Muzeylər gecəsiadı altında aksiya keçirildi

 

Fransa Respublikasının Mədəniyyət Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündəMuzeylər gecəsiadı altında aksiya keçirilir. “Muzeylər gecəsibu il AzərbaycandaMuzey Turizmdevizi altında geniş qeyd olunacaq. Son illər Azərbaycan turizmi gözə çarpacaq şəkildə inkişaf etmişdir. Dünyanın hər tərəfindən ölkəmizə yüz minlərlə turist axışır.

Turizmi mədəniyyət xəzinəsi sayılan muzeylərsiz təsəvvür etmək çətindir. Muzeylərin əsas vəzifəsi əşyaların eksponatların sadəcə qorunub öyrənilməsi deyil, həm onu təbliğ etməkdən ibarətdir. Turizm inkişaf etdikcə muzeylərimizdə bir canlanma, oyanış hiss olunur. Buna görə muzeylərdə müxtəlif maraqlı turlar, proqramlar təşkil olunur. Bu məqsədlə Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı KompleksiDövlət Tarixi-Memarlıq Qoruq - Muzeyi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Səməd Vurğunun ev-muzeyi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold Mstislav Rostropoviçlərin ev-muzeyiMuzey Turizmdevizi altında tur keçirir. Bu turda iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə Əmək Əlilləri pansionatında yaşayan qocalar, Nizami rayonu 1 saylı Xətai rayonu 3 saylı uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar dəvət olunur. Bu tədbirdə iştirakçılaraTariximizə Mədəniyyətimizə səyahətmövzusunda ekskursiyalar, müxtəlif mövzulu sərgilər, əyləncəli oyunlar, konsert proqramları, yemək süfrəsi hədiyyələr təqdim olunur.

Muzey Turizmdevizi altında geniş tədbirin açılış mərasimi Muzey Mərkəzinin qarşısında keçirildi. Həmin günMemarlıq abidələrimiz Azərbaycan Memarlarının gözü ilə”, “Teatr xalqımızın böyük sərvətidir”, Ulu öndərimizXalqımızın qayğıkeş atası”, “Qobustan pirləriadlı sərgilər təşkil edilmişdir. Halay vuraq, yallı gedəkyallı rəqsinin muzey əməkdaşları iştirakçılarla birgə ifasıtəqdim olundu, “İrsfolklor ansamblı, “Ritmlərin ahəngi”, “Musiqimizi yaşadaq”, “Azərbaycan klassik musiqisinin inciləri”, “Muğamın sehrində”, Qədim musiqi alətləri ansamblının konsert proqramları Tıq-tıq xanımnağıl-tamaşası göstərildi, “Bahar istəklimsən....” xalq şairi Səməd Vurğunun şerlərindən parçalar səsləndirildi. MərasimdəOyunlar aləmindəbölümündə isə müxtəlif xalq oyunları təşkil olunmuşdu. İştirakçılar xalçalar fonunda milli geyimlərdə şəkil çəkdirmək imkanınə əldə edə bildilər. Muzeylər gecəsində respublikamızın bir çox muzeylərində rəngarəng tədbirlər həyata keçirildi. Belə ki, Azərbaycan Tarixi Muzeyində Qədim Musiqi Alətlər Ansamblının konserti, Musiqi Mədəniyyəti Dövlət MuzeyindəMuğamın sehrindəkompozisiyası, Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət MuzeyindəUlu öndərimiz xalqımızın qayğıkeş atasıadlı sərgi konsert, Azərbaycan İstiqlal MuzeyindəTeatr xalqımızın sərvətidirsərgi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyindəMuzeylər gecəsitədbiri, Dövlət Uşaq Filarmoniyasındaİrsfolklor ansamblının konserti s. keçirildi.

 

 

Səs.-2009.-19 may.-S.12.