“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” ikicildlik
kitabın elektron versiyasının təqdimatı
keçirildi
Dünən M.F.Axundov
adına Milli Kitabxanada Mədəniyyət və Turizm
Nazirliyinin növbəti layihəsi olan “Prezident İlham Əliyev
və mədəniyyət (2003-2008)” ikicildlik kitabın elektron
versiyasının təqdimat mərasimi keçirildi.
İkicildlik kitab 2008-ci ilin oktyabr ayında geniş ictimaiyyətin
və mütəxəssislərin ixtiyarına verilmişdir.
Respublikanın, habelə,
xaricdəki təşkilatlardan, kitabxanalardan nazirliyə daxil
olan çoxsaylı müraciətləri nəzərə
alaraq, 2009-cu ildə kitabın elektron versiyası
hazırlanmışdır. Kitabın I cildində Prezident
İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət
xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət
müəssisələrində olan zaman çıxış
və tövsiyələri, müsahibələri öz əksini
tapmışdır.
Kitabın II cildində
Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə
göndərdiyi təbriklər, mədəniyyət sahəsində
imzaladığı fərman, sərəncam və qanunlar,
habelə, mədəniyyət, ədəbiyyat, tarixi-mədəni
irs və milli-mənəvi dəyərlər haqqında fikirləri
öz əksini tapmışdır. Kitabın hər iki cildində
Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə
əlaqədar fotoşəkilləri verilmişdir.
Elektron kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya
Mərkəzində hazırlanmışdır. Elektron
kitabın hazırlanmasında AzərTac-ın
materiallarıdan istifadə edilmişdir. Layihənin rəhbəri
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva,
Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova
və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhəteiləri
professor Teymur Əhmədov və hüquq elmləri namizədi
Əli Eyvazovdur.
Tədbiri milli
kitabxananın direktoru Kərim Tahirov açaraq, cənab
Prezident İlham Əliyevin mədəniyyət sahəsində
imzaladığı qanun və sərəncamların mədəniyyət
işçiləri üçün əhəmiyyətindən
danışdı. Daha sonra Azərbaycan Respublikasının mədəniyyət
və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva
giriş sözündə kitabın ictimaiyyət və
mütəxəssislər arasında geniş maraq
yaratdığını, bu səbəbdən elektron versiyasının
hazırlanaraq kitabxanaların internet saytlarında yerləşdirilməsinin
məqsədəuyğun olduğunu qeyd etdi. Milli Məclisin
üzvü Aydın Mirzəzadə ölkə
başçısının son illərdə
apardığı uğurlu siyasəti vurğuladı. Daha
sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq
yazıçısı Milli Kitabxananın Məsləhət
Şurasının sədri Çingiz Abdullayev öz
çıxışında qeyd etdi ki, heç bir ölkədə
yaradıcı, xüsusən də, mədəniyyət
adamlarına ölkə başçısı tərəfindən
bu qədər diqqət və qayğı göstərilmir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin belə
diqqəti mədəniyyət işçilərinə
qayğının bariz nümunəsidir. Azərbaycan
kitabxanaçılarının ağsaqqalı, əməkdar
elm xadimi, professor Abuzər Xələfov öz
çıxışında son dövrdə kitabxana siyasətinin
uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin
böyük xidmətlərindən bəhs etdi.
Təqdim edilən
elektron kitab Üzeyir Hacıbəyovun “Koroğlu”
operasının uvertürası ilə müşahidə
edildi.
“Prezident İlham Əliyev
və mədəniyyət (2003-2008)” elektron kitabın
bütün oxucuların istifadəsinə təqdim etmək məqsədilə
M.F.Axundov adına Milli Kitabxananın və C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının
Veb-saytlarında (anl.az http://ni.a/.) “Elektron kitabxana”
bölməsində yerləşdirilmişdir.
Təqdimat mərasimində
“Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)” ikicildlik kitabın hazırlanmasında xüsusi xidmətləri
olan mütəxəssislərə, habelə,
kitabxana-informasiya sahəsində fəallıq və təşəbbüskarlıqları
ilə seçilən respublikanın şəhər (rayon)
kitabxanalarının rəhbərlərinə nazirliyin Fəxri
Fərmanı da təqdim olundu. Bundan başqa, təqdimat mərasiminin
sonunda kitabxana-informasiya sahəsində ictimai fəallıq, təşəbbüskarlıq
və səmərəli fəaliyyətinə görə bir
sıra qadın-kitabxana rəhbərləri nazirliyin Fəxri
Fərmanı ilə təltif olundu.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2009.- 6 may.- S. 6.