Azərbaycanın zəngin mədəni irsi dünya mədəniyyətinin inkişafında mühüm rol oynayır

 

Tehranda keçirilmiş Beynəlxalq Kitab sərgisində Azərbaycan Respublikasına aid bölmə maraqla izlənilmişdir.Bölmədə ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən kitablar, Prezident İlham Əliyevin fəaliyyətinə dair yeni nəşrlər, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan həqiqətlərinə aid kitablar və digər nəşrlər yerləşdirilmişdir. Buraya Azərbayjanın Tehrandakı səfirliyi tərəfindən də xeyli kitab, curnal və bukletlər daxil edilmişdir.

Sərgi çərçivəsində Azərbaycan günləri keçirilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu tərəfindən təşkil edilən mərasimdə iştirakçılara Azərbaycan həqiqətlərinə dair materiallar paylanmışdır. Mərasimdə çıxış edən ölkəmizin İrandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqının qədim mədəniyyətindən bəhs etmişdir. Xalqımız əsrlər boyu dünya mədəniyyətinə qiymətli töhfələr vermiş və Azərbaycanın zəngin mədəni irsi dünya mədəniyyətinin inkişafında mühüm rol oynayır.

 10 gün davam edən sərgidə Azərbaycan bölməsini ziyarət edənlərin sayı on minlərlə olmuşdur. Ziyarətçilər Azərbaycan Respublikasına aid nəşrləri, o cümlədən latın qrafikalı əlifbamızı öyrənmək üçün dərs vəsaitlərini əldə etmək üçün çoxsaylı müraciətlər etmişlər.

 

 

Səs.-2009.-19 may.-S.12.