Laçının işğalından 17 il
keçir
İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb
İşğal altında
olan Laçın rayonunun ermənilərin əlinə keçməsindən
17 il ötür.
1992-ci il mayın 17-də erməni işğalçıları rayonun
yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı
öz yurdundan didərgin düşüb.
YAP Laçın
rayon təşkilatının
sədri, millət vəkili Sevindik Hətəmov rayonun işğal tarixçəsi
ilə bağlı məlumat verərək bildirdi ki, 1992-ci il may ayının
16-dan 17-nə keçən
gecə Şuşa şəhərinin Turşsu
deyilən ərazisindən
və Ermənistanın
Gorus rayonu istiqamətindən
hücuma keçən
erməni ordusu Laçının ətrafında
yerləşən rayon
və yaşayış
məntəqələrini işğal
edən erməni silahlı qüvvələri
intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə
tutdular: “Qeyd edim ki, rayonun işğalını
reallaşdıran düşmən
qüvvələrinin böyük
hissəsi Laçın
dəhlizi vasitəsi ilə daxil olub. Onu da
bildirmək istərdim
ki, Laçın işğal olunmamışdan
bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin
böyük əksəriyyəti
cəbhə bölgəsini
tərk etdi. Mayın 17-də qoşun təmiz çıxmışdı”.
S.Hətəmov
onu da bildirdi
ki, Laçından və ətraf rayonlardan çıxarılan
silahlı qüvvələrin
əksəriyyəti Bakıda
baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki
mövqelərimizi nəzarətsiz
qoymuşdu. Nəticədə, ardıcıl işğal
olunan rayonlarımızın
sırasına Laçın
da qoşulmuşdu: “Əhəmiyyətli geostrateji
mövqeyə malik olan Laçının işğalı Azərbaycan
iqtisaidiyyatına ciddi
ziyan vurub. 1835 kvadratkilometr ərazisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb.
Qeyd edək ki, 63 minə yaxın əhalisi olan rayonun 122 kəndi var idi. Erməni silahlı qüvvələrinin
işğalı nəticəsində
burada 30-dan artıq mədəniyyət və
tarixi abidə dağıdıldı. Bundan
başqa, düşmən
rayonun yüngül sənaye mərkəzlərini,
kənd təsərrüfatı
sahalərini yararsız
hala saldı.
YAP Laçın
rayon təşkilatının
sədri onu da qeyd etdi
ki, əgər
1993-cü ildə ümummilli
liderimiz Heydər Əliyev hakimiyyətə
gəlməsəydi, Azərbaycanda
vətəndaş müharibəsi
qaçılmaz olacaqdı.
Azərbaycan ərazisində
5-6 etnik dövlətin
yaradılması planları
var idi: “Şimalda ləzgi, şimal-qərbdə avar, cənubda talış,
cənub-qərbdə
kürd dövlətləri
və s. Azərbaycan yalnız Bakı və Şirvan quberniyasından ibarət olaraq qalmalı idi. 20 faiz torpaqlarımızan
erməni işğalçılarının
tapdağı altında
olmasının səbəbi
hakimiyyət iddiasında
olan o zamankı
səriştəsiz rəhbərlərin
siyasi maraqları idi. İstər Şuşa, istər Laçın və istərsə də digər işğal olunan rayonlarımız, məhz
həmin səriştəsiz
rəhbərlərin şəxsi
ambisiyalarının və
siyasi maraqlarının
qurbanı oldu”.
S.Hətəmov
Laçının zəngin
təbii sərvətlərindən
danışaraq bildirdi
ki, rayonunda Turşsu, Qaladərəsi,
Ağanus, Xırmanlar,
Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı,
Hacıxanlı kimi müalicəvi əhəmiyyətli
bulaqları mövcud idi. Rayonda ümumi ehtiyatları
1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq),
ehtiyatları 4457 min ton olan və
əhəng istehsalına
yararlı Laçın
əhəngdaşı, ehtiyatları
2533 min kubmetr olan və istismara
cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş
əhəngdaşı, ümumi
ehtiyatları 5125 min kubmetr olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları
998 min kubmetr olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min kubmetr olan
Quşçu pemza, ehtiyatları 15794 min kubmetr olan Yuxarı
Həkəriçay qum-çınqıl qarışığı,
ehtiyatları 10 ton əqiq və 0,9 ton olan 2 əlvan
bəzək daşı,
ümumi ehtiyatları
10449 min ton olan 3 vulkan külü,
istismar ehtiyatları
430 min kubmetr gün olan Minkənd
mineral su yataqları vardır: “Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı
da hal-hazırda
işğal altındadır.
Ümumi sahəsi 240 hektar olan qoruqda
68 növdən və
27 ailədən ibarət
bitki örtüyü
vardır. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq
və artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının
ərazisində cüyür,
qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna
növləri məskunlaşıb.
1989-cu ildə yasaqlıqda
aparılan yoxlama zamanı dağ-keçisi
(bezoar keçisi) 96, qaban 360, cüyür
320, ayı 110 baş,
eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul
200, kəklik 1500 baş
və s. quşlar qeydə alınmışdır. Yasaqlığın
ərazisindəki Hacışamlı
meşəsində dünyada
ən qiymətli növ olan qırmızı
palıd (qızıl
palıd) vardır. Həmin ağacın materialından qiymətli mebel və xüsusən
konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində
istifadə edilirdi. Bu ağac Azərbaycanda
yalnız həmin yasaqlıqda yayılmışdır.
Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da
meşə ilə örtülü sahəsi
26647 hektar idi. Meşələrdə şam,
palıd, vələs,
göyrüş, ağcaqayın,
qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük
təşkil edirdi.
RƏFİQƏ KAMALQIZI
Səs.-2009.-19 may.-S.6.