Uşaqlara qayğı ölkə siyasətinin prioritet istiqamətlərindən biridir

 

Bu gün ölkəmizdə uşaq yeniyetmələrə, gənclərə göstərilən diqqət qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyev vaxtilə bu sahəyə xüsusi diqqət ayırmış, uşaq yeniyetmələrin sağlam, bilikli hərtərəfli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, fərman sərəncamlar imzalamışdır.

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin dahiliyini, Onun əvəzolunmazlığını təsdiq edən ən birinci fakt odur ki, O, böyüklərə qarşı qədər sərt tələbkar idisə, eyni zamanda, uşaqlara qarşı bir o qədər nəzakətli mərhəmətli idi. Dahi şəxsiyyət Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı cəmiyyət üçün yararlı olmalarına çalışmışdır. O, hər zamanuşaqlar bizim gələcəyimizdirdeyirdi. Bu gün Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla həyata keçirir. Dövlət başçısının 2009-cu ilinUşaq ilielan edilməsi haqqında sərəncamı da ölkədə uşaqlara göstərilən diqqət qayğının bariz nümunəsidir. Prezident İlham ƏliyevinUşaq iliTədbirlər Planı çərçivəsində onların sağlamlığı təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaq, sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcək. Eyni zamanda, yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların konsert proqramlarının təşkili s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Uşaq problemləri üzrə ekspertlərlə apardığımız söhbət zamanı bildirdilər ki, 2009-cu ilinUşaq ilielan edilməsi dövlətimizin uşaqlara göstərdiyi diqqət qayğının nəticəsidir.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Sənubər Əlizadə bildirdi ki, bu ilinUşaq ilielan edilməsi dövlətimizin həyata keçirdiyi uşaq siyasətinin təzahürüdür: “Azərbaycan bu istiqamətdə vaxtaşırı beynəlxalq səviyyədə qəbul etdiyi sənədlərin yerinə yetirilməsi istiqamətində siyasətini qurur. Ümumiyyətlə, Azərbaycanda uşaqların vəziyyətini nəzərə alaraq, problemli sahələr üzrə dövlət proqramları qəbul edilir. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir”.

S.Əlizadə onu da qeyd etdi ki, komitənin fəaliyyət göstərdiyi üç il ərzində uşaqların problemlərinin həlli istiqamətində öz fəaliyyətini qurur bu sahədə fəaliyyət göstərən bütün qurumların strukturları, istərsə , qeyri-hökumət təşkilatları, istərsə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndəlikləri ilə əməkdaşlıq edir. Uşaq siyasəti sahəsində görülən bütün işlərin koordinasiyası  komitə tərəfindən həyata keçirilir. 2009-cu ilinUşaq ilielan olunması ilə bağlı Heydər Əliyev Fondunun çox böyük işlər gördüyünü bildirən S.Əlizadə Fondun təşəbbüs iləYeniləş Azərbaycan üçün yeni məktəblərlayihəsinin uğurlu həyata keçirildiyini qeyd edib. Onu da vurğulayıb ki, Azərbaycanda təhsilə dövlətimiz tərəfindən çox böyük diqqət yetirilir. Həmçinin, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu sahədə olan uğurlu fəaliyyəti göz qabağındadır. Bu layihənin həyata keçirilməsi Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük bir addımdır. Sözsüz ki, gün biz uşaq problemləri ilə məşğul olan bir qurum olaraq, belə hesab edirik ki,  uşaqlarımızın gələcəkdə normal, hərtərəfli inkişaf etməsi, vətənpərvər vətəndaş kimi yetişməsi üçün təhsilə diqqət ən öndə gedən məsələdir. Bu gün təhsil sisteminə yüksək səviyyədə diqqət yetirilirsə, bu istiqamətdə işlər görülürsə, bu, o deməkdir ki, uşaqlar xoşbəxt olacaq, cəmiyyət üçün yararlı gənc nəsil yetişəcək. Bu gün görülən işlər onu deməyə əsas verir ki, həqiqətən , dövlətimiz layiqli əllərdə olacaq.  

“SOS” Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru Fərqanə Məmmədova qeyd etdi ki, biz bu il üçün fəaliyyətimizi Tədbirlər Planı ilə uyğunlaşdırırıq. Onun sözlərinə görə, bu il çərçivəsində daha çox işlər görə biləcəyik: “Hər bir biznes strukturu korporativ sosial məsuliyyəti dərk edərək, uşaq ili çərçivəsində öz töhfəsini vermək istəyir. Bu baxımdan, uşaq təşkilatları ilə əlaqə yaradırıq onlar öz yardımlarını əsirgəmirlər.”

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeniləşən Azərbaycan üçün yeni məktəblər layihəsinin uğurla həyata keçirildiyini bildirən F.Məmmədova onu da əlavə etdi ki, həm məktəbəqədər təhsildə, həm məktəblərin inkişafında dövlətin qayğısı böyük nəticədir: “Düşünürəm ki, bu layihə Azərbaycanın təhsili sahəsində uğurlu addımdır. Fondun sayəsində ölkəmizdə bir çox yeni uşaq evləri tikilmiş, yüzlərlə tədris mədəniyyət ocaqları, uşaq bağçaları əsaslı təmir olunmuş neçə-neçə təhsil ocaqları kompüterlərlə təmin edilmişdir”.

Qeyd etmək yerinə düşər ki,  Heydər Əliyev Fondunun dəstəyi ilə 19 noyabr 2008-ci ildənHər uşağın ailəyə ehtiyacı varkampaniyasına başlanmışdır. Kampaniyanın əsas məqsədi isə uşaqların ailə mühitində böyümək hüququ, onların bioloji ya himayədar ailələrə qovuşması, övladlığa götürmə hallarının himayədar ailələrin sayının artırılması, eləcə , yerli səviyyədə uşaq üçün vahid sosial xidmətlərin yaradılmasında hökumətin səylərinə dəstək verilməsi kimi məlumatların təşviq edilməsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü iləYeniləşən Azərbaycan üçün yeni məktəblərlayihəsi çərçivəsində Azərbaycanın 62 bölgəsində 70 mindən artıq şagirdin təhsil ala biləcəyi 184 yeni məktəb binası tikilib, 37 məktəb əsaslı təmir olunub. Təkcə ötən il Bakı şəhərində son 20 ildə ilk dəfə olaraq 11 müasir tipli yeni uşaq bağçası istifadəyə verilib. Cari ildə bu sahədə tədbirlər davam etdirilir. Ölkəmiz uşaq hüquqları sahəsində bir çox beynəlxalq müqavilələrə qoşularaq, bu sahədə müvafiq öhdəlikləri öz üzərinə götürüb.

Həmçinin, Azərbaycanda 1658 məktəbəqədər təhsil müəssisəsi, 4555 ümumtəhsil məktəbi, 42 ali təhsil ocağı, 589 uşaq poliklinikası ambulatoriyası, 4 körpələr evi, 6 uşaq evi valideyn himayəsindən məhrum uşaqlar üçün 2 internat məktəbi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 14 xüsusi internat məktəbi, əqli cəhətdən geri qalan uşaqlar üçün 2 internat evi, 34 ümumi tipli internat evi, 15 uşaq sanatoriyası, 234 uşaq musiqi incəsənət məktəbi, 8 uşaq teatrı, 103 uşaq kitabxanası, 9308 idman müəssisəsi fəaliyyət göstərir. Son illər 300 min yerlik 1360 yeni məktəb binası tikilib, 300-dək təhsil ocağı isə əsaslı təmir edilib”.

 

 

Cabir MƏMMƏDOV

 

Səs.-2009.-21 may.-S.10.