakimiyyətdə olduğu dövr ərzində ulu
öndər Heydər Əliyevin istər sovet imperiyası
dövründə, istərsə də müstəqillik illərində
elm, mədəniyyət və təhsil siyasətinə
ayırdığı diqqət, demək olar ki, Azərbaycanda
quruculuq siyasətinin əsasını təşkil edir. Dünya
birliyində, dünya xalqları arasında tariximizin, mədəni
dəyərlərimizin, milli ənənələrimizin təbliğ
olunması, dövlət dəyərlərinin üzə
çıxarılması, Heydər Əliyevin prinsipial siyasətinin
nəticəsində əldə olunmuşdur. Bu gün, Heydər
Əliyevin hakimiyyətə qayıdışından 15 il
ötür. Azərbaycan xalqının zəngin elminə, mədəniyyətinə,
ədəbiyyatına dərindən bələd olan Heydər
Əliyev hakimiyyətdə olduğu dövrdə milliliklə
ümumbəşəri dəyərlərin vəhdətini
yaratdı. Onun Azərbaycana hakimiyyətə
qayıdışı dövlətdə baş verən
xaosun, dəhşətli fəlakətlərin
qarşısını aldı. Bildiyimiz kimi, həmin ilə qədər
saat 19-dan sonra bayıra çıxmaq qeyri-mümkün idi. Özbaşınalıq,
dərəbəylik və digər amillər insanların
rahatlığına böyük zərbə endirmişdi. Hətta
özbaşınalığın elə bir həddi
yaranmışdı ki, Azərbaycan Bəstəkarlar
İttifaqına məxsus olan bina zəbt olunaraq, başqa məqsəd
üçün istifadəyə verilmişdi. Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə Azərbaycanın
ictimai-mədəni həyatında qısa müddət ərzində
nəzərəçarpacaq dərəcədə dəyişikliklər
yarandı. Heydər Əliyevin xarici dövlətlərlə
qurduğu əlaqələr, İrana, Türkiyəyə,
İtaliyaya və digər dövlətlərə səfəri
Azərbaycanın dünya dövlətləri ilə əlaqəsini
gücləndirdi.
Bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin qayğısı nəticəsində
Azərbaycanda mədəniyyət və incəsənət
inkişaf mərhələsini yaşayır. Bu sahədə
çalışan sənətkarlara fəxri adlar, Prezident təqaüdləri,
mükafatlar təqdim olunur. Bu il dövlət büdcəsindən
ayrılmış maliyyə vəsaiti hesabına tamaşalar
səhnələşdirilir, filmlər istehsal olunur. Ölkə
Prezidenti İlham Əliyevin kino və teatr haqqında
imzaladığı sərəncamlar bu sahələrin
inkişafına xidmət göstərir. Kinostudiyanın təmir
etdirilməsi və onun müasir standartlara cavab verən
avadanlıqlarla təchizatı Azərbaycan kinosunun dünya
standartları səviyyəsinə qaldırılması məqsədini
daşıyır. Eləcə də tetrların təmir və
bərpa edilməsi 135 illik tarixə malik peşəkar Azərbaycan
teatrının müasirləşdirilməsinə əsasdır.
Sənətin müxtəlif
sahələrində Azərbaycanın müstəqilliyini,
onun rəhbərinin ideyalarını, dövlətin
ideologiyasını təbliğ edən əsərlər
yaranır. Ulu öndər Heydər Əliyev elə dövlət
rəhbərlərindəndir ki, Onun həyat və fəaliyyəti
hər bir yaradıcı şəxsin sənət nümunələrində
müstəsnalıq təşkil edir.
Azərbaycanın
müasir həyatı Heydər Əliyev məktəbindən,
irsindən bəhrələnən İlham Əliyev tərəfindən
idarə olunur.
