Elmi-praktik konfrans
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Caz Mərkəzində
Azərbaycanın tanınmış bəstəkarları,
xalq artisti, SSRİ dövlət mükafatı laureatı,
professor Soltan Hacıbəyovun 90 və əməkdar
incəsənət xadimi, professor İsmayıl Hacıbəyovun
60 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
Tədbiri giriş sözü
ilə akademiyanın rektoru, professor Fərhad
Bədəlbəyli açaraq Azərbaycan musiqisinin
inkişafında mərhum bəstəkarların
xidmətlərindən, onların
yaradıcılığının bəzi məqamlarından
danışdı.
Musiqişünasların,
eləcə də, sənətkarın yaxınlarının
iştirakı ilə keçirilən tədbirdə
akademiyanın musiqi tarixi kafedrasının müdiri, professor
Ülviyyə İmanovanın “Soltan Hacıbəyov
müəllim kimi”, əməkdar incəsənət xadimi,
professor Gülnaz Abdullazadənin “Soltan və İsmayıl
Hacıbəyovlar Hacıbəyov nəslinin
davamçıları kimi”, sənətşünaslıq
namizədi, professor Aida Tağızadənin “Azərbaycan
simfoniyasına Soltan Hacıbəyovun töhfəsi”
mövzusunda məruzələri dinlənildi.
Məruzələrdə, xalq
artisti, görkəmli bəstəkar Arif Məlikovun və
b-nın çıxışlarında Soltan və
İsmayıl Hacıbəyovların çoxşaxəli
yaradıcılığından, onların
özünəməxsusluğundan ətraflı söz
açıldı.
Zümrüd
Səs.-
2009.- 27 may.- S. 12.