Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
istiqamətində tədbir keçirilir
Dünən Badamdar qəsəbəsindəki
239 saylı orta məktəbdə Səbail rayon icra hakimiyyəti
və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda
kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci
il tarixli, 2106 saylı sərancamının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 22 dekbar 2008-ci il tarixli qərarı
ilə təsdiq edilmiş məktəb
kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə
və müasir informasiya texnologiyaları ilə təchizatına
dair tədbirlər planının icrasına həsr
olunmuş tədbir keçirildi.
Qeyd edim ki, tədbirdə
orta məktəb direktorları, məktəb
kitabxanaçıları, qəsəbə
kitabxanasının rəhbərləri, Bakı şəhər
təhsil idarəsinin, Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin nümayəndələri və
b. iştirak edirdilər. Tədbiri giriş sözü ilə
Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov
açaraq bildirdi ki, kitabxanalara olan maraq məktəblilərin
sərbəst fikir mübadiləsinə müsbət təsir
göstərir. Kitabın ciddi bir varlıq olduğundan gənclər
ona maraq göstərməlidir. Aparılan sorğular nəticəsində
verilən elementar suallara gənclik cavab vermir. Lakin bu hər kəsə
şamil olunmur. Əlifbanın dəyişdirilməsi ilə əlaqədar
bir sıra çətinliklər yaransa da, tezliklə bu
problemin tamamilə aradan qalxacağına şübhə
edilmir. Ölkə Prezidenti tərəfindən bu sahədə
önəmli addımlar atılmışdır. Məktəb
kitabxanalarında maddi-texniki bazanın möhkəmləndirilməsi
istiqamətində müəyyən işlər
görülüb. Lakin bununla belə, kitabxanalarda
oxucuların sayı yetərincə deyil.
Tədbirdə
çıxış edən “Azərbaycan” qəzetinin baş
redaktoru, millət vəkili Bəxtiyar Sadıxov, belə bir tədbirin
rayon miqyasında keçirilməsini təqdirəlayiq bir hal
kimi qiymətləndirdi. O, kitabla insan arasında olan 3 məqamı
xatırlatdı: kitabın özü, onu oxuyan, oxuyanla onun
arasındakı körpü. O, qeyd etdi ki, bu gün
çox ağıllı gənclik yetişir. Onların
vətənpərvər ruhda böyüməsinə
mütaliə müsbət təsir göstərir. O, gənclik
illərinə qayıdaraq, o vaxtkı gəncliyin kitablara necə
maraq göstərdiyini qeyd etdi. Bu gün yaxşı mənada
kitablara müraciət etmək üçün hansı
metodlardan istifadə olunmasını bildirdi.
Tədbirdə
çıxış edən 239 saylı məktəb
kitabxanasının müdiri Kifayət Cəfərova qeyd
etdi ki, kitabxana yetərincə bədii ədəbiyyatla
təmin olunub. Orta məktəb üçün
uşaqların sinifdən xaric oxu dərslikləri
alınıb. K.Cəfərova bildirdi ki, birinci sinif dərsliklərinə
köklü şəkildə dəyişikliklər
edilib. Bu da kiçik yaşlı uşaqların dərslikləri
daha yaxşı mənimsəməsinə müsbət təsir
göstərir. Lakin bununla belə, kitabxana şəraiti
ilə bağlı problemlərin olduğunu bildirdi. O, qeyd etdi
ki, kitabxananın təmir olunmasına ehtiyac var. N.Nərimanov
adına kütləvi kitabxananın direktoru Arzu Soltan qeyd
etdi ki, məktəblilərin kitaba cəlb olunması
üçün onların maraqları nəzərə
alınmalıdır. Onlara verilən tapşırıqlar əsasında
araşdırmalar aparılmalıdır. Müasir dövrdə
internet saytına maraq göstərən şagirdləri
kitaba marağından uzaq salır. O, bu gün uşaqların
savadının artırılması, onların
dünyagörüşünün genişlənməsində
müəllimlərin üzərinə böyük vəzifə
düşdüyünü qeyd etdi. Kitabların 70-80 faizinin
kiril əlifbası ilə olduğundan onların maariflənməsinə
çətinlik törədən səbəblərdən biri
olduğunu vurğuladı. Kitabxanaların böyük
texnologiya təchizatına ehtiyac olduğunu qeyd etdi.
Nazirlər Kabinetinin mətbuat
katibi Akif Əliyev, həqiqətən də, bugünkü məktəblilərin
mütaliəyə fikir verməsi çox önəmlidir.
Mütaliə siyasətin, mədəniyyətin tərkib hissəsidir.
Kitabların təbliğ olunmasında müəllimlərin
rolu böyükdür. Bu gün milyonlarla kitab çap olunub.
Yeni nəslin təlim-tərbiyəsində müəllimlər
qayğı göstərməlidir. Kitablar isanların
şəxsiyyət kimi yetişməsində, onun vətənpərvərlik
ruhunda böyüməsinə müsbət təsir göstərir.
Kitablar insanların maariflənməsinə, onun
formalaşmasına, düzgün yol seçməsinə
kömək edir. Bu gün uşaqların internetlə məşğul
olmasına sədd çəkmək düzgün olmazdı. Çünki
onların müxtəlif maraqları vardır. Lakin onların
Azərbaycan dövlətində bir vətəndaş kimi
yetişməsində, fərd kimi formalaşmasında rolu
böyükdür.
“ Göyərçin”
jurnalının baş redaktoru Rafiq Yusifoğlu, “Azərbaycan”
məktəbi jurnalının baş redaktoru Nəcəf Nəcəfov,
Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 160
saylı Klassik gimnaziyanın direktoru Fainə Ələkbərova
və b. çıxış edərək, müəyyən
təkliflər irəli sürərək, öz
düşüncə və mövqeyindən yanaşdılar.
Uşaqların maarifləndirilməsinə, onların
kitablxanalara cəlb olunmasına təcrübələrinə
əsaslanaraq fikirlərini bölüşdülər.
ZÜMRÜD
Səs.- 2009.- 7 may.- S. 11.