Heydər Əliyevin xatirəsinə həsr olunmuş
müsabiqə keçirilib
Azərbaycan Dillər
Universitetinin fransız dili fakültəsində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümünə həsr olunan “Mən nəyi bilirəm?”
mövzusunda müsabiqə keçirilib.
ADU-nin mətbuat xidmətindən
SİA-ya verilən xəbərə əsasən, müsabiqədə
ADU-nin fransız dili fakültəsinin dekanı, filologiya elmləri
namizədi Sevda Vahabova, elmi işlər və beynəlxalq əlaqələr
üzrə dekan müavini Gülnarə Sadıqova, tədris
işləri üzrə müavin Rəfiqə
Mürşüdova, fransız dilinin nitq praktikası
kafedrasının müəllimi Deni Menie və Fransız dili
fakültəsinin müəllim-tələbə heyəti
iştirak edib. Müsabiqənin məqsədi Fransanın
sivilizasiyası, mədəniyyəti haqqında tələbələrin
hansı biliklərə malik olduqlarını öyrənmək
və onların gələcəkdə keçiriləcək
universitetlərarası müsabiqələrdə
iştiraklarını təmin etməkdir. Fransız dilinin
leksikologiyası və üslubiyyatı kafedrasının və
dosent Gülnarə Sadıxovanın təşkilatçılığı
ilə keçirilən müsabiqədə fakültə tələbələrindən
ibarət 6-Liberte (Azadlıq), Mirakl (Möcüzə), Archange
(Baş mələk), Louvre (Luvr muzeyi), Anges (mələk), le
Fantöme (Kabus) adlı komandalar yarışıb.
Qalib tələbələr
Fransanın Azərbaycandakı səfiliyindən ADU-ya hədiyyə
olunan 10 ədəd “Le Rober” izahlı lüğəti ilə
mükafatlandırılıb. İntellektual
yarışmanın sonunda isə Mirakl komandası qalib
seçilərək Fransanın universitetə hədiyyə
etdiyi “La Rober” izahlı lüğətə sahib olub.
Səs.-2009.-19 may.-S.4.