Baş Prokurorluqda insan vətəndaş hüquq azalıqlarının qorunmasına dair dəyirmi masa keçirilib

 

Dünən Baş Prokurorluğun Kadrlar İdarəsinin Tədris Mərkəzindəİnsan vətəndaş hüquq azadlıqlarının qorunması Azərbaycan Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətidirmövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan baş prokurorun birinci müavini Rüstəm Usubov, 1993-cü ilin ikinci yarısından etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi dünyəvi dövlət quruculuğu istiqamətində atılan addımların, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquq islahatlarının insan hüquq azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmasını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd edilməsini xüsusi diqqətə çatdırıb.

Seminarda iştirak edən Azərbaycan Respublikası Milli Məclisi Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasov, şöbə rəisləri Eldar Əfəndiyev Natiq Hüseynov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı iləAzərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinin respublikamızda insan hüquq azadlıqlarının müdafiəsi, demokratiyanın qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələ olmasını qeyd etmiş, eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğunda insan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə seminar iştirakçılarını maraqlandıran suallara cavab verilib.

 

 

Mətləb

 

Səs.- 2009.- 19 iyun .- S. 3.