Qlobal böhran
şəraitində Azərbaycanın
kompleks inkişaf proqramı
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2009-2013) qlobal
böhran şəraitində Azərbaycanın davamlı və
tarazlı inkişafını təmin edəcək
Qlobal iqtisadi böhran
şəraitində iqtisadi inkişaf tempini saxlamaq və sosial
proqramların icrasını davam etdirmək bir çox
ölkələr üçün mühüm problemə
çevrilib. Sevindirici haldır ki, Azərbaycan belə ölkələrdən
deyil. 2008-ci ilin birinci rübünün yekunları da göstərdi
ki, qlobal böhran ölkəmizin iqtisadiyyatı, əhalinin
sosial müdafiəsi üçün problem yaratmayıb. Ölkəmizin hərtərəfli
inkişafını təmin
edən iqtisadi siyasət uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008) həyata
keçirildiyi son 5 ildə mühüm uğurla əldə olunub. Proqramın növbəti mərhələsi
isə, ölkə iqtisadiyyatının kompleks
inkişafını təmin
edəcək.
“Regionların sosial-iqtisadi inkişafı Dovlət Proqramı”nın qəbulu ilə regional inkişaf iqtisadi siyasətin əsas hədəfinə çevrilib,
dövlət büdcəsindən
maliyyələşdirilən proqramlarda regionların xüsusi çəkisi ildən-ilə artıb.
Qeyd etmək
lazımdır ki, təkcə son 5 ildə iqtisadiyyat 2,6 dəfə
artıb, adambaşına düşən gəlir 5500 dollara
çatıb. Sənaye istehsalı isə 3,7 dəfə
artıb. Bunun nəticəsində 750 mindən artıq yeni
iş yeri açılıb ki, bunların da 550 mindən
çoxu daimidir.
Həyata
keçirilmiş tədbirlər nəticəsində ölkədə
yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib. Bu sahədə
Azərbaycan qısa zamanda belə sürətli irəliləyişə
nail olan yeganə ölkədir. Uğurlu neft strategiyası və
iqtisadi islahatlar nəticəsində büdcə xərcləri
12 dəfədən çox artıb. Azərbaycanın
strateji valyuta ehtiyatlarının həcmi 18 milyard dollardan
artıqdır.
Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, iqtisadi göstəricilər təkcə rəqəmlərdə
deyil, insanların gündəlik həyatında da
özünü göstərir. Son 5 ildə minimum əməkhaqqı
8,3 dəfə, minimum pensiya təxminən 4 dəfə
artıb.
Prezident İlham Əliyev
minimum əməkhaqlarının ildə ən azı 2 dəfə
artırılmasını qarşıya ən ümdə məqsədlərdən
biri kimi qoyub. Bu onunla əsaslandırılır ki, ölkəmiz
böyük iqtisadi potensiala malikdir. Zəngin təbii
resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi
qüdrətinin gündən-günə artmasına
mühüm zəmin yaradır ki, bu da, ilk növbədə,
maliyyə imkanlarının genişlənməsinə və
uğurlu sosial siyasətin həyata keçirilməsinə
öz müsbət təsirini göstərir.
Reallıq odur ki, Azərbaycan
hazırda ümummilli lider Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının uğurlarını
yaşayır. Böyük neft-qaz layihələrinin əsas
iştirakçısı və təşəbbüsçüsü
olan ölkəmiz hazırda dünyada iqtisadiyyatı sürətlə
inkişaf edən dövlət kimi tanınır.
Beynəlxalq maliyyə
qurumları mütəmadi olaraq açıqladıqları
hesabatlarında Azərbaycanın ÜDM istehsalının həcminə
görə dünyada öncül yerdə dayanmasını
düzgün qurulan iqtisadi siyasət, neft və qaz
istehsalının ildən-ilə artması ilə əlaqələndirirlər.
Dövlət
başçısı çıxışlarında bu fikri
hər zaman bildirir ki, neft-qaz amili bu gün və gələcəkdə
ölkəmizin inkişafı üçün öz müsbət
rolunu oynayacaq. Amma əsas vəzifə iqtisadiyyatın
inkişafının neft amilindən
asılılığını azaltmaq, qeyri-neft sektorunun
inkişafını sürətləndirməkdir. Bunun
üçün neft gəlirlərindən səmərəli
istifadənin vacibliyi önə çəkilir. Məhz bu səbəbdən
Dövlət Neft Fondunda toplanan vəsaitlərin böyük əksəriyyəti
qeyri-neft sektorunun inkişafına yönəldilir.
