18 may Beynəlxalq Muzeylər Günü qeyd olundu

 

Dünən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 18 may Beynəlxalq Muzeylər Günü qeyd olundu. 2009-cu ilinUşaq ilielan edilməsi milli sərvətimiz dünya mədəniyyətinin tərkib hissəsi olan muğamın YUNESKO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasını nəzərə alan muzey tədbiri məhz bu iki istiqamət üzərində qurmuşdu.

Muzeyin böyük elmi işçisi Lalə Rəsulova tədbirdə çıxış edərək builki tədbirin Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa mərkəzi ilə birlikdə təşkil edildiyini bildirdi. Tədbirdə 3, 49, 160, 239 saylı orta məktəblərin şagirdlərinin ifasında muğam, musiqi rəqs nömrələri, şeir parçaları təqdim olundu. 3 saylı orta məktəbin şagirdi Esmira Mikayılzadəni tarda Mübariz Paşayev, kamançada Salman Əliyev, nağarada isə Fazil Cəfərov müşayiət etdi.

Bununla yanaşı, muzeyin ekspozisiyasında Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpa edilərək yenidən həyata qaytarılmış muzey eksponatları da nümayiş etdirildi. Tədbirə Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının müdavim müəllim heyəti qonaq qismində dəvət olunmuşdular. Qeyd edək ki, dünəq muzeydəAçıq qapıgünü elan edilib.

Azərbaycan Universitetlərarası Teatr festivalı 1-ci Azərbaycan Universitet teatrları festivalı öz işini başa vurub. Festivalda müxtəlif ali məktəblərin tələbələri öz istedadlarını nümayiş etdiriblər.

Dillər Universitetində start verilən 1-ci Azərbaycan Universitetlərarası Teatr festivalı öz rəngarəngliyi ilə yadda qaldı. “ Biz həvəskarıqadlı festivalın keçirilməsində əsas məqsəd gənclərdə teatra olan marağı daha da artırmaq olub. Festivalda Dillər Universitetinin teatr klubunun üzvlərinin Özümüz”, Bakı Slavyan UniversitetininTələbəteleradio studiyasının isə hazırladığıTamahadlı tamaşalar maraqla qarşılanıb. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət, həm digər Universitetlərin kollektivlərinin maraqlı çıxışları olub. Mütəxəssislər tamaşaçılar festivalın əhəmiyyətini yüksək dəyərləndiriblər.

Tədbirdə hekayə, şeir, çıxışlar da dinlənilib. Festivalın sonunda qərara alınıb ki, 2-ci Azərbaycan Universitetlərarası Teatr Festivalı 2010-cu ilin may ayında keçirilsin.

 

 

Səs.-2009.-19 may.-S.12.