Dünyadakı maliyyə
böhranı Azərbaycanın turizm sektoruna təsir etməyib
Bu il turistlərin sayında 10-12 faiz artım
proqnozlaşdırılıb
Respublikamızda
turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi
nəticəsində ölkə daxilində həyata keçirilən
planlı layihələr öz nəticəsini verməkdədir. Ölkəmizin
mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin
Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin
müxtəlif növlərinin inkişaf etdirilməsi müasir turizm
infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər
görülməkdədir. Ölkə ərazisində turizm sahəsində
çoxsaylı beynəlxalq tədbirlər keçirilir və beynəlxalq
marşrutların miqyası isə genişlənmişdir. Regionlarının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə
Sərəncamların turizmə aid bəndlərinin icrasının təmin
olunması məqsədilə, Lənkəran şəhəri, Tovuz,
Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı
artıq bu gün öz nəticəsin verməkdədir.
Yeni
beynəlxalq turist marşrutlarının yaradılması çərçivəsində
Azərbaycanın rayonlarında Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında
məskən salmış və Azərbaycanın tarixində, mədəniyyətində
dərin iz qoymuş almanların yaşadığı ərazilərdə mədəni
turizm marşrutunun yaradılması, alman yaşayış məskənlərinə
aid abidələrin bərpa olunması, nümayiş obyekti kimi bu bölgədə
olan tarix - mədəniyyət abidələrinin bərpası və
turizm infrastrukturunun yaradılması məqsədilə səciyyələnir.
Respublikamızın
turizm imkanlarını təbliğ etmək məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Beynəlxalq
ölkələrdə keçirilən turizm sərgilərin coğrafiyası
genişlənmiş və Azərbaycan bu məzmunda olan 19 sərgidə
təmsil olunmuşdur: Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, London,
Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Tokio, Əl-Küveyt, Dubay, Kiyev,
Tbilisi, Bəhreyn, Daşkənd, Mahaçkala kimi şəhərlərdə
keçirilən Beynəlxalq Turizm Sərgilərində özünün
potensial gücünü göstərir. Bu sərgilərdə respublikamızda fəaliyyət
göstərən bir sıra turizm şirkətləri və mehmanxana
kompleksləri də təmsil olunur. Sərgilər zamanı
respublikamıza olan marağın ildən-ilə artmasının şahidi oluruq. Sərgidə
iştirak edən turizm şirkətləri sərgi zamanı xarici ölkələrin
turizm şirkətləri ilə danışıqlar aparır və əməkdaşlıq
haqqında müqavilələr imzalayır.
Görülən
bu işlərin nəticəsi olaraq, ölkəmizə gələn
turistlərin sayının ildən-ilə artması müşahidə olunur.
Ötən il respublikamıza xarici ölkələrdən
1 milyon 408 min turist gəlib. Bu, 2007-ci ildəki nəticədən
xeyli çoxdur. Dünyadakı maliyyə böhranının Azərbaycanın turizm sektoruna mənfi təsir etməyib və bu il turistlərin sayında 10-12 faizlik artım proqnozlaşdırlır.
Böyük turizm potensialına malik cənub bölgəsinə gələn
əcnəbi və yerli turistlərin sayının artacağı da gözlənilir. Cənub bölgəsində turizm mövsümü may ayının sonuncu həftəsindən başlayıb.
Masallı rayonundakı 26 turizm və istirahət mərkəzi turistləri
qəbul edib. Gözəl təbiəti, mineral suyu, mətbəxi həmişə
turistləri cəlb edib.
Ötən ilin statistikasına əsasən, rayona 17 minə yaxın turist gəlib. Bu il isə daha çox turistin
gələcəyi gözlənilir.
Kənd evlərində
yaşamağa üstünlük verən turistlər də az
deyil. Belə olan halda onlar İsi və
Şıxlar kəndlərində
qala bilərlər.
Burada hər bir şəraiti
olan istirahət məkanları istifadəyə
verilir. İstirahət mərkəzlərində qiymətlər ötən ildəkindən xeyli aşağıdır. İkinəfərlik kottecin qiyməti
20-40 manat arasında dəyişir. Masallıya gələn qonaqların
burada istirahətini təşkil etməklə onların müalicə edilməsinə də lazımi şərait yaradılmışdar.
Builki mövsümdə Lerikə də turist axınının çox olacağı
proqnozlaşdırılıb. Rayondakı istirahət
mərkəzləri gün
ərzində 600 nəfərdən
yuxarı qonaq qəbul etmək imkanına malikdir. Bu il xidmət
sahələri genişləndirilib.
Uşaqların istirahəti nəzərə
alınmaqla onlar üçün xüsusi olaraq
əyləncə kompleksləri
salınıb. İstirahət obyektlərinin bəziləri
müştərilərini sürətli
internet xidməti ilə
də təmin edir. Qiymətlər 50 manatla 150 manat
arasında dəyişir və bu da
ötənilki qiymətlərlə
müqayisədə aşağıdır.
Lerikdə istirahətə
üstünlük verənlər
rayonun tarixi abidələri, qala və mağaraları ilə də
İstirahət guşələrinin müasir texnologiyaya uyğun olaraq qurulması, turist axının Azərbaycana
cəlb olunmasını təmin edir. Bu da ölkənin büdcəsinə axan gəlirin əsas hissələrindən birini
təşkil edir.
Müəllif: Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2009.- 19 iyun.- S. 10.