ADNA-da ulu
öndərin doğum
günü qeyd olunub
Dünən Azərbaycan
Dövlət Neft Akademiyasında Yeni Azərbaycan Partiyası
ilk təşkilatının tədbiri olub. Ulu öndər
Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümünə həsr olunan tədbirdə dahi siyasətçinin
və 30 aprel faciə qurbanlarının xatirəsi bir dəqiqəlik
sukutla yad edildi.
Universitetin ilk təşkilatının
sədri Tamella Nəsibova təbdiri giriş sözü ilə
açaraq bildirib ki, əslində, ildönümü ərəfəsində
keçirilməsi nəzərdə tutulan bu iclasın gecikməsinə
universitetdə baş verən məlum 30 aprel faciəsi səbəb
olub. Buna baxmayaraq, ali təhsil ocağı öz qaynar fəaliyyətini
davam etdirir. Hər il çoxlu sayda tələbə və gənclərin
YAP-a üzv olması üçün müraciət etdiyini
söyləyən Tamella Nəsibova belə
yığıncaqların mütəmadi keçirildiyini də
vurğulayıb: “Gənclərin təlim-tərbiyəsində,
cəmiyyətimizin formalaşmasında ulu öndərin
həyat və fəaliyyətinin örnək olması
şübhəsizdir. Biz YAP fəalları da
çalışırıq ki, ümummilli lider Heydər Əliyev
irsinin öyrənilməsində, tədqiq edilməsində
onlara yardımçı olaq. Ulu öndərin həyat və
fəaliyyətinin öyrənilməsi, müasir Azərbaycan
tarixinin öyrənilməsi və mənimsənilməsi deməkdir”.
Ulu öndərin fəaliyyətinə
qısa nəzər salan Tamella Nəsibova, onu da qeyd edib ki, Azərbaycanın
böyük oğlu Heydər Əliyev irsinin öyrənilməsi
gənclərdə azərbaycançılıq
düşüncəsinin inkişafı, dövlətçiliyimiz
və müstəqilliyimiz uğrunda çalışmaq vərdişləri
aşılayır”.
İlk təşkilat sədrinin
çıxışından sonra universitetin digər müəllimləri
də çıxış edərək ulu öndərlə
bağlı fikirlərini yığıncaq
iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda partiyaya üzv olmaq üçün ərizə
verən müəllim və tələbələrin namizədliyi
müzakirə olunub, üzvlüyə qəbul olunanlara isə
partiya biletləri təqdim edilib.
KÜBRA ƏLİYARLI
Səs.- 2009.- 16 may.- S. 4.