18 İyun Milli
İnsan Hüquqları Günüdür
Elmira Süleymanova:
“İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”
Məlum olduğu kimi, hər il iyunun 18-i Milli İnsan Hüquqları
Günü kimi qeyd olunur. Azərbaycanda
Milli İnsan Hüquqları Günü kimi qeyd olunması
ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayıb. Ombudsman Elmira Süleymanova
bu tarixi günlə bağlı açıqlamasında bildirdi ki, ulu öndərimiz
Heydər Əliyev
1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nı təsdiq
edib. 18 İyun Milli İnsan Hüquqları
gününün birilliyi çərçivəsində
ombudsman tərəfindən
mayın 19-dan iyunun 18-dək insan hüquqları aylığı elan edilib:
- Bəşər sivilizasiyasının
keçdiyi tarixi inkişaf mərhələlərinin
son nəticədə
qazandığı ən böyük nailiyyətlərdən
biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini
sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli
dövlət qurduğunu elan edən hər bir dövlət
dünya birliyində özünə layiq yer tutmaq istəyirsə,
o, ilk növbədə,
öz ölkəsində insan və vətəndaş
hüquqlarının, azadlıqlarının
hərtərəfli qorunmasını
təmin etməli,
bu hüquq və azadlıqların sərbəst şəkildə
və məhdudlaşdırılmadan
həyata keçirilməsi
üçün şərait yaratmalıdır.
BMT-nin Baş Məclisi tərəfindən 60 il bundan əvvəl 1948-ci il dekabrın 10-da Parisdə qəbul edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” preambuladan və 30 maddədən ibarətdir.
Ümumi Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün
əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin
inkişaf etdirilməsinin
zəruriliyini, üzv dövlətlərin Birləşmiş
Millətlər Təşkilatı
ilə əməkdaşlıqda
insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə
və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini
nəzərdə tutur.
Ümumi Bəyannamədə
elan edilir ki, “bəşər nəslinin bütün üzvlərinə mənsub olan bərabər və ayrılmaz hüquqların tanınması azadlıq,
ədalət və ümumi sülh üçün
əsasdır”.
Bu gün ölkəmizdə
ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı həyata keçirilməyə
başlamış və respublikamızda, ilk dəfə olaraq, üçpilləli məhkəmə
sistemi yaradılmışdır. Hazırda da bu islahatlar
ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilir. 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası
ləğv edilmiş, ümummilli liderin humanistliyi bütün dünyada bir daha
təsdiqlənmişdir. Ölkəmizdə
insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci
il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində
tədbirlər haqqında”
fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” mühüm rol oynamışdır. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş
və dərinləşmişdir.
Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi
mötəbər beynəlxalq
təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində
Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü,
çevik və müdrik daxili və
xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.
Ölkəmizdə insan,
vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu
gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü
tədbirlərin həyata
keçirilməsi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli
sərəncamı ilə
“Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Həmin sərəncamda qeyd
edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində
səylərin gücləndirilməsi
dövlət siyasətinin
əsas istiqamətlərindən
biridir. Həmçinin,
ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının
18-nin Azərbaycan Respublikasında
insan hüquqları günü kimi qeyd
edilməsi qərara alınmışdır.
Ölkəmizdə insan,
vətəndaş hüquq və azadlıqlarının qorunması işinin təkmilləşdirilməsi bu
gün də davam edir. Respublikamızda insan,
vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə
müdafiəsini təmin
etmək məqsədilə
28 dekabr 2001-ci ildə
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən “Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmizdə ilk dəfə olaraq ombudsman təsisatı yaradılmışdır və hazırda bu institut
səmərəli fəaliyyət
göstərir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının
müdafiəsi sahəsində
səylərin gücləndirilməsi
dövlət siyasətinin
əsas istiqamətlərindən
biri kimi müəyyən edilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev andiçmə mərasimindəki
nitqində demişdir: “Azərbaycan son beş ildə bölgədə
öz mövqelərini daha da möhkəmləndirmişdir.
Azərbaycanda dövlət
quruculuğu prosesi sürətlə getmişdir. Müstəqilliyimiz möhkəmlənmişdir.
Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla aparılır. Demokratikləşmə
prosesi uğurla gedir”.
Dövlət başçısının bu sözləri, eyni dərəcədə,
ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasına da aiddir.
Müəllif: RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 19 iyun.- S. 9.