Kəlamlarkitabının təqdimat mərasimi keçirilib

 

Mərasimdə 20 ölkədən elm incəsənət xadimi nümayəndələri iştirak edib

 

Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumu (KİBATEK), Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyası (TDAUEA) VektorBeynəlxalq Elm Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq mədəniyyət həftəsi başlayıb.

Həftə çərçivəsində yazıçı-filosof Hacı Fərhad Mirzənin bir ay əvvəl Ankarada çap olunmuşKəlamlarkitabının təqdimat mərasimi keçirilib. Ona yaxın xarici ölkədən 20 nəfərdən çox elm, incəsənət, ədəbiyyat xadiminin iştirak etdiyi tədbirdə, “VektorBeynəlxalq Elm Mərkəzinin direktoru, professor Elçin İsgəndərzadə, İordaniyanın Türkiyədəki fəxri konsulu Ömər Kaplan, KİBATEK-in prezidenti Fəyyaz Sağlam, Girişimçi (Təşəbbüskar) Sənət Cəmiyyətinin prezidenti Əminə Sevinc Öksüzoğlu b. kitabın elmi mənəvi dəyərlərindən söz açıblar.

KİBATEK-in prezidenti TDAUEA-nın Qızıl medalına, BMT yanında İctimai Təltiflər Şurasının A.S.Puşkin adına Qızıl medalına, Avropa Təbiət Elmləri Akademiyasının Qotfrid Leybnis adına medalına digər təltiflərə layiq görülmüş kitabın sahibinə daha bir mükafat - KİBATEK-in ildə bir nəfərə verilənTürk kültürünə hizmətmükafatını qazandırdığını elan edib.

Xalq şairi Nəriman Həsənzadə, xalq artisti Tofiq Bakıxanov, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, əməkdar jurnalist İttifaq Mirzəbəyli b. yeni mükafat alması münasibətiləKəlamlar”ın müəllifini təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Hacı Fərhad Mirzə tədbirin təşkilatçıları iştirakçılarına mükafat üçün minnətdarlığını bildirmişdir.

Tədbir ölkəmizin tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatmışdır.

Qeyd edim ki, mədəniyyət həftəsi mayın 24-dək davam edəcək.

 

 

Nəzakət

 

Səs.-2009.-22 may.-S.12.