Azərbaycan xalq artisti Musa Mirzəyev:
- Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik tarixinin təməlidir. Müasir həyatımızda bu gün tarixiləşdi. Azərbaycanın yeni bir tarixi yazıldı. 1993-cü ilin iyun ayında ictimai-siyasi hadisələr ölkənin həyatında çox böyük və ciddi olaylara səbəb oldu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük bir dəyişiklik yaratdı. Ölkədə sabitlik hökm sürməyə başladı. İnsanlar rahat nəfəs almağa, istirahətlərini təşkil etməyə lazımi şəraiti əldə etməyə nail oldular. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı hadisələrin buxovundan xilas etdi, onun müstəqil dövlət kimi inkişafına təkan verdi. Azərbaycanın stabil dövlət kimi yaşamasında həmin gün bir nümunə idi. Onun ölkəyə rəhbərlik etdiyi dövr xalqın milli özünüdərki, özünəqayıdışı kimi səciyyələndirilir. Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır. Azərbaycan həyatında baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə olduğu bir zamanda öz həllini tapdı. Ümummilli liderin milli mədəniyyətin, Azərbaycan elminin inkişafına diqqət ayırması respublikanın Avropa və dünya inteqrasiyasına daxil olması ilə nəticələndi. Sovet dövründə, eləcə də müstəqillik illərində elmi- mədəni potensialdan istifadə dövlətin siyasətinin başlıca amilləridir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini vermiş oldu. Onun rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda elm, mədəniyyət, təhsil ocaqları müasir standartlara cavab verən bir səviyyədə təmir və bərpa olundu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı XX yüzilliyin son on illiyində yaşanılan böhran, xaos, gərginlik kimi anları aradan qaldırdı. Onun qayıdışı dövrün tələbi kimi qəbul olundu. Bu qayıdış Azərbaycanın hərtərəfli və dinamik inaişafını təmin etdi. Onun qayıdışı, müstəqilliyin, demokratiyanın, milli tərəqqinin təməlinin əsasını qoydu. Ölkə daxilində XX əsrin 80-90-cı illərdə baş verən daxili çəkişmələr, xarici müdaxilələr Onun uzaqgörən, müdrik siyasəti nəticəsində aradan qaldırıldı. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdinin qarşısının alınması ümummilli liderimizin dahi bir şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Uzaqgörən siyasəti, dünyada baş verən prosesləri dərk etmək bacarığı Azərbaycan xalqını yaranmış xaosdan, mənəvi-psixoloji sarsıntıdan, maddi çətinlikdən uzaqlaşdırdı. XX əsrin son on illiyində baş verən ictimai-siyasi proseslər xalqın həyat tərzinə, onun fiziki sağlamlığına böyük bir zərbə endirmişdir. İnsanlarda ruhi sarsıntılar, inam hissinin məhvi cəmiyyətin bütövlükdə uçuruma doğru yuvarlanacağını əks etdirirdi. Həmin illərdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı yaranmış mövcud halları qısa bir müddətdə aradan qaldırdı. Bizim hər birimiz o illərdə baş verən hadisələrin iştirakçısı olduğumuzdan Azərbaycanın başı üstünü almış dəhşətləri unuda bilmərik. Respublikanın həyatı gözümüz qarşısında canlanır. Heydər Əliyevin qayıdışı ilə bu hadisələrin qarşısına sədd çəkildi. Əgər bu tarixi gün olmasaydı, Azərbaycan bugünkü kimi inkişaf edə bilməzdi. Azərbaycan reallıqlarına görə 15 iyun tarixinə borcluyuq. 15 il ərzində Azərbaycanın, demək olar ki, bütün sahələri inkişaf etmişdir. Ölkədə aparılan islahatlar və quruculuq işləri tez bir zamanda Azərbaycanın müstəqil bir dövlət kimi özünü təsdiqləməsinə və dünya miqyasında yer tutmasına səbəb oldu. 15 iyun 1993-cü il tarixinə qədər Azərbaycan çox böyük problemlərlə qarşılaşdığından, mədəniyyət müəssisələri artıq dağıdılmağa başlamışdır. Bir çox sahələrin mütəxəssisləri kimi mədəniyyət işçilərinin də vəziyyəti kəskin hal almışdı. Acınacaqlı vəziyyətə düşmüş mədəniyyət müəssisələri yenidən qurulmağa, bərpa və təmir edilməyə başladı. Bu sahədə ümummilli liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Eləcə də, regionlarda böyük işlər görüldü. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı. Bu nöqteyi-nəzərdən Azərbaycan çox sürətlə inkişaf etməyə başladı. 1993-cü ildən gələcəyə ümid yox dərəcəsində idisə, qısa bir zamanda təfəkkürlərdə, milli düşüncələrdə dönüş yarandı.
ZÜMRÜD
Səs.- 2009.- 11 iyun.-
S. 12.