Gənc Pianoçuların
Respublika Müsabiqəsi
keçirilib
21 gənc pianoçu müxtəlif
dərəcəli diplomlara
və pul mükafatına layiq görülüb
Respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən Gənc Pianoçuların Respublika Müsabiqəsinə yekun vuruldu.
Müsabiqənin təşkilində müasir təcrübədən istifadə edilmiş, I turda iştirakçıların ifası videoyazı əsasında qiymətləndirilmişdir. Azərbaycanın regionlarında ən yüksək ifa nümayiş etdirənlər II turda iştirak etmək üçün Bakı şəhərinə dəvət olunmuşlar.
Müsabiqədə respublikamızın, demək olar ki, bütün rayon və şəhərlərindən 300-dən çox şagird iştirak etmişdir. Bakı Musiqi Akademiyasının prorektoru, professor, respublikanın əməkdar incəsənət xadimi Oqtay Abbasquliyevin sədrlik etdiyi, tanınmış pianoçu və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən II tura 79 ifaçı buraxılmışdır.
II tur Bakı şəhərində keçirilib. Müsabiqənin nəticələri üzrə müxtəlif yaş qruplarında Bakı, Sumqayıt şəhərlərindən, Naxçıvan Muxtar Republikasından, Abşeron və Salyan rayonlarından 21 gənc pianoçu müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüblər. Müsabiqədə fərqlənən, həvəsləndirici diplom və tərifnamələrlə təltif olunan pianoçular sırasında ölkəmizin müxtəlif regionlarından - Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərinin, Abşeron, Goranboy, Quba, Qubadlı, Salyan, Şamaxı, Zaqatala rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri vardır.
Müsabiqəyə yüksək
səviyyədə şagird
hazırladıqlarına görə
münsiflər heyətinin
qərarı ilə
18 müəllimə - Bakı,
Sumqayıt, Naxçıvan
şəhər, Abşeron
rayon Xırdalan şəhər,
Salyan rayon, Naxçıvan
MR Şərur rayon Çərçiboğan
kənd uşaq musiqi və incəsənət məktəblərinin
müəllimlərinə Fəxri
Fərman verilib.
Nəzakət
Səs.-2009.-22 may.-S.12.