Əhməd bəy Ağaoğlunun yubileyinə həsr olunmuş tədbir keçirildi

 

Dünən Atatürk MərkəzindəQarabağ Azadlıq Təşkilatı”nın (“QAT”) təşəbbüsü ilə ictimai xadim, jurnalist, pedaqoq yazıçı Əhməd bəy Ağaoğlunun anadan olmasının 140 illiyinə həsr olunan tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan tarixçi-alim Firdovsiyyə Əhmədova Əhməd bəy Ağaoğlunun fəaliyyəti haqqında qısa məlumat verdi.

 F.Əhmədova bildirib ki, Ə.Ağaoğlu Azərbaycanda milli-istiqlal məfkurəsinin formalaşmasında əməyi olan şəxsiyyətlərdəndir. Ə.Ağaoğlunun Mustafa Kamal Atatürklə olan münasibətlərinə toxunan F.Əhmədova qeyd edib ki, Türkiyə Cümhuriyyətinin formalaşmasında da onun rolu az olmamışdır. “QAT” sədri Akif Nağı Ə.Ağaoğlunun Azərbaycanın müstəqilliyi istiqamətində apardığı mübarizəyə diqqəti çəkərək, bildirib ki, Ə. Ağaoğlu həm Türkiyənin, həm Azərbaycanın aydın ziyalılarından olaraq, türk millətinin inkişafı istiqamətində ciddi aparıb. Sonra tədbir alim ziyalıların mövzu  ətrafında çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində anadan olub. O, Sankt-Peterburqda Parisin Sorbonna Universitetində təhsil alıb. Difaitəşkilatına rəhbərlik edib. Osmanlı İmperiyasındaGənc Türkhərəkatının üzvü, “Türk OcağıTürk Milli Hərəkatının prezidenti olub. 1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq seçilib. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisinin deputatı olub. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra isə Türkiyəyə dönən Ə.AğaoğluHakimiyyəti-Milliyəqəzetinin baş redaktoru, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məsləhətçisi olub. Ə. Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat edib.

 

 

ZÜMRÜD

 

Səs.-2009.-21 may.-S.10.