“Şərq-Qərb
dünyası uşaqların
gözü ilə” beynəlxalq rəsm müsabiqəsi
Müsabiqədə iştirak etmək
üçün 5-15 yaşlı uşaqların 2000-ə
yaxın rəsm əsəri təqdim olunub
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Bakı şəhərində “Şərq-Qərb
dünyası uşaqların gözü ilə” beynəlxalq
rəsm müsabiqəsini keçirir. Müsabiqə uşaq
yaradıcılığının inkişaf etdirilməsi, gənc
istedadların üzə çıxarılması, beynəlxalq
mədəni əlaqələrin möhkəmləndirilməsi,
müxtəlif xalqların mədəniyyətləri ilə
tanışlıq vasitəsilə uşaqlar arasında dostluq
əlaqələrinin yaradılması məqsədi
daşıyır.
Sivilizasiyalararası
dialoqun qlobal səviyyədə bəşəriyyətin ən
vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni
çeşidliyin müasir cəmiyyətin əsas
mövcudluq şərtlərindən olduğu bir dövrdə
mədəniyyətlərarası dialoq mənəvi zənginlik
mənbəyinə çevrilərək xalqlar arasında
qarşılıqlı anlaşmanın, barışıq və
tolerantlığın möhkəmlənməsinə xidmət
edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə
marağını artırmaq, uşaqları kiçik
yaşlarından digər xalqların mədəniyyətinə
hörmət ruhunda tərbiyə etmək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası
dialoqa həsr edilmiş tədbirlər sırasında
uşaq və yeniyetmələrin iştirakı ilə
keçirilən tədbirlərə böyük önəm
verir.
“Şərq-Qərb
dünyası uşaqların gözü ilə” beynəlxalq
rəsm müsabiqə-sərgisinin açılışı
1 iyun tarixində - Beynəlxalq Uşaqları Müdafiə
Günündə Muzey Mərkəzinin incəsənət
qalereyasında olacaqdır. Müsabiqədə iştirak etmək
üçün Azərbaycan, Belarus, Bolqarıstan, Çin,
Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan,
Latviya, Misir, Rusiya, Tayland, Türkiyə, Ukrayna, Pakistan,
Polşa və s. ölkələrdən 5-15 yaşlı
uşaqların 2000-ə yaxın rəsm əsəri daxil
olmuşdur. Müsabiqənin əsasnaməsinə müvafiq
olaraq bunlardan ən yaxşı 300 əsər seçilərək
sərgidə nümayiş etdiriləcəkdir. Azərbaycan,
Rusiya və Özbəkistanın tanınmış rəssam
və sənətşünaslarından ibarət münsiflər
heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək,
nazirlik tərəfidən onlara diplom, medal və hədiyyələr
veriləcəkdir.
Zümrüd
Səs.- 2009.- 30 may.- S. 12.