Tehranda XXII Beynəlxalq kitab sərgisi

 

Tehranda keçirilən XXII Beynəlxalq kitab sərgisində Azərbaycan Respublikasına aid bölmədə nümayiş etdirilən nəşriyyat - poliqrafiya məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Bölmədə ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən kitablar, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair yeni nəşrlər, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə aid dəyərli kitablar və digər qiymətli əsərlər nümayiş olunur. Sərgiyə Azərbaycanın İrandakı səfirliyi tərəfindən xeyli kitab, jurnal və bukletlər hədiyyə edilmişdir.

Mayın 16-dək davam edəcək sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Şərif Ağayarov və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nümayəndəsi Pərvanə Qurbanova təmsil edirlər.

 

 

Zümrüd

 

Səs.- 2009.- 13 may.- S. 12.