2008-ci ilin dünyada
tüğyan edən iqtisadi böhranla mübarizə şəraitində
keçməsinə baxmayaraq, ölkəmizdə dinamik
inkişaf davam edir. Qlobal böhranın ölkəmizə təsirini
neytrallaşdırmaq üçün Prezident İlham Əliyevin
müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası,
buna müvafiq olaraq görülən tədbirlər hökumətin
iqtisadi fəaliyyətinin əsasını təşkil edib. Bunun
nəticəsidir ki, ötən il iqtisadiyyatın əsas
göstəricisi olan ümumi daxili məhsul 10,8 faiz artıb. Bununla
da ölkəmiz iqtisadi artım sürətinə görə
lider dövlətlər sırasında yüksək
mövqeyini qoruyub saxlayıb.
Düzdür, ümumi
daxili məhsulda neftin xüsusi çəkisi gözəçarpacaq
qədərdir. Amma regionların göstəricilərinə nəzər
yetirsək, görərik ki, əksər rayonlarda iqtisadi
artım 2 dəfədən çox olub. Bundan başqa,
qeyri-neft sektorunda artım tempi 14 faiz təşkil edib ki, bu da
ümumi iqtisadi artım tempindən çoxdur.
“Azərbaycan xalqı
daha yaxşı yaşamalıdır” deyən dövlət
başçısı bunun üçün iqtisadi
imkanların mövcudluğunu diqqətə
çatdırır. Minimum əmək haqqının və
pensiyaların artırılmasının artıq ənənəyə
çevrildiyini xüsusi vurğulayan Prezident İlham Əliyev
insanların daha yaxşı yaşaması və öz tələbatlarını
yüksək səviyyədə ödəmələri
üçün bu addımların davamlı olacağını
qeyd edir.
Azərbaycanın
bugünkü iqtisadi qüdrətini və maliyyə
imkanlarını önə çəkən beynəlxalq
maliyyə qurumları bildirirlər ki, ölkəmiz heç
bir yardıma ehtiyacı olmadan mövcud problemlərini həll
etməyə qadirdir.
Cari ilin ilk
rübünün yekunları ilə bağlı hökumətin
iclasında Prezident İlham Əliyev diqqəti hazırda
bölgədə, ümumilikdə dünyada işsizlik və
yoxsulluğun ən böyük problemə çevrilməsinə
yönəldərək, bildirdi ki, ölkəmizdə qeyd
olunan istiqamətlərdə mühüm uğurlar əldə
olunub. Dövlət başçısı qeyd etdi ki,
bütün bunlar həyata keçirilən uğurlu iqtisadi
siyasətin nəticəsidir.
Ekspertlərin fikrincə,
Azərbaycanın uğurlu gələcək
inkişafını təmin etmək üçün
böyük investisiyalar qoyulmalı, infrastruktur layihələri
davam etdirilməlidir. Azərbaycanda sabitliyin, normal biznes
mühitinin mövcudluğu investisiya axınına öz
müsbət təsirini göstərir.
Qeyd edək ki, son 10 ildə
ölkə iqtitsadiyyatına 42 milyard dollar investisiya qoyulub ki,
bunun da 30 milyarddan çoxu son 5 ilin payına düşür.
Xüsusi vurğulanmalıdır ki, daxili investisiyaların həcmi
getdikcə artır. Bu, o deməkdir ki, ölkədə
sahibkarlıq inkişaf edir, yerli biznes üçün hər
cür şərait var.
Ölkənin tarzlı
inkişafını, iqtisadiyyatın qeyri-neft sektorunun tərəqqisini
təmin etmək üçün həyata keçirilən
dövlət proqramları bu məqsədə nail olmağa
imkan verir. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı növbəti Dövlət Proqramı isə,
ölkənin bütün bölgələrinin sürətli
inkişafına nail olmağa xidmət edəcək.
Bu gün hər bir
ölkə vətəndaşı bu Dövlət
Proqramının real nəticələrini öz gündəlik
həyatında hiss edir. Dövlət Proqramında əksini
tapan vəzifələrin uğurla icrası Azərbaycanın
daha da qüdrətlənməsi üçün böyük
imkanlar açacaq.
Elçin Bayramlı
Səs.- 2009.- 5 may.- S. 